Gündəm

“AzerGold” QSC 2023-cü ildə KSM sahəsində 2 mükafata layiq görülüb

"MUMtv.az" bildirir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2023-cü ildə korporativ sosial məsuliyyət (KSM) sahəsində fəaliyyətini uğurla davam etdirib. Ötən ildə QSC tərəfindən təhsil, sağlamlıq, mikro sahibkarlıq, aqrar inkişaf, ekologiya, qadınların məşğulluğu, tarixi və mədəni irsə töhfə və digər istiqamətlər üzrə layihələr həyata keçirilib.

2023-cü ilin 11 aprel tarixində Heydər Əliyev Fondu ilə tərəfdaşlıq şəraitində Gəncə şəhərində regional Autizm Mərkəzinin rəsmi açılışı olub. Həmçinin ötən ilin aprel ayında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə birgə Daşkəsən rayonunda səyyar göz müayinəsi aksiyası keçirilib. Ötən ilin iyul ayında isə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Bakı Sağlamlıq Mərkəzi ilə birgə Daşkəsən rayonunda səyyar tibbi müayinə aksiyası təşkil edilib.

Bundan başqa, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək”, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə birgə “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə birgə “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” və digər layihələr uğurla icra edilib.

Ümumilikdə QSC-nin KSM sahəsində həyata keçirdiyi layihələr ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, ölkəmizdə autizm spektr pozuntulu
uşaqların fərdi inkişafı istiqamətində 2022-ci ildən həyata keçirilən səmərəli fəaliyyətə görə “AzerGold” QSC-yə növbəti dəfə “Milli KSM Mükafatı” və ilk dəfə “Autizm dostu” mükafatı təqdim edilib.


Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər