Gündəm

Oğuzun icra başçısının bu kənddən xəbəri varmı? - Sakinlər ÇARƏSİZ DURUMDA

MUMtv.az: - Oğuzun Baş Daşağıl kəndi Azərbaycanın turizm imkanları geniş olan məkanlarından biri olsa da, problemləri də bitmir.

Yayı cənnət, qışı isə olduqca şiddətli soyuq, şaxtalı, daim qarlı kəndin ən başlıca problemlərindən biri də mavi qaz problemidir.

Təəssüflər olsun ki, qonşu ölkələrə mavi yanacaq satan Azərbaycanın bir çox bölgələri kimi Oğuz da diqqətdən kənarda qalıb, elə Baş Daşağıl kəndi buna əyani sübutdur. Amma burada əsas problemlərdən biri də yerli məmurların kəndə və onun mövcud durumuna biganə münasibətidir.
Sakinlər "Arqument.az"a deyirlər ki, bu problemlə bağlı dəfələrlə müraciət etsələr də, heç nəticə yoxdur.

Oğuz Rayon İcra Hakimiyyəti isə sakinləri taleyin ümidinə buraxıb. Belə ki, kənd sakinlərinin qaz problemi ilə bağlı etdiyi şikayət və müraciətlər hiddətlə qarşılanır.

Kəndin təbiəti yayda hamının diqqətini özünə çəksə də, kimlərsə bu kəndə, sadəcə, gəlir mənbəyi kimi sahib çıxmağa çalışır. Amma problemlərini dilə gətirənləri əllərinin arxası ilə geri çevirir, sakinlərin çəkdiyi əziyyəti görməzdən gəlirlər.

"Avazları yaxşı gəlir, oxuduqları "Quran" olsa..."

Sakinlər rayonun deputatı Aqiyə Naxçıvanlıya da dəfələrlə müraciət ediblər, hətta kənd sakinləri ilə görüşündə də bunu dilə gətiriblər.

Bir müddət bundan öncə isə yazılı şəkildə müraciət ediblər.

Deputat lazımi tədbirlərin görüləcəyinə dair söz verib, amma, sadəcə, söz verib və vədi elə söz olaraq da qalıb...

Bir neçə dəfə problemlə daha yaxından tanış olması üçün onu kəndə də dəvət ediblər, amma gəlməyib.

Cavabsız məktublar...

Çarəsiz sakinlər SOCAR-a, Prezident Adminstrasiyasına, Birinci vitse-prezidentə müraciət ediblər, amma deyirlər ki, şikayətləri həmin qurumlara çatmayıb.

Onların sözlərinə görə, müvafiq urumlara göndərilən saysız-hesabsız məktublar hələ də cavabsızdır.

200-ə yaxın ailə, 1300-ə qədər sakin 3 ildən çoxdur ki, qaz probleminin həllini ümidlə gözləyir. Amma belə görünür ki, daha çox gözləməli olacaqlar.

Daşağıllıların problemləri təkcə bununla bitmir.

Sakinlər deyirlər ki, kəndin məktəb problemi mövcuddur. Belə ki, məktəb binasının kiçikliyi, texniki vəsaitlərdən rahat istifadə edə bilmək üçün imkanların azlığı məktəbin və daha doğrusu, kəndlilərin başlıca problemidir.

Baş Daşağılın bütün problemlərinin həlli daşdan keçir. Daşağıl - sanki bu ad elə kəndin qismətinə yazılıb və problemləri ilə düz mütənasibdir...

Məsələ ilə bağlı Oğuz Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər