Gündəm
Gündəm / Siyasət
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə yeni Təyinat
MUMtv.az: - 06 yanvar 2021-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə yeni rəis əvəzi vəzifəsinə cənab nazir Muxtar Babayev tərəfindən təyinat oldu. Bu vəzifəyə uzun müddət ekologiya sahəsində işləmiş, təcrübəli kadr Xalıqverdi Hüseynov təyin olundu. Biz, ilk öncə Xalıqverdi müəllimi səmimi qəlbdən təbrik edib ona gələcək iş karyerasında müvəffəəqiyyətlər arzu edirik. Və ümid edirik ki, tez bir zaman ərzində "meşə quldurlar"ın Regional Meşə Təsərrüfatları Mərkəzlərində təmizləyərək, ali təhsilli ixtisaslı kadrlara baş mütəxəssis və mühəndis vəzifələrini verəcək. Çün ki, bu vaxta bəzi dırnaq arası məmurciklər tərəfindən əksər ali təhsilli ixtisaslı kadrlar həmişə baş vəzifələrdən uzaqlaşdırılmışdılar. Ümid edirik ki, cənab Xalıqverdi müəllim meşə sahəsində ciddi islahatlar aparacaq.(azerinfo.az)