Gündəm

2-ci “Yüksəliş” müsabiqəsinin qalibi “AzerGold” QSC-nin Çovdar  İnteqrəolunmuş Regional Emal Sahəsi ilə tanış olub

"MUMtv.az"a verilən məlumata görə, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) 2-ci
“Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Əli Əhmədov ilə növbəti görüşünü keçirib.

2-ci “Yüksəliş” layihəsinin mentorluq proqramı çərçivəsində müsabiqə qalibinin 1 illik fərdi inkişaf planına uyğun olaraq təşkil edilən görüş ÇİRES-də
metal filizlərinin hasilatı, emalı prosesi ilə tanışlıq, idarəetmənin əsas prinsip və xüsusiyyətlərinin, forma və metodlarının real iş şəraitində təcrübədən keçirilməsi məqsədi daşıyıb. Belə ki, müsabiqə qalibi Ə.Əhmədov sözügedən istehsalat sahəsində qızıl və gümüş tərkibli xəlitələrin hazırlanması prosesinin bütün mərhələlərini, o cümlədən qiymətli metal tərkibli filizlərin partladılması, laborator analizi, daşınması, xırdalanması, üyüdülməsi, aşındırılması, adsorbsiya, desorbsiya və elektroliz əməliyyatlarını izləmək imkanı əldə edib. Həmçinin müsabiqə qalibi “AzerGold” QSC nin mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında həyata keçirdiyi hasilat və istehsalat fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi, işçilərin
sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması sahəsində gördüyü işlərlə tanış olub.

2-ci “Yüksəliş” müsabiqəsinin qalibi “AzerGold” QSC-nin Çovdar  İnteqrəolunmuş Regional Emal Sahəsi ilə tanış olub

İstehsalat sahəsi ilə tanışlıq zamanı İdarə Heyətinin sədri Z.İbrahimov müsabiqə qalibi ilə mədən layihələrinin hazırlanması, planlama, investisiya qoyuluşları, müvafiq infrastrukturun qurulması və idarə olunması sahəsində təcrübəsini bölüşüb. Bildirilib ki, hər bir yatağın istismara verilməsi geoloji kəşfiyyat, texniki-iqtisadi əsaslandırmanın hazırlanması, tikinti-quraşdırma işlərinin aparılması və digər bu kimi bir neçə uzunmüddətli mərhələnin icrasını tələb edir. Layihədən asılı olaraq bilavasitə hasilat işlərinə başlamazdan öncə bu mərhələlərin icrasına orta hesabla 5-8 il vaxt tələb olunur. Qeyd olunub ki, mədənçilik sahəsində əsas investisiyalar məhz bu mərhələdə icra olunan hazırlıq işlərinə yönəldilir ki, nəticədə yeni yataqların istismara verilməsi ilə ölkə iqtisadiyyatına davamlı töhfələrin verilməsi təmin edilir.

Mentorluq proqramı çərçivəsində ötən dövr ərzində təşkil edilən görüşlərdə aşılanan nəzəri bilik və bacarıqların real iş mühitində tətbiqi istiqamətində yaradılan şəraitə görə təşəkkür edən müsabiqə qalibi Ə.Əhmədov əldə etdiyi istehsalat təcrübəsinin onun şəxsi inkişafı və gələcək karyerası üçün olduqca faydalı olacağını bildirib. Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.

Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən bir illik fərdi inkişaf planı  və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

Son xəbərlər

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bu günə olan valyuta məzənnələri

Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

Hərbçimiz vəfat etdi

Putin və Si Cinpinin məhdud tərkibdə görüşü keçirilir

Sərhədçilərin Ermənistan və Azərbaycan sərhədinə yerləşdiriləcəkləri vaxt bəlli oldu

Bütün xəbərlər