Gündəm

ANA TƏBİƏT Məmmədov qardaşlarının DƏDƏ MALIDIR? - İTTİHAM VAR...

MUMtv.az: - Qəbələ, Oğuz meşələrinin kütləvi şəkildə qırılması ilə bağlı dövrü mətbuatda adıçəkilən rayon sakinlərinin çoxsaylı şikayətlərinə rast gəlmək mümükündür. Məlumatlarda sakinlər bu rayonlarda ekoloji vəziyyətin dözülməz olduğunu bildirirlər. Son həftələrdə isə Qəbələ, Oğuz meşələrində tez-tez yanğınların baş verməsi ilə bağlı məlumatlar yayılır. Həmçinin məlumatlarda yanğınların tez bir zamanda söndürüldüyü də bildirilir. Qəribə burasıdır ki, baş verən yanğınlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir açıqlama vermir. Sanki bu yanğınlar hansısa başqa bir ölkədə baş verirmiş kimi. Bunun səbəbi nədir? Meşələrin mühafizəsinə birbaşa cavabdeh olan qurumun diqqətsizliyi, yoxsa…

Təbiətə biganəlik haradan başlayır? Təbii ki, qeyri peşəkar idarəetmənin yol verdiyi bir çox məsələlərdən. Qeyd edək ki, bu gün bəzi rayonlarımızda meşələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarət dairəsindədir. Buraya ötən ilin dekabr ayında Akif Məmmədov rəis təyin edilib. O, daha əvvəl "Şahdağ” Milli Parkının direktoru olub. Akif Məmmədovun buraya rəis olunmasına qədər adıçəkilən rayonları meşə mühafizə idarələrində nələrin baş verdiyini xatırlatmağa ehtiyac yoxdur. Meşələri taladıqlarına görə həbs olunanalar, cərimələnənlər və sairlər hamısı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarətində olduğu rayonlarda baş verib. Bəs yeni rəis təyin olunduqdan sonra burada nə kimi dəyişikliklər olub?

Baş verən ən birinci dəyişiklik ondan ibarətdir ki, Akif Məmmədov rəis təyin olunduqdan çox keçməmiş Oğuzda meşə gözətçisi işləyən qardaşı Valeh Məmmədovu sahə rəisi təyin etdirib. Bu o Valeh Məmmədovdur ki, zonada hamı yaxşı tanıyır. Deyilənlərə görə onun meşələrdən oğurluq yolu ilə odun daşıyan maşınlarının qarşısını hələ heç kim kəsə bilməyb. Yəni Valeh Məmmədovun taxta bazarı daim açıq, işlək vəziyyətdədir. Redaksiyamıza verilən məlumatlara görə Valeh Məmmədov bir kəsilmiş ağacın diametrini hesablaya bilmir. Buna baxmayaraq qardaşı ona böyük bir ərazini həvalə edib, sahə rəisi təyin etdirib. Valeh Məmmədov isə öz növbəsində naryadları yazmağa, aktları tərtib etməyə bir işçi tutub və hər ay ona 300 manat maaş verir. Bunun da səbəbləri var. Deyilənlərə görə Valeh Məmmədov naryad yaza, akt tərtib də bilmir. Maraqlıdır, sahə rəisi özü nə qədər əmək haqqı alır ki, adam da tutub maaş verir?

Valeh Məmmədov özü üçün işçi tutmağa pulu ağacların kəsilməsindən alır. Məlumatlara görə onun nəzarətində olan meşə massivlərində ağaclar kəsilərək kömür, parket, odun kimi satışa çıxarılır. Meşələrdə əsasən qoz, cökə, palıd, vələs ağacları məhv edilir. Sexlərə tikinti materialı kimi daha çox palıd və qoz ağacları satılır. Hazırda İsmayıllıda, Oğuzda və ətraf rayonlarda Məmmədov qardaşlarının ondan çox taxta-şalban və qapı-pəncərə sexinin olduğu bildirilir. Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsini rəis Akif Məmmədov, qardaşı, sahə rəisi Valeh Məmmədov isə meşə təsərrüfatı sahəsini özlərinin bir nömrəli gəlir mənbəyinə çevirmişlər. Nəticədə meşələrin mühafizəsi və bərpası qalıb bir yana, ərazidə ekoloji sistem məhv olunur. Göründüyü kimi qardaşlar güya ərazidə meşələrin mühafizəsində dayanırlar. Amma biri nəzarət edir, digəri isə meşələrdə ağacları kəsib satır.

Buradan belə nəticəyə gəlmək olur ki, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev Valeh Məmmədovun əli ilə ölkənin sərvətinə qənim kəsilib. Bu boyda qanunsuzluğun qarşısı alına bilmirsə, bunun başqa bir açıqlaması yoxdur. Akif Məmmədov və Valeh Məmmədov Muxtar Babayevin təşəbbüsündən istifadə edərək xidmət rəisi Hikmət Əlizadəyə arxalanaraq ekologiyanı talan edirlər.

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Ölkənin sərvətlərinə və ekologiyasına qənim kəsilən hər bir şəxs vəzifəsindən asılı olmayaraq qanun qarşısında cəzalandırılmalıdır.//Qaynar-xett.az


Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər