Gündəm

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək”  layihəsinin icrasına başlanılıb

"MUMtv.az" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb.

Layihənin əsas missiyası Cəmiyyətin hasilat işləri apardığı bölgədə sahibkarlıq ekosisteminin inkişafına, Daşkəsən rayonunun ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan kartofçuluğun sahibkarlıq növü kimi təşviqinə və dəmyə üsulu ilə kartof istehsalının artırılmasına töhfə verməkdir.
Layihəyə Kənd Təsərrüfatı Nazirliyinin “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə qeydiyyatda olan, əkinə yararlı minimum 1 hektar torpaq sahəsinə malik Quşçu və Zəylik kənd sakinləri – fermerlər cəlb ediliblər.

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək”  layihəsinin icrasına başlanılıb

15 mart 2024-cü il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzində layihəyə cəlb edilmiş kartofçu-fermerlərlə görüş keçirilib. Görüşün əsas məqsədi fermerlərin layihə barədə məlumatlandırılması, kartofçuluq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yollarının müzakirə edilməsi, əsas ehtiyacların öyrənilməsidir. Fermerlərə torpaqların
münbitliyinin qorunması, bərpası, artırılması və mühafizəsi sahəsində aqrotexniki, aqrokimyəvi, fitosanitar, zərərvericilərə qarşı mübarizə və digər kompleks tədbirlərin hazırlanması istiqamətində atılacaq addımlar barədə məlumat verilib.

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək”  layihəsinin icrasına başlanılıb

Layihə çərçivəsində ümumilikdə 10 hektar əkin sahəsində yüksək məhsuldarlığın əldə edilməsi üçün toxum, xidmət və mallara dair əsas ehtiyacların qarşılanması, layihə iştirakçılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün nəzəri və praktiki təlimlərin təşkili nəzərdə tutulub. Əkin mövsümünün sonunda əldə edilmiş məhsulun 85%-nin fermerlərə bağışlanması, məhsulun 15%-nin isə Səhmdar Cəmiyyət tərəfindən xeyriyyə
məqsədilə istifadə edilməsi planlaşdırılır.

Qeyd edək ki, “AzerGold” QSC-nin dövlət siyasətinə uyğun olaraq icra etdiyi sosial yönümlü tədbirlər bölgənin inkişafına, əhalinin məşğulluğun artırılmasına, onların rifah halının yüksəldilməsinə xidmət edir. Cəmiyyətin hasilat sahələrinin yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətlər üzrə icra edilən layihələrdən faydalanırlar.

Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər