Gündəm

“AzerGold” QSC Göygöl rayonunun Tülallar kənd  sakinləri ilə növbəti görüş keçirib

"MUMtv.az" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət Komitəsinin (KSM) Göygöl rayonunun Tülallar kəndinin sakinləri ilə
növbəti görüşü keçirilib.

“AzerGold” QSC-nin cari ildən hasilat işlərinə başladığı “Tülallar” mədəninin yaxınlığında yerləşən eyniadlı kəndin sakinləri ilə görüşdə sosial
ehtiyacların müəyyənləşdirilməsi və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslərlə bağlı müzakirələr aparılıb. Görüşdə kənd sakinlərinə “Tülallar” qızıl mədəninin istismar planı barədə məlumat verilib.

Bildirilib ki, SSRİ dövründə kəşf edilmiş, lakin geniş tədqiq edilməmiş, Səhmdar Cəmiyyətin fəaliyyəti nəticəsində ehtiyatları təsdiqlənərək, dövlət
balansına alınmış “Tülallar” qızıl yatağının resurslarının emalı prosesi Daşkəsən rayonunda, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) həyata keçirilir. Bu məqsədlə “Tülallar” mədənindən ÇİRES istiqamətində yaşayış məskənlərindən maksimum kənar olmaqla ən qısa nəqliyyat əlaqəsinin təmin edilməsi üçün QSC-nin sifarişi əsasında ümumi uzunluğu 23 km olan Tülallar-Zurnabad-Gəncə qəsəbəsi, Kərəmli kəndətrafı, Quşçu kəndətrafı avtomobil yolları inşa edilib. Nəticədə Göygöl rayonunun Tülallar kəndi ilə Daşkəsən rayonunun Çovdar kəndi arasında yol məsafəsinin 80 km-dən 50 km-dək qısaldılmasına nail olunub. İstifadəyə verilən yeni yol təkcə mədən və istehsalat sahəsi arasında
nəqliyyat əlaqəsini yox, həm də vətəndaşların daha rahat gediş-gəlişini təmin etməkdədir.

Qeyd olunub ki, “Tülallar” mədəninin istismara verilməsi bölgədə məşğulluğun artırılması, ölkəmizin qeyri-neft sektorunun inkişafı, Göygöl rayonunun əhalisinin rifah halının daha da yaxşılaşdırılması baxımından mühüm töhfələr vəd edir. Artıq fəaliyyətə cəlb edilən yerli sakinlərin timsalında bunun müsbət təsirlərinin hiss olunduğu diqqətə çatdırılıb.

Daha sonra yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində icra edilməkdə olan layihələr haqqında məlumat verilib. Bildirilib ki, hasilat sahələrinin
yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətləri üzrə icra edilən layihələrdən faydalanırlar. Bölgədə yaşayanların, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə əhatələnməsinə xidmət edən bu cür layihələr sosial xarakterli dövlət proqramlarına töhfə vermək məqsədi daşıyır.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb. Vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi məqsədilə qeydiyyata alınıb.

Qeyd edək ki, Cəmiyyət tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələr çərçivəsində kənd sakinləri ilə ənənəvi görüş və sorğuların təşkili davam etdiriləcək.

“AzerGold” QSC Göygöl rayonunun Tülallar kənd  sakinləri ilə növbəti görüş keçirib

“AzerGold” QSC Göygöl rayonunun Tülallar kənd  sakinləri ilə növbəti görüş keçirib

“AzerGold” QSC Göygöl rayonunun Tülallar kənd  sakinləri ilə növbəti görüş keçirib

“AzerGold” QSC Göygöl rayonunun Tülallar kənd  sakinləri ilə növbəti görüş keçirib

“AzerGold” QSC Göygöl rayonunun Tülallar kənd  sakinləri ilə növbəti görüş keçirib

“AzerGold” QSC Göygöl rayonunun Tülallar kənd  sakinləri ilə növbəti görüş keçirib

“AzerGold” QSC Göygöl rayonunun Tülallar kənd  sakinləri ilə növbəti görüş keçirib

“AzerGold” QSC Göygöl rayonunun Tülallar kənd  sakinləri ilə növbəti görüş keçirib

Son xəbərlər

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Məhkəmə Anar Məmmədlini ev dustaqlığına buraxmadı

İlham Əliyev və Rumen Radev arasında Bəyannamə imzalandı

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

Şans bu gün sizin tərəfinizdədir - BÜRCLƏR

Bakı metrosunda iş rejimi dəyişdirilir

Bu gün Paşinyan Moskvada Putinlə görüşəcək

Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi - FOTO

Azərbaycan bu ölkə ilə birgə silah istehsal edəcək

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu

İsraili hər zaman dəstəkləyəcəyik - Bayden

Nazirlik hər kəsə 200 AZN verir? - AÇIQLAMA

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Bütün xəbərlər