Gündəm

Torpağı vətən edən ömür...

Bastığın yerlərə torpaq deyərək keçmə, tanı:
Düşün altında minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı:
Vermə, dünyaları alsan da, bu cənnət vətəni. (Mehmet Akif Ərsoy)


MUMtv.az: - Vətən adlı cənnəti uğrunda minlərlə oğullar şəhadətə yüksəlib, əbədi cənnətə köçüblər. O oğullar ki, son damla qanlarına qədər vuruşaraq, özlərinə cənnəti, bizə cənnət vətənimizi bəxş etdilər.

İgid, qəhrəman, mərd, cəsur oğullar sayəsində torpaq vətən oldu. Həmin qeyrətli oğullar öz qanları ilə torpaqlarımızdan düşmənin murdar izlərini sildilər. İndi onlar bizim üzərində rahat gəzməyimiz üçün torpaq altında, vətəni çiyinlərində möhkəm saxlayırlar.

"DogruXeber.az" bildirir ki, torpağı vətən edən, uğrunda canı ilə düşmənə keçilməz sədd çəkən oğullardan biri də 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən müharibədə sağlamlığını, ən yaxın dostlarını, silahdaşlarını itirən, bütün bunlara rəğmən böyük əzmlə müharibənin sonuna qədər mübarizə aparan və qələbə sevincini bizə bəxş edən oğullardan biri də Məmmədov Mahir Natiq oğludur.

Torpağı vətən edən ömür...

Mahir 1982-ilin noyabr ayının 28-də Qəbələ rayonunda doğulub.
2001-ci ildə hərbi xidmətə yollanıb. Elə həmin il də "Xüsusi Təyinatlı qüvvələr" kursunu keçib və elə 2001-ci ildən, 2021-ci ilə qədər də Xüsusi Təyinatlı qüvvələrdə xidmət edib.

44 günlük vətən müharibəsində iştirak edib.
Keçdiyi döyüş yolunu özünün ağır yaralanmasından, hətta öldü bilinib, morqa yerləşdirilməsindən daha çox, itirdiyi - daha doğrusu şəhid olan dostları ilə xatırlayan Mahir Məmmədov onlardan söz düşəndə həmişə söhbəti yarım qalır... Gözünün qabağında qanına bürünüb, canını tapşıran döyüş yoldaşlarının xatirələri və son halları onu qəhərə boğur və onlar barəsindəki söhbəti yarım qalır...

Yuxarıda da qeyd etdiyimiz kimi əslində Mahir özü də döyüşdə ölümcül yaralanıb. Onun artıq öldüyü düşünülüb və morqa yerləşdirilib. Burnundan qan axdığını görən həkim onun sağ olduğunu anlayıb və dərhal morqdan çıxarılıb, reanimasiyaya yerləşdirilib. Və şükürlər olsun yaradanın möcüzəsi ilə həyata dönüb.

Bütün öz yaşadıqlarını yuxu kimi xatırlayan Mahir, döyüş yoldaşlarının gerçək itkiləri ilə barışa bilmir. O hələ də hər gün şəhidlər xiyabanına gedib, saatlarla onlarla söhbət etdiyini və onların yoxluğunu hələ də qəbul edə bilmədiyini deyir.

Bəli, Mahir Məmmədov kimi müharibədən sağ qayıdan minlərlə oğullar hələ də o qanlı 44 günlük "zamanın səyahətində"dirlər. Gözləri, düşüncələri hələ orada itirdikləri döyüş yoldaşlarını "sağ" tapmaq ümidi ilə arayır.

Çox təəssüflər olsun ki, onlar geri gəlməyəcək, amma, adları və xatirələri qanları bahasına geri aldıqları torpaqlarımızın adları ilə, Azərbaycan ilə birgə yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət, hazırda həyatda olan bütün döyüş iştirakçılarına sağlam ömür versin.
Amin.

DogruXeber.az
000000

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər