Gündəm

TƏHLÜKƏ! Zaqatala, Qax rayonlarında Namiq Yusifov, Namiq Xıdırov sindromu - Ekoloji fəlakət




MUMtv.az: - Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov meşələrimizə qənim kəsilərək onları məhv etdirir

Respublikamızın kəndlərinin əksəriyyətinin bu gün ki, gün qazlaşdığı bir vaxta, görəsən, niyə görə meşə qırıntılarının sayı günü-gündən artmaqda davam edir?.

Buna səbəb nədir?
Görəsən, bu kəsilən ağaclar hara daşınır?

Bu barədə bizim dəfələrlə araşdırmalarımız və çəkilişlərimiz olub ki , bu qırılan ağacların əksəriyyəti bir başa sexlərə daşınır.

Görəsən, kimdir bu "meşə mafiya"sının başın da duran?.
Bu meşə "mafiya babası" Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bir neçə il bundan öncə Kənd Təsərrüfatı Nazirliyində (KTN) çalışmış, deyilənə görə, orada düzgün işlımıdiyi üçün, KTN-dən qoyulmuşdur.

Sonra isə hansısa qara yollarla özünü Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) transfer edə bilmişdir. Görünür KTN-də davam etdirə bilmədiyi çirkin işləri ETSN-də davam etdirməyə nail olmuşdir.

Bu şəxs ixtisasca meşəyə yad və naşı bir kadrdır.

Savadlı meşəçilırimiz olduğu halda, bu insan 2020-ci ilin aprel ayı hansı yolla Meşələrin İnkişafı Xidməti rəisi vəzifəsinə gətirildi?.

Görünür Namik Xıdırov ETSN-i cənab Muxtar Babayevin sadəlövhlüyündən istifadə edərək bizim gözümüz görə-görə meşələrimizi başına min oyun açaraq, saxta və yalan məlumatlar verərək onu aldadır.
Amma Namik Xıdırov kimi bir işbazın gördüyü bu çirkin işlərin ömrü çox qısa olur.

Namik müəllim yaxın və uzaq qohum əqrəba, tələbə yoldaşı və dost tanışların gətirib yığıb Regional Meşə Təsərrüfatı Mərkəzləri və ETSN-nin digər idarələrinə.

Bu barədə "azerinfo.az" maraqlı məlumatlar əldə edib:

- Kənd Təsərrüfatı Naziri İnam Kərimovun işdən qovduğu Çərkəz Şirinov Namik Xıdırovun tələbə yoldaşıdır və Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorudur;

-Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əfqan Qəribov Namik Xıdırovun dostudur;

-Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əkrəm Namik Xıdırovun kadırıdır



- Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev Namiq Xıdırovun dostudur.
Adəm İsmiyev meşəyə yad bir kadr olmağına baxmayaraq, onu bu postda dostu saxlayır;

-5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Cabbarov Xıdırov Namik Xıdırovun əmisi oğludur;

-7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Namik Yusifov adaşı olan Namik Xıdırovun dostudur.

Şəki və Qax ərazilərində vəziyyət çox acınacaqlıdır. Orada aparılmış çəkilişlərimiz buna sübut etməyə əsas verir.
7 saylı ETSİ-nin rəisi Namik Yusifovun rəisi olduğu ərazidə ekologiyanın qorunmasından belə xəbəri yoxdur.
Dostu Namik Qax və Şəki meşələrində olan adları "Qırmızı Kitaba" düşmüş və digər ağac cinslərin qırdıtdıraraq satır və o ağaclar da birbaşa pralama və sexlərə daşınır.
Yuxarıda sözügedən ərazidə olan pralama və sexlərdən Namik Yusifov aylıq haqq alır ki, onlara dəyib-toxunmasın.

Məsələn, bir sex Qax rayonun Güllü kəndi ərazisinfə Hafiz adlı şəxs işlədir, digər bir sex isə Qax rayonu Su Kanal İdarəsinin arxasında "taxta emal" sexi Elşən adlı şəxsən məxsusdur.
Bu, hər iki sexdə yeşık düzəldirlər meyvə-tərəvəz yığmaq üçün, həm də yerli meşə materiallarından mebel düzəldirlər (stol, stul, şkaf və s).
Bu sexlərdə istehsal olunan mebellər qonşu rayonlara satılır.
Sözügedən sexlərdən əlavə, Qax və Şəki rayonlarında meşə qırağlarında çoxlu mebel sexləri də vardır.

Namik Yusifov Dövlət meşələrilə yanaşı bələdiyyəyə aid olan meşələrdə də soyqırım işləri həyata çeçirdir.
Hətta yolqıraqlarında salınan meşə massivləri də eyni qayda ilə qırılıb şexlərə daşınır.

Meşələrdə və meşə ətrafı kəndlərdə kustar üsulla yerli meşə materiallarıından kömür hazırlanır.
Bir neçə gün bundan öncə
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları
Oğuz rayonu, Muxax kəndi yaxınlığında meşəlik ərazidə qeyri-qanuni yolla ağac kömürü istehsal edən beş ocaqxana aşkar etmişdilər.

Belə ocaqxanalar tək Oğuzda deil, hətta Cəlilabad, Masallı və digər bölgələrdə də mövcuddur.

Əvvəlki çəkilişlərimizdə cənub bölgəsində olan meşə soyqırımlaını çəkib göstərmişdik.

Amma tək cənub bölgəsi deil, bütün Respublikalarımızın meşələri bu gündədir.
Namik Xıdırov kimi məmurlar öz ətrafına "cinayətkar dəstə" toplayaraq meşələri qırdırıb, satıb talan etməklə məşğuldur
və yerli Ekologiya İdarələri ilə əlbir olub bu məkrli niyyətlərini həyat keçirdirlər.
Namik Xıdırov və Namik Yusifov kimi dırnaq arası məmurların gördükləri bu çirkin iş birbaşa Ölkə Başçısının apardığı dürüst siyasətin əleyhinə getməkdir.

Cənab Prezidentin və "Heydər Əliyev" fondunun təşəbbüsü ilə hər il neçə million ağaclar əkilib Azərbaycanımızı çiçəkləndirdiyi bir halda, Namiklər kimiləri isə dədə-babamızdan bizə miras qalan meşələrimizi talan edirlər.

Ümid edirik aidiyyatı orqanlar, şəxsən bu işi nəzarətə götürüb bir tədbir görəcəklər.

Həmişə olduğu kimi qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.//azerinfo.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər