Gündəm

Fermerlərlə görüş keçirildi- FOTOLAR

Aqrar Sığorta Fondunun mütəxəssisləri bu məqsədlə Kürdəmir rayonunda yerli fermerlərlə görüşlər keçirib. 

"MUMtv.az" xəbər verir ki, Kürdəmir rayon icra hakimiyyətinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə təşkil edilən görüşlər, yerli DAİM-də, eləcə də rayonun Sığırlı, Karrar və Garis Əyribənd kəndlərində keçirilib. 

Görüşlərdə fermerlərə aqrar sığorta qaydaları, şərtləri və bu sahədəki yeniliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, dövlət dəstəkli aqrar sığortanın ən mühüm cəhəti onun etibarlı olması və fermerlərə dəstək üçün sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsidir. 
Görüşlərdə məlumat verilib ki, Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısı genişləndirilib. Nəticədə indi sığorta vasitəsilə demək olar ki, bütün meyvələri, o cümlədən Kürdəmir ərazisində geniş becərilən nar bağlarını sığortalamaq mümkündür.  
Aqrar sığorta meyvə bağlarını - dolu; qasırğa; fırtına; sel və subasma; leysan; şaxtavurma, normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri, ildırım; yanğın; zəlzələ, torpaq sürüşməsi  və sair risklərdən qoruyur.
Fermerlər nar bağlarının hər şektarından ildə orta hesabla 5-10 min manatlıq məhsul yığdıqlarını bildirərək bu hal üçün sığorta haqqı ilə maraqlanıblar. 
Bildirilib ki, bu şərtləri və Kürdəmir rayonu üzrə sığorta tariflərini nəzərə alanda sözügedən bağların hər şektarının baza zərfi ilə sığortası fermerlərə 40-80 manata başa gələcək. Bağdakı məhsul tamamilə itirilsə, fermerlərə müvafiq olaraq 4500-9000 manatadək kompensasiya veriləcək. Əlavə ödənişlə nar bağlarını donvurmadan, bitki xəstəliklərindən və dolu nəticəsində keyfiyyət itkisindən də sığortalamaq olar. 
Görüşdə digər meyvə bağlarının və əkinlərin sığortası barədə də məlumiat verilib. 
Fermerlərə bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə sığortalanan heyvanların siyahısı da genişləndirilib və buraya südlük inəklərlə yanaşı, ətlik mal-qara (danalar) və qoyun-keçilər də daxil edilib. Yeni tariflərlə 1000 manatlıq inəyin sığortası fermerə 31-47 manata, 300 manatlıq keçinin sığortası 10,5 manata, 200 manatlıq qoyunun sığortası isə cəmi 7 manata başa gələcək. 
Fermerlər aqrar sığortanın şərtlərindən, xüsusilə də 50%-lik dövlət dəstəyindən məmnun qaldıqlarını bildiriblər.
Görüşdə kənd sakinləri və fermerlərin heyvan və bitki sığortası ilə bağlı çoxsaylı sualları cavablandırılıb, onlara ətraflı məlumat verilib. 
 

  • Fermerlərlə görüş keçirildi- FOTOLAR

  • Fermerlərlə görüş keçirildi- FOTOLAR

  • Fermerlərlə görüş keçirildi- FOTOLAR

  • Fermerlərlə görüş keçirildi- FOTOLAR

  • Fermerlərlə görüş keçirildi- FOTOLAR

  • Fermerlərlə görüş keçirildi- FOTOLAR

Son xəbərlər

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

“Azərsu”da kütləvi ixtisarlar başlandı

Şərurlu İsfəndiyar saxlanıldı – Təfərrrüat

80 manat alan neçə müharibə veteranı var? — Rəsmi CAVAB

"Ermənistan rus qoşunlarına ehtiyac olmadığını elan edib" - Xandanyan

Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ

Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq? — AÇIQLAMA

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edildi

Lavrov səhvən Putinə "uzunqulaq" dedi - VİDEO

Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı

Mirzoyan Avropa Şurasının sessiyasında delimitasiyadan DANIŞDI

Cavanşir körpüsü sökülür - RƏSMİ

Pakistanda qızlar məktəbinə bombalı hücum

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Bütün xəbərlər