Gündəm

Novruzov  Siyəzəndə  kimə, yaxud nəyə xidmət edir ki, sakinlər  mətbuata axışır ? - Müharibə veteranı narazıdır // VİDEO

MUMtv.az: - 2020-ci il sentyabr ayının ikinci yarısından, noyabr ayının birinci yarısına qədər - cəmi 44 günlük bir zaman 30 ilin utancına, həsrətinə son qoyan qəhrəmanlıq səhifəsi oldu Azərbaycan tarixində.
30 il - "bir igidin ömrüdür" deyirdi ağsaqqallarımız, ağbirçəklərimiz.

Bəli, Azərbaycan tarixində bu 30 il bir deyil, minlərlə igidin ömrü oldu. 30 ilin sonunda, torpaq , yurd həsrətilə birgə minlərlə igidlərin ömürlərinin də sonu oldu.

Daha bir qəhrəmanlıq tarixi 30 ilin yetişdirdiyi qeyrətli oğulların təri ilə, qanı ilə yazıldı.

Bəli, Azərbaycan oğulları işğal altında olan 20 faiz torpaqlarımızı geri aldı, amma...

Doğrusu, o "amma"dan sonranı yazıb, cümləni bitirməyə utanıram...

Təsəvvür edirsiniz?
Respublika ərazisinin işğal altında olan 20 faiz hissəsini ölümü gözə alaraq, heç nə düşünmədən döyüşə atılıb, gücü ilə alan oğullar var ki, onların ikicə sot həyətyanı torpaq sahəsi belə yoxdur, o ki qaldı pay torpaqları.

Müharibə vaxtı özlərinin, övladlarının səsi çıxmayan bələdiyyə sədrlərinin, icra nümayəndələrinin, hətta icra hakimiyyəti başçılarının belə onlar haqlarını istəyəndə onlara qarşı səsləri elə möhkəm çıxır ki, bundan pis təsirlənən o oğullar bir getdikləri qurum qapısına bir də getmək istəmirlər.

Ölkə başçısının müharibə bitdikdən dərhal sonra göstərdikləri şücaətləri orden və medallarla qiymətləndirdiyi oğullar, yerli icra orqanları tərəfindən dəyər görmürlər.

Həmin oğullardan biri də Siyəzən rayon Gilgilçay qəsəbə sakini Həsənbəyli Orxan Mübariz oğludur.

Orxangil cəmi iki qardaşdır, atalarını hələ uşaq yaşlarında itiriblər. Onları min bir zəhmətlə böyüdən xəstə ana isə Orxan müharibədə olarkən, hər an yaşadığı qorxu, həyəcan səbəbilə müharibə bitənə yaxın dünyasını dəyişib.

İndi iki qardaş yaşayırlar. Orxan yeni evlidir. Onların hər ikisinin nə evi var, nə torpağı.

Bu barədə Orxan Həsənbəyli "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında özü məlumat verib.





Elə canlı yayımdaca agentliyin rəhbəri və proqramın aparıcısı Kamal Əsgərov Gilgilçay qəsəbə İcra nümayəndəsi və bələdiyyə sədri ilə telefon əlaqəsi saxlayıb, Orxan Həsənbəylinin haqlı tələbinə açıqlama almağa çalışıb.

Bələdiyyə sədri Rəvanə xanım cavab verdi ki, "bizdə ehtiyat torpaq sahəsi yoxdur, ona görə verə bilmirik".
Hər halda bu bir cavab olmasa da bələdiyyə sədri bunu cavab niyyətinə dedi.

Xanımın danışığından belə anlaşılırdı ki, sanki, verilən suallara kimdənsə icazəsiz cavab verməkdə çətinlik çəkirdi, nə deyəcəyini bilmirdi.

İcra nümayəndəsi isə "məsələni kökündən həll etmişdi" - birdəfəlik telefonu söndürmüşdü.

Orxan Həsənbəyli deyir, - "Siyəzəndə şəhərin özündə o qədər çox boş ərazilər var ki, ordan da verə bilərlər".

Təbii ki, verə bilərlər, ancaq, əgər "ülyahəzrət," Novruz Novruzovovun könlü istərsə.
O da ki, söhbət Novruzovdan gedirsə mümkünsüz olduğu gün kimi aydındır.

Halbuki ki, ölkə üçün, vətən üçün heç bir işə yaramayan çox məmurların sahib olduqları hektarlarla torpaq sahələri, vətənin dar günündə yoxa çıxan, övladları, əzizləri ilə birlikdə qaçıb gizlənən o məmurların deyil, vətən üçün ölümü gözə alan igidlərin və ailələrinin haqqıdır.

Novruzov  Siyəzəndə  kimə, yaxud nəyə xidmət edir ki, sakinlər  mətbuata axışır ? - Müharibə veteranı narazıdır // VİDEO

Novruzov  Siyəzəndə  kimə, yaxud nəyə xidmət edir ki, sakinlər  mətbuata axışır ? - Müharibə veteranı narazıdır // VİDEO

Görünür, istər müharibə iştirakçıları, istərsə də digər sakinlər nə Siyəzənin bərəkətli ərazisindən yararlanıb özünə balıqçılıq və digər təsərrüfatlar yaradan, biznes quran icra başçısı Novruzovun, nə də "başıuca" deputat Sadiq Qurbanovun umrunda deyil. Yoxsa, uzun müddətdir Orxanın nənəsinə onlara köməklik ediləcəyi barəsində yalançı vədlər verib, vaxtı bada verməzdilər.

Xatırlayırsınızsa, bir müddət əvvəl Siyəzən rayonundan olan birinci vətən müharibəsi veteranı, ikinci qrup əlil Hidayət bəy də "DogruXeber.az" redaksiyasına və "Kanal14"ə müraciəti zamanı 30 ildir köhnə, baxımsız, təmirə deyil, bərpaya ehtiyacı olan uşaq bağçasında yaşadığı, kömək üçün müraciət etmək istədiyi İcra başçısı Novruz Novruzovun onu ümumiyyətlə qəbul etmədiyi, onu görəndə hər kəsin içində "bu başıxarab yenə gəldi" deyərək onu təhqir etməsi, "Mənim üçün döyüşməmisən ki, Heydər Əliyev üçün döyüşmüsən get o da sənə ev versin" deməsi barəsində danışmışdı.

Elə həmin məsələ ilə bağlı Kamal Əsgərov deputat Sadiq Qurbanovun köməkçisi ilə danışmışdı və köməkçi də rəhbərindən öyrəndiyi qaydada - təntənə ilə, "bizim başımız bütün Siyəzən sakinləri qarşısında ucadır. Həmişə əlimizdən gələn köməkliyi etmişik" - deyə cavab vermişdi.

Söz yox ki, Hidayət bəyin "DogruXeber.az" informasiya agentliyinə müraciətindən sonra, redaksiyamız adından aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna müraciətlər göndərdikdən sonra, Fond tərəfindən dərhal diqqətə götürüldü, araşdırıldı, Hidayət bəyin mənzilə həqiqi ehtiyacı olduğu aydınlaşdırıldı və artıq yaxın günlərdə Sumqayıt şəhərində mənzillə təmin olundu.

Ancaq, müdriklərin sözüdür, "yalançının şahidi yanında olar". O "başıuca" deputat köməkçisinin şahidləri də bir-birinin ardınca "Kanal14"ə pənah gətirirlər.

Yəqin, Novruz Novruzov bu dəfə də düşünür ki, Orxan Həsənbəyli onun üçün deyil, ölkə başçısı üçün vuruşub, ölkə başçısı da torpaq verməlidir.
Hər halda Hidayət bəyin iddialarından sonra, görünən mənzərəyə qarşı yaranan məntiq belə düşünməyə əsas verir.

Elə rayon rəhbərliyindən və deputatından bir təpər görməyən Orxan da "Kanal14"ün efirindən, illərdir sakinlərin heç bir işinə yaramayan o məmurlara deyil, ölkə başçısına üz tutub, ondan kömək istədi.

Maraqlıdır, bəs Novruz Novruzov, Sadiq Qurbanov ölkə büdcəsinə niyə şərik çıxıb, ordan maaş alırlar?
Əgər, Novruzovun əvəzinə ölkə başçısı özü işləyəcəksə, Siyəzən sakinlərinin hər dərdinə ölkə başçısı əl qoyacaqsa, Siyəzən camaatı Novruzovun hələ çooox "ərköyünlük"lərinə dözməli olacaqlar, necə ki, dözürlər.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Jalə Asiman



Son xəbərlər

Bu şəxslərə 1380 manat ödəniş edilir

Ermənistanın Birinci Kanalı Əskipara ilə bağlı filmi sildi

Lavrov dünyadakı problemlərin səbəbini açıqladı

Günəşdə yeddi güclü partlayış olub

DİN-dən valideynlərə MÜRACİƏT

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Bütün xəbərlər