Gündəm

İbrahim Nehrəmlinin Oğuzun Mollalı kəndində 10 ha qoz bağını məhv etdirməsinə ETSN-də niyə göz yumurlar

MUMtv.az: - Bu yazı bir mətbuat orqanı olaraq tərəfimizdən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə, sözügedən nazirliyin tabeçiliyində olan reğional ekologiya idarəsinin rəsmilərinə, eləcə də Oğuz rayon Prokurorluğuna bir müraciətdir. Məqsədimiz Oğuzun Mollalı kəndi yaxınlığında 10 ha qoz bağının vəhşicəsinə məhv edilməsinin qarşısını alınması və bu işləri törədənlərin barəsində tədbir görülməsinə nail olmaqdır.



May ayının 1 və 5-i tarixlərində Aktualinfo.org-da Oğuz rayonun Mollalı kəndinin Bələdiyyə meşələri ilə bağlı yayılan məqalədə fondundakı ərazinin 10 hektar sahəsində, payızda və cari ilin martın əvvəlində dövlət tərəfindən əkilmiş qoz, ağcaqayın tinglərinin hamısını traktor və digər texnikaların köməyilə şumlatdırılaraq yerinə qarğıdalı səpilməsindən bəhs etmişdik. Qeyd etmişdik ki, aprelin 27-də, gecə yarısı baş vermiş bu hadisəni törədən elə həmin kəndin sakini, özünü sahibkar hesab edən Məmmədov Rauf Qabil oğlu olmuşdur. Verilən məlumatdan məlum olmuşdur ki, Rauf məşhur iş adamı olan Hacı İbrahim Nehrəmlinin oğlu ilə dostluq əlaqələrindən istifadə edərək yaşadığı ərazidə geniş biznes işləri görmək üçün biznes layihələr həyata keçirməyə başlamışdır. Əvvəlcə 2022-ci və 2023-cü illərdə Mollalı kənd bələdiyyə meşə ərazisində 10 ha açıq meşə ərazisini maklerlər vasitəsilə zəbt edərək qarğadalı bitkisi yetişdirməklə məşğul olmuşdur.

2023-cü ilin payızında və cari ilin yazında həmin ərazidə Ekologiya Nazirliyinin göstərişi ilə qoz, lapan, ağcaqayın ağacları əkilərək meşəbərpa layihəsi həyata keçirilmişdir. Elə bu zaman Hacı İbrahim əraziyə gələrək meşə işçilərinə xəbərdarlıq edərək bildirmişdir ki, bu ərazidə ağac tingləri əkməsinlər. Lakin biznesmenin xəbərdarlığını ETSN işçiləri ciddiyə almamışlar. Cari ilin aprelin 27-də gecə saat 3-dən səhər saat 8-dək iki ədəd təkərli T-80 markalı traktorla ( dövlət nömrə nişanı 20 AB 576 və 48 TT171 olan ) 10 ha meşə sahəsini şum edərək əkilmiş ağacların hamısını məhv edərək dövlətə külli-miqdarda ziyan vurmaqla ekoloji cinayət törətmişlər.

İbrahim Nehrəmlinin Oğuzun Mollalı kəndində 10 ha qoz bağını məhv etdirməsinə ETSN-də niyə göz yumurlar

Mollalı kənd bələdiyyə meşəsini şumlayan 48TT 171 nömrəli T-80 markalı traktorBiz mətbu orqan olaraq dövlət vəsaitləri hesabına sözügedən ərazidə salınmış qoz bağının şumlanaraq məhv edilməsi cinayətinə dərhal hüquqi qiymətin verilməsi üçün aidiyyatı yuxarı orqanlara müraciətlər etdik. Xəbərdarlıq etdik ki, yaxın günlərdə əraziyə gələrək çəkiliş aparacağıq. Biz mayın 11-də Oğuz rayon Mollalı kəndinə gəldiyimiz zaman məlum oldu ki, Hacı İbrahimin meşəni məhv etdirərək qarğıdalı əkdiyi meşə sahəsinin giriş yolu dəmir hisələrlə bərkidilərək bağlanmışdır və heç kim əraziyə buraxılmır. Hətta ETSN işçiləri belə. Bəli qadağan olunmuş zonaya girə bilməsək də yerli sakinlərin cinayət baş verən zaman hadisəni lentə alan materialları əldə edib geri qayıtmağa məcbur olduq.
Son aldığımız məlumatda bildirlir ki, Hacı İbrahim mayın 12-də Molallı kəndi yaxınlığındakı əkdirdiyi əraziyə gələrək Raufla görüşmüş və gələcək planlarını müzakirə etmişlər. Hacı İbrahim bizim media vasitəsilə məsləni ictimailəşdirməyimizdən azacıq narahat olduğnu bildirmiş və Bakıya qayıtmışdır.

İbrahim Nehrəmlinin Oğuzun Mollalı kəndində 10 ha qoz bağını məhv etdirməsinə ETSN-də niyə göz yumurlar

P.S. Biz, redaksiya olaraq hazırda həm ETSN rəhbərliyinin, həm də Oğuz rayonun Prokurorluğunun Oğuzun Mollalı kəndi yaxınlığında Bələdiyyə meşəsində əkilmiş 10 ha qoz bağının vəhşicəsinə məhv edilməsilə nəticələnən cinayət işinin başlanamsı üçün özlərində bir qədər cürət taparaq araşdırmaya başlanması barədə rəsmi məlumatı gözləyirik. Amma inanmırıq ki, baş prokuror cənab Kamran Əliyev işə qarışmasa çətin ki, Hacı Nehrəmlinin adamları istər Oğuz Rayon Prokrurorluğunun, istərsə də ETSN-nin daxili nəzarət idarəsinin əməkdaşlarını dövlət meşə fondu hesab edilən 10 ha şumlanaraq ağacları məhv edilmiş əraziyə ( özlərinin təbirincə “QADAĞAN OLUNMUŞ” zonaya) buraxsınlar. Bir az gözləyək görək dövlətə meydan oxuyan “meşə quldurları”nın aqibəti necə olacaq.//Aktualinfo.org


Son xəbərlər

İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!

Əhməd Vəliyevə məxsus olduğu deyilən MMC Dövlət Xidmətini məhkəməyə verdi

Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub - FOTO

Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat - ƏMR

Paşinyan: Ermənistan Azərbaycandan qaz tədarük edə bilər

BMT-dən şad xəbər: Dəhşətli vulkana rəğmən, ozon təbəqəsi bərpa olunur

"Tez-tez qrip olmaq o deməkdir ki..." - SN

"İrəvan və Bakı ilk dəfə dövlətlərarası səviyyədə sənəd imzalayıblar" - Paşinyan

"Dəryaz" qəzetinin rəhbəri tutuldu - "BANDOTDEL"dən ƏMƏLİYYAT

Noldu, “Aztelekom”? - Daha bahalı hələ daha sürətli demək deyil

Dubayda uçan taksilər istifadəyə veriləcək

Elton Məmmədovun məhkuma çevirdiyi keçmiş şərikinin şikayəti təmin olunmadı – 30 milyonluq məsələ araşdırılacaqmı?

Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir - İLGİNC FAKTLAR

Hacıqabul və Salyan İcra başçıları vəzifələrindən azad edildilər

"Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədlərini açmalıyıq" - Paşinyan

Sabah Bakıda yağış yağacaq

"Ermənistan region ölkələrinin ərazi bütövlüyünü tanıyır" - Paşinyan

B12 vitamininin mənbəyi

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

Zeynal Nağdəliyev Rüstəm Xəlilovu kollektivə təqdim etdi

Dəniz taksiləri istifadəyə verilsə tıxaclar azalar? - AÇIQLAMA

7 saylı Yol İstismar İdarəsi "COP 29-dan necə pul çıxarır"? - FOTO

Əmirullayevin "ac həriflər"i - məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...

Birinci Qarabağ müharibəsinin daha 4 itkin şəhidi dəfn ediləcək

NATO-nun baş katibi Putinin bəyanatlarını saxta adlandırdı

"Gələn il sosial xərclər 14 faiz artırılacaq" - İqtisadçı

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanıldı

Məşhur aviaşirkətlər İsrailə uçuşları dayandırdı

Bakıda yeni ekspres marşrut fəaliyyətə BAŞLAYACAQ

Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər