Gündəm

Daşkəsən arıçılarına fərdi aqrar məsləhət xidmətləri göstərilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda ikinci ildir ki, həyata keçirilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlər üçün praktiki məşğələlər təşkil edilib. Belə ki, 4 gün ərzində Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu kəndləri və Şadax yaşayış məntəqəsində fəaliyyət göstərən 32 fermerə təsərrüfat şəraitində fərdi aqrar məsləhət xidmətləri göstərilib.

Layihə çərçivəsində cəlb edilmiş məsləhətçilər fermerləri yüksək məhsuldar arı ailəsi yetişdirmək üçün kompleks tədbirlər barədə təlimatlandırıblar. Onlara damazlıq işinin düzgün təşkili, bal arısı cinslərinin və populyasiyalarının genofondunun qorunub saxlanılması, təkmilləşdirilməsi, həmçinin arı ailələrinə mütəmadi olaraq baytar-sanitar nəzarəti edilməsi, onlara sistemli klinik baxışın keçirilməsi, arıçılığa ziyan vuran xəstəliklərin müalicə və profilaktikası istiqamətində tövsiyələr verilib. Xəstəlik əlamətləri müşahidə edilən bəzi arıxanalardan analiz edilməsi üçün nümunələr götürülüb.

Layihə çərçivəsində istehsalat prosesinin effektiv icrasına nəzarət edən mütəxəssislər tərəfindən arıçılıq təsərrüfatlarında mütəmadi monitorinqlərin aparılması nəzərdə tutulur. Layihənin növbəti mərhələsində təlimləri uğurla tamamlayan kənd sakinlərinə sertifikatlar, fərdi təsərrüfatların genişlənməsinə dəstək məqsədilə arı ailələri, o cümlədən müvafiq aktivlər təqdim ediləcək.

"MUMtv.az" qeyd edir ki, “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi Daşkəsən rayonunda Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi Daşkəsən rayonunda kiçik sahibkarlıq ekosisteminin inkişafına və təbii bal istehsalının artırılmasına töhfə vermək, bununla da yerli icmaların sosial-iqtisadi vəziyyətini daha da yaxşılaşdırmaqdır.

Daşkəsən arıçılarına fərdi aqrar məsləhət xidmətləri göstərilib

Daşkəsən arıçılarına fərdi aqrar məsləhət xidmətləri göstərilib

Daşkəsən arıçılarına fərdi aqrar məsləhət xidmətləri göstərilib

Daşkəsən arıçılarına fərdi aqrar məsləhət xidmətləri göstərilib

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər