Gündəm

"Öz gözündə tiri görməyən, özgə gözündə tük axtarır" -  GÜLÜNC  " İTTİHAM" // VİDEO

MUMtv.az: - Xalq o, zaman birlik ola bilər ki, hər kəs fərd olaraq şəxsi maraqlarını kənara qoyub, milli dəyərlərimizin ətrafında birləşsin. 2020-ci ildə olduğu kimi. Məhz o, birliyin nəticəsi idi ki, düşmənin 30 ilə əldə etdiyini ərənlərimiz cəmi 44 günə darmadağın edib, işğal altında olan torpaqlarımızı geri aldı.
Qələbəni birlik qazandı.

Bunu etiraf etmək acınacaqlı olsa da bildiririk ki, bu birlik çox təsadüf hallarda baş tutur. Peşəsindən, sənətindən asılı olmayaraq, insanların böyük əksəriyyəti çalışdığı müəssisənin rəhbər işçilərinə "yaxşı görünmək" üçün haqq-nahaq onların sözünü deyir, haqsızlığa uğramış digər bir əməkdaşı təkləyirlər. Bu cəmiyyətdə də belədir.

Bu cür pərakəndəlik yaradan fərdlər həm sahibi olduğu peşənin, həmçinin cəmiyyətin "üz qaraları"dır və onların məqsədləri hüququnu bilən, haqqını tələb edən insanları utandırmaq, qınamaq yolu ilə tutduğu doğru yoldan çəkindirməyə köklənir.

Təbii ki, bu kimi hallar yuxarıda da qeyd etdiyimiz kimi hər sahədə var, eləcə də mətbuat sahəsində. Hansı ki, beyinlərinin məhsulu ilə yanaşı öz əqidəsini də 3-5 manata sataraq, əzazil rəhbər şəxslərin şəninə ucuz sözlər toplusundan ibarət təriflər yazırlar. Hələ bu da azmış kimi, doğrulardan bəhs edən hər kəsi də dolayısıyla onlar kimi yalançı olmamaqda (güya yalan məlumat verməkdə) ittiham edirlər.

Yeri gəlmişkən, bu günlərdə biz də "DogruaXeber.az" olaraq belə bir üz qarasının hədəfi olduq.
Özümüz barədə əlavə nələrsə yazmağa düşünürük ki, gərək yoxdur. Bizim məramımız, məqsədimiz adımızdan bəllidir - DogruXeber.az. Həmçinin, bütün oxucularımızın və izləyicilərimizin də etimadını, etibarını, alqışlarını doğruluğumuzla qazanmışıq. Bizi biz olduğumuz üçün izləyən, dəyər verən bu qədər izləyici auditoriyamız varkən, əlavə şərhə gərək duymuruq və həmin şəxslərin hər birinə təşəkkür edirik.

Necə deyərlər, "Elin gözü tərəzidir".
Baxın, çoxlarının tanımadığı bir sayt, hansı ki, izləyiciləri çaşdırmaq üçün peşəkar jurnalist həmkarımızın rəhbəri olduğu məşhur saytın adına iki hərf əlavə edərək, özünə ad seçib, hansısa maraq xatirinə barəsində "DogruXeber.az" informasiya portalında tənqidi material dərc olunan məktəb direktorunu tərifləyib, üstəlik də bizi "araşdırmadan, həqiqətə uyğun olmayan məlumat yazmaqda ittiham edib".

Məktəb direktorundan şəhid xanımına: - "O, hamıya şər atır" - VİDEO



Söhbət, İmişli şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbin direktoru Fami Fərəcovdan gedir. O, Fami Fərəcov ki, bir neçə gün əvvəl Şəhid xanımı Adilə Babaşova "Kanal14"ün canlı efirində onun rəhbərlik etdiyi məktəbdə tez-tez pul yığılmasından və həmin məktəbdə təhsil alan iki nəvəsi üçün tələb olunan pulu hər dəfə vermək üçün maddi imkanı olmadığından, eləcə də məktəbli forması almaq imkanının olmadığından gileylənirdi. Ertəsi gün elə canlı efirdə telefon əlaqəsi saxlanılıb, mövqe soruşulan Fami Fərəcov isə açıqlama vermək yerinə, şəhid xanımı barəsində kobud ifadələr səsləndirmiş, xanımı hamıya "şər atmaq"da ittiham etmişdi. O, cəmi bir neçə dəqiqəlik danışığı ilə bütün izləyicilərin tənqid hədəfi olmağı bacarmışdı, çünki, onun ifadələri yüzlərlə şagirdin etibar ediləcəyi müəllim adına yaraşacaq ifadələr deyildi.

Qeyd edək ki, "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən"Kanal14"ün efirində müzakirə olunan bütün məsələlər portalımızda da yazılı şəkildə dərc olunur.

Adını jurnalist qoyan və başını başlara qoşan, kimliyi bəlli olmayan (saytın məlumat bölməsində rəhbərin adı qeyd olunmayıb) bu nəfər isə hələ araşdırma yazı ilə məlumat xarakterli yazının fərqini seçə bilmir. Gün ərzində yayımladığı xəbərin sayı 1-dən 4-ə qədər rəqəm arasında dəyişən saytda gedən məlumatlara ötəri nəzər salarkən, o, sayın da əsasını hər kəsin tənqid etdiyi səlahiyyət sahibləri barəsində tərifdən ibarət istinad yazıların təşkil etdiyi də aşkar görünür.

"Öz gözündə tiri görməyən, özgə gözündə tük axtarır" -  GÜLÜNC  " İTTİHAM" // VİDEO

(sözügedən saytın "haqqımızda" bölməsi)

Doğrudur, biz bu yazıda haqqında nə bir məlumat, nə bir əlaqə vasitəsi olmayan saytdan bəhs edərək, ona həm də tövsiyyə vermiş oluruq. Bu da bizdən hədiyyə. Bəlkə gələcəkdə gerçək bir xəbər portalı ola bilsələr, bizim də qatəımız olsun.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Mövlam Şıxəliyevə qarşı daha bir iddia - Generaldan maddi ziyan tələbləri artır

Azəriqazın borcunun pik həddə çatmasının səbəbləri məlum oldu

Ordumuz Zəngəzurda möhkəmlənir

Şahin İsmayılov Beyləqandan qovuldu: Köməkçisi isə qaziləri təhqir etdi — VİDEO

Parlament seçkilərinə görə bu qədər seçki bülleteni çap ediləcək

Bu məmurlar İSTEFA VERƏCƏK

"Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsi proqnozlaşdırılmır" - Agentlik

“Kupça satan” kimi tanınır, həbsdə olduğu deyilir… – Adil Əliyevin MENYUSUNA…

Payızda yeni müharibə başlayır, Ermənistan Zəngəzuru itirir” – Ərdoğana yaxın qəzetin rəhbərindən ŞOK yazı

“YERİMƏ NARKOTİK İSTİFADƏÇİSİNİ GÖTÜRÜBLƏR” – Bərdə sakini işdən şərlənərək çıxarıldığını deyir

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ərdoğan Suriya lideri ilə sərhəddə görüşə bilər

"Sən orda mənim barəmdə nə irəli-geri danışırsan?!" - Müəllimlərdən imtahan üçün rüşvət istəyən təlimçinin jurnalistlə "varavskoy söhbəti"

Eldar Mahmudovdan YENİ XƏBƏR VAR - Yarım milyona yaxın...

Qalmaqallı şirkətə 9 milyonluq tender verildi - TƏFƏRRÜAT

Bəzi bölgələrə leysan yağıb, şimşək çaxıb

Seçici siyahılarının yerləşdirilməsi üçün ayrılan müddət başa çatır

Deputatı öldürməkdə təqsirləndirilən gənc günahsız olduğunu deyir

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Nazir Bayandura `DAYAN, DUR` deyəcəkmi? - İLGİNC

Binəqədidə neft boru kəmərinin üstündə obyekt inşa olunur, RİH başçısı bu cür qanusuzluğa göz yumur- SƏBƏB? - FOTOFAKTLAR

Bu universitetlərdə illik təhsilhaqqı artırıldı - SİYAHI

Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişi təsdiqləndi

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

AYNA yığdığı cərimələrlə rəhbərliyin maaşını artırır? - Natiq Cəfərlidən sensasion iddialar

Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib - ARAŞDIRMA

Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR

Ceyhun Bayramov: "Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir"

Çörəkdən uzaq durun - 1 ildə 10 yaş qocaldır

Hərbi hissədə qumbara partladı: İKİ HƏRBÇİMİZ AĞIR YARALANDI – TƏFƏRRÜAT

Ədalət Vəliyevin işçisi bu dairədən namizəd olur? – YAP-ın idarə heyətinin üzvü olan namizəd isə….

Bütün xəbərlər