Gündəm

Cəmiyyəti məhvə aparan səbəblər və səbəbkarlar... - Qarşısı alınmasa...

MUMtv.az: - Düz 30 il vətən, torpaq, yurd həsrəti sızıltısı ilə yaşadıq və bu 30 ildə analar, atalar, müəllimlər böyüməkdə olan oğullara-qızlara vətənpərvərlik hissləri, qorxmazlıq, cəsarət və düşmənə nifrət, intiqam hissləri aşılayaraq, minlərlə, milyonlarla gənclər yetişdirdilər. Məhz həmin gənclər idi ki, Ali baş komandanın əmri ilə meydanlara çıxıb, könüllü cəbhəyə yollandılar, kimisi bu yolda canından oldu, kimisi sağlamlığını itirdi, demək olar hamısı beyin travması, psixoloji travma aldılar - amma, qalib oldular.

Bəli, 30 ilin kini, nifrəti ilə bəslənmiş oğullar idi həmin ordunun tərkibi. Qeyrətli anaların-ataların, müəllimlərin yetişdirdiyi qeyrətli oğullar...

"Qeyrət" sözünü təkrar-təkrar vurğulamam təsadüfi deyil. Xarici düşmənə qalib gəlsək də, içimizdən bizi məhv edən gözəgörünməz düşmən qüvvələrə təslim olmağımız məni, eləcə də milli dəyərlərimizə, islami dəyərlərə, mentalitetimizə önəm verən hər bir azərbaycanlını ağrıdır, əzab verir.

Baxın, cəmiyyətimizdə cinsi azlıqların nümayəndələri nə qədər çoxalıb. Hamısı da LGBT adı altında bir bayraq altında birləşiblər.

Mən sadəcə öz müşahidələrimi qeyd etmək istəyirəm.

Əvvəla onu vurğulamaq istəyirəm ki, cəmiyyəti birinci növbədə məhv edən fərdlərin əksəriyyətinin nəfsinə hakim ola bilməməsidir. "Tik-tok" sosial şəbəkədə 3-5 manat gəlir əldə etmək üçün hər vasitəyə əl atırlar və bu 3-5 manatı da həmin fərdlərə qazandıran yenə də cəmiyyətin özüdür, çünki, onları daha çox izləyirlər, hədiyyələr göndərirlər filan. Belə olan halda cəmiyyətə sözün əsl mənasında pis nümunə olan o yayımların sahibləri, daha bərbad, daha iyrənc "layihə"lər üzərində düşünməyə başlayır. Yaşından asılı olmayaraq, hər kəs də baxış sayının çoxluğunu gördükcə, o, tip hərəkətlər etməyə meyillənirlər, çünki, nəfs buna vadar edir.

Əvvəllər, elə sosial şəbəkələrdən "saf" kimi tanıdığımız gənclər, yeniyetmələr var idi ki, az müddət sonra ölkəcə tanınmış, hətta qonşu ölkələrin də onu tanıdığı üçün fəxr edən cinsi azlığın nümayəndəsinin yanından, evindən canlı yayımlar etməyə başladılar. Burdan belə çıxır ki, iradəsinin zəif olduğu hiss olunan gənclər, cavanlar məqsədli şəkildə yoldan çıxarılır. Bəs bunun üçün maraqlı olan qüvvələr kimlərdir?

Niyə dövlət bunun qarşısını almaq üçün hər hansı tədbirlər görmür. Hələ arada əllərinə rəngbərəng əsgi parçası götürüb, aksiyalar keçirib, "hüquqlarının müdafiəsi"ni tələb edənlər də oldu.

Hansı hüquq?

Psixoloqlar da bildirir ki, bu bir xəstəlik deyil, seçimdir. O, zaman bu "seçim"in bu qədər geniş və aşkar yayılmasının qarşısını almaq üçün niyə hər hansı tədbir görülmür?

Azərbaycan sərvətlər ölkəsidir və sərvətlərindən dolayı ölkəmizdə gözü olan düşmənlər var. Allah eləməsin, yenidən müharibə olsa əlinə silah alıb düşmən qarşısına kimlər çıxacaq?

Bir yandan cəmiyyətdə geylərin çoxalması, digər tərəfdən kişilərin işsizliyi, hər işdə tələbat yalnız qadın işçilərə olması getdikcə kişilərdə qürur və qeyrət hissinin azalmasına, daha doğrusu məhvinə aparır.

Başa düşürəm, bu təkcə Azərbaycanda deyil, Avropa ölkələrinin böyük əksəriyyətində bu hal yaşanır. Amma, bura Avropa deyil, bura müsəlman ölkəsi Azərbaycandır və bu kimi iyrəncliklər bizim dinimizə də, mentalitetimizə də tamamilə ziddir. Amma, bu gün Azərbaycan televiziyalarının cinsi azlıqların nümayəndələrinə meydan verib tanıtmaları, təbliğ edib sevdirmələri cəmiyyətimizi göz görə-görə məhv edir.

Hansısa bir aparıcının hakimiyyət əleyhinə hər hansı bir kəlmə işlətməsi bir televiziyanın fəaliyyətinin dayandırılmasına səbəb ola bilirsə, demək bu hakimiyyət, bu dövlət üçün bu kimi halların qarşısını almaq asanlıqla mümkündür.

Odur ki, qalib ölkə Azərbaycanımın qeyrətli oğulları, damarlarında axan qeyrət qanı bu torpaqlara qarışan qəhrəmanlarımız Azərbaycanı qüdrətli ölkə olaraq dünyaya tanıtdı. Onların qanı tökülən bu torpaqları qorumaq, sözün əsl mənasında təmiz saxlamaq bizim və dövlətin müqəddəs borcudur.
Cəmiyyət olaraq, daha bir önəmli borcumuz bu torpağın altında yatan, düşmən qarşısına gülə-gülə çıxan, gülə-gülə şəhid olan, qan pulunu belə yolların düzəlməsi üçün vəsiyyət edən qəhrəmanlar kimi oğullar yetişdirməkdir. Uşaq, ailədən çox, cəmiyyətin arasında böyüyür, yetişir.

Məhvə doğru gedən cəmiyyət, uçuruma gedən dövlətçilikdir.

Odur ki, bir vətəndaş olaraq, cəmiyyətimizi uçuruma aparan səbəblərinin dövlət səviyyəsində qarşısının alınmasını xahiş və tələb edirəm.

DogruXeber.az

Son xəbərlər

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bu günə olan valyuta məzənnələri

Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

Hərbçimiz vəfat etdi

Putin və Si Cinpinin məhdud tərkibdə görüşü keçirilir

Sərhədçilərin Ermənistan və Azərbaycan sərhədinə yerləşdiriləcəkləri vaxt bəlli oldu

Bütün xəbərlər