Gündəm

"MUMtv.az" xəbər verir ki,  “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət Komitəsinin (KSM) iştirakı ilə Daşkəsəndə yerli sakinlərlə görüş keçirilib.
Səhmdar Cəmiyyətinin törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“DDF” MMC) inzibati binasında təşkil edilmiş görüşdə Komitənin sədri, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev çıxış edərək, sosial sahədə görülən işlər və yeniliklər barədə geniş məlumat verib. Daşkəsən şəhəri, eləcə də ətraf kənd və qəsəbələrdə yaşayan əhalinin sosial ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə keçirilən tədbirdə şirkətin Daşkəsən dəmir filizi sahəsi üzrə fəaliyyətinin regionun sosial-iqtisadi inkişafındakı rolu haqqında bəhs edilib. Bildirilib ki, “DDF” MMC-də bugünədək 73 faizi Daşkəsən rayonunu təmsil edən 198 nəfər işlə təmin olunub. Həmçinin əlavə olunub ki, dəmir filizi sahəsinin fəaliyyəti aktiv fazaya keçdikdən sonra regionda yeni və daimi iş yerlərinin sayı daha da artırılacaq.
Daha sonra yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində icra edilməkdə olan layihələr haqqında məlumat verilib. Bildirilib ki, hasilat sahələrinin yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətləri üzrə icra edilən layihələrdən faydalanırlar. Bölgədə yaşayanların, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə əhatələnməsinə xidmət edən bu cür layihələr sosial xarakterli dövlət proqramlarına töhfə vermək məqsədi daşıyır.
Görüşdə rayonun Mədənçi və Yuxarı Daşkəsən qəsəbələrinə yeni su xəttinin çəkilişi ilə bağlı məlumat verilib. Qeyd edilib ki, yaxın günlərdə 340 abonentə mərkəzləşdirilmiş qaydada içməli suyun verilməsinə başlanılacaq. “AzerGold” QSC-nin dəstəyi ilə həyata keçirilməkdə olan layihənin məqsədi qeyd edilən yaşayış məntəqələrində əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılmasıdır.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb. Komitə sədri müraciətlərlə bağlı müvafiq addımların atılması, vətəndaşların qaldırdıqları məsələlərin araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi ilə bağlı tapşırıq və tövsiyyələrini verib.
Qeyd edək ki, Cəmiyyət tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələr çərçivəsində kənd sakinləri ilə ənənəvi görüş və sorğuların vaxtaşırı təşkili davam etdiriləcək.











Son xəbərlər

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Bütün xəbərlər