Gündəm

Daşkəsən arıçıları qış mövsümünə hazırlıq təliminə cəlb ediliblər

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə həyata keçirilən “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlər üçün növbəti təlim təşkil edilib.

"MUMtv.az"ın məlumatına gğrə, Daşkəsəndə arıçılıq təsərrüfatlarının qış mövsümünə hazırlığı məqsədilə təşkil edilən təlimdə rayonun Çovdar, Quşçu (“Şadax” adlanan ərazi daxil olmaqla) və Bayan kəndində fəaliyyət göstərən fermerlər iştirak ediblər.

Daşkəsən arıçıları qış mövsümünə hazırlıq təliminə cəlb ediliblər

Fermerlər layihə çərçivəsində cəlb edilmiş ekspert tərəfindən arı ailələrinə payız mövsümündə qulluq qaydaları, arıların qış mövsümündə xəstəliklərdən qorunma və ziyanvericilərlə mübarizə tədbirləri mövzularında maarifləndiriliblər. Həmçinin fermerlərə metodiki təlimat bukletləri paylanılıb.

Qeyd edək ki, “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi artıq ikinci ildir ki, həyata keçirilir. Layihədə əsas məqsəd “AzerGold” QSC-nin hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi “Çovdar” qızıl mədənin yaxınlığında yerləşən kənd və digər yaşayış məntəqələrinin sakinlərinin təsərrüfat fəaliyyətlərinin dəstəklənməsi ilə bölgədə mikro və kiçik sahibkarlığının inkişafına töhfə vemrəkdir. Bu məqsədlə, ilk dəfə 2022-ci ildə icra edilən layihədən Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən 24 nəfər arıçı fermer faydalanıb.

Builki layihəyə isə Çovdar, Quşçu (“Şadax” adlanan ərazi daxil olmaqla) və Bayan kəndlərin ümumilikdə 32 nəfər fermer cəlb edilib. Ümumilikdə, 2 il ərzində layihəyə cəlb edilmiş 56 nəfər fermerə tam təchiz edilmiş 216 arı ailəsi, arı yeşikləri və digər zəruri ləvazimatlar təqdim olunub. Bundan başqa, arıçıların tədarük etdikləri balın istehsal prosesini asanlaşdırmaq məqsədilə Çovdar, Bayan, Quşçu kəndlərində balsüzən dəzgahlar istifadəyə verilib.

Xatırladaq ki, “AzerGold” QSC korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində hasilat bölgələrində ətraf mühitin qorunması, məşğulluğun artırılması, təhsil,
idman, sağlamlıq, mikro və kiçik sahibkarlığın inkişafı, yeniyetmə və gənclərin təlim- tərbiyəsi, sosial rifahın yüksəldilməsi, mədəni irsin qorunması və digər istiqamətlər üzrə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. İcra edilən layihələr regionun spesifik xüsusiyyətləri, yerli icmaların ehtiyac meyarları, sosial-iqtisadi tələbatları nəzərə alınaraq hazırlanır və realizə edilir.


Son xəbərlər

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Məhkəmə Anar Məmmədlini ev dustaqlığına buraxmadı

İlham Əliyev və Rumen Radev arasında Bəyannamə imzalandı

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

Şans bu gün sizin tərəfinizdədir - BÜRCLƏR

Bakı metrosunda iş rejimi dəyişdirilir

Bu gün Paşinyan Moskvada Putinlə görüşəcək

Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi - FOTO

Azərbaycan bu ölkə ilə birgə silah istehsal edəcək

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu

İsraili hər zaman dəstəkləyəcəyik - Bayden

Nazirlik hər kəsə 200 AZN verir? - AÇIQLAMA

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Bütün xəbərlər