Gündəm

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlərə təlim keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində kartofçu-fermerlərə nəzəri təlim keçirilib.

QSC-dən "MUMtv.az"a bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzində təşkil edilən təlimi Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin müavini Hikmət Nəsirov keçib. O, “Kartofdan yüksək məhsul alınmasının becərmə texnologiyası” mövzusunda təqdimatla çıxış edərək, fermerlərə kartofun növbəli əkində yeri, torpağın əkinqabağı becərilməsi, gübrələmə sistemi, əkin materialı və onun hazırlanması, əkin, bitkilərə qulluq, məhsul yığımı, kartofun saxlanma şəraiti haqqında ətraflı məlumat verib.

Fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlim sual-cavab formatında davam edib.

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlərə təlim keçirilib

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlərə təlim keçirilib

Xatırladaq ki, cari ilin əvvəlindən icra edilən layihədə əsas məqsəd “AzerGold” QSC-nin hasilat işləri apardığı bölgədə sahibkarlıq ekosisteminin inkişafına, Daşkəsən rayonunun ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan kartofçuluğun sahibkarlıq növü kimi təşviqinə və dəmyə üsulu ilə kartof istehsalının artırılmasına töhfə verməkdir. Layihəyə Kənd Təsərrüfatı Nazirliyinin “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə qeydiyyatda olan, əkinə yararlı minimum 1 hektar torpaq sahəsinə malik Quşçu və Zəylik kənd sakinləri – fermerlər cəlb ediliblər. Layihə çərçivəsində, ümumilikdə 10 hektar əkin sahəsində yüksək məhsuldarlığın əldə edilməsi üçün toxum, xidmət və mallara dair əsas ehtiyacların qarşılanması, habelə layihə iştirakçılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün nəzəri və praktiki təlimlərin təşkili nəzərdə tutulub. Əkin mövsümünün sonunda əldə edilmiş məhsulun 85 faizinin fermerlərə bağışlanması, məhsulun 15 faizinin isə səhmdar cəmiyyət tərəfindən xeyriyyə məqsədilə istifadə edilməsi planlaşdırılır.

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlərə təlim keçirilib

Qeyd edək ki, “AzerGold” QSC-nin dövlət siyasətinə uyğun olaraq icra etdiyi sosialyönümlü tədbirlər bölgənin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, onların rifah halının yüksəldilməsinə xidmət edir. Səhmdar Cəmiyyətin hasilat sahələrinin yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətlər üzrə icra edilən layihələrdən faydalanırlar.

Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər