Gündəm

Daşkəsən rayonunda fəaliyyət göstərən arıçı  fermerlər təlimlərə cəlb edilib

30 mart-3 aprel tarixlərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda ikinci ildir ki, həyata keçirilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlər üçün təlimlər təşkil edilib.

Əsas missiyası Daşkəsəndə kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılığın təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək olan nəzəri təlimlər 3 gün davam edib. Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu kəndləri və Şadax yaşayış məntəqəsində fəaliyyət göstərən 32 fermerə layihə çərçivəsində cəlb edilmiş məsləhətçilər tərəfindən arılara yaz qulluğu, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə təlimlər keçirilib. Proqram çərçivəsində, həmçinin arıçılığa ziyan vuran parazitar xəstəliklərin müalicə və profilaktikası istiqamətində məlumatlılığın artırılması məqsədilə metodiki təlimat bukletləri paylanılıb.

Eyni zamanda KOBİA-nın Gəncə KOB İnkişaf Mərkəzinin cəlb etdiyi ekspertlər tərəfindən təlim iştirakçılarına sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, biznes fəaliyyəti üçün yaradılmış əlverişli mühit, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmləri haqqında ətraflı məlumat verilib.

"MUMtv.az" bildirir ki, arıçılar üçün maliyyə resurslarına çıxış, subsidiyaların verilməsi, aqrar sığorta işinin təşkili mövzularında seminarlar təşkil edilib.

Layihənin növbəti mərhələsində arıxanalarda baytar-sanitar qaydalara uyğun işlərin aparılması, arı ailələrinin məhsuldarlığının və davamlılığının artırılması yollarına dair təsərrüfat şəraitində praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur. Təlimləri uğurla başa vuracaq kənd sakinlərinə sertifikatlar, fərdi təsərrüfatların genişlənməsinə dəstək məqsədi ilə arı ailələri, o cümlədən müvafiq ləvazimatlar təqdim ediləcək.

Qeyd edək ki, “AzerGold” QSC-nin dövlət siyasətinə uyğun olaraq icra etdiyi sosial yönümlü tədbirlər bölgənin inkişafına, əhalinin məşğulluğun artırılmasına, onların rifah halının yüksəldilməsinə xidmət edir. Cəmiyyətin hasilat sahələrinin yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq,

məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətlər üzrə icra edilən layihələrdən faydalanırlar.

Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər