Gündəm

"Mənə iş və pay torpağı vermək üçün məndən rüşvət istəyirlər" - Müharibə veteranı  canlı efirdə belə dedi // VİDEO

Ey gidi dünya...
Yağışın-qarın altında döyüşüb, respublikanın düşmən tapdağında olan 20% torpağını düşməndən azad edib bayrağını sancan kim, kameralar qarşısında erməni bayrağını yumruqla cırıb, şou göstərən kim. Yəni cəfasını kimlər çəkdi, səfasını kimlər sürür...

Torpağı geri almaq üçün qanını tərinə qatıb döyüşən oğullara, o zamanlar övladını, kürəkənini gizlədən məmurların indi 2-3 sot haqqı olan pay torpağı verməyə əlləri gəlmir. Yaxud, ölkə başçısının bu barədəki xüsusi tapşırığına baxmayaraq, bir işlə təmin etməyə belə xəsislik edirlər.

44 günlük müharibənin fəsadları iki ildir nəinki bitmir, hələ hər gün daha da artır sanki.
Hər gün hər hansı sosial mediya, yaxud sosial şəbəkələrdə müharibə iştirakçıları ya torpaq problemindən, ya da işsizlikdən gileylənirlər.

Statistika işsizlik səviyyəsinin 5 %-ə qədər azaldığını deyir.
Bəs kimlərdir o, 95% çalışanlar?

Bütün bölgələrdən "DogruXeber.az"a, "Kanal14"ə, həmçinin digər müstəqil mediyalara işsizlikdən və rayon rəhbərliyindən narazı vətəndaşlar, Qarabağ veteranları və sair şəxslər olur. Lakin, elə vətəndaşların özlərinin verdikləri məlumatlarda aydın görünür ki, çalışan şəxslərin əksəriyyəti məmur qohumları, qalanları isə rüşvət vermək iqtidarında olan şəxslərdir.

Qazax rayon sakini Məzahir Əliyev "Kanal14"ün efirində yayımlanan "Kamalın zamanı" proqramı canlı yayımda rayonda işləmək üçün kimlərin qohumu olmağın "vacibliyini" vurğulayıb.

İşsizlik demişkən, 28.11.2022-ci il tarixində "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Daşkəsən rayon Əmirvar kənd sakini, eyni zamanda Vətən müharibəsi iştirakçısı, bir neçə medal sahibi Hüseynli Səyyab da işsizlikdən və bugünə qədər pay torpağı ala bilmədiyindən gileylənib və vurğulayıb ki, bunlara sahib olması üçün kənd İcra nümayəndəsi Rüfət Bədəlov ondan rüşvət tələb edir.

Ətraflı videoda:



Torpağı vətən edən oğulları vətəndən narazı salmaq üçün vəsifə səlahiyyətlərindən istifadə edən hər kəs bu vətənin, bu xalqın düşməni deyilmi sizcə ?!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Bethovenin sirlərini saç telləri açdı

İsveç parlamenti NATO-ya üzv olmağa razılıq verib

Medvedev deyir ki, Rusiya müharibəyə Ukraynanın Rusiyanın bir hissəsi olduğu üçün başlayıb

Fəlakət bölgəsində epidemiya iddiaları...

Şimali Koreya bir neçə qanadlı raket atdı

Rusiya Ukraynanı yenidən vurdu

Əmək və Azadlıq Alyansı prezident seçkilərində namizəd irəli sürməyəcək

Yaponiyanın baş naziri elan olunmamış səfərdə Ukraynaya dəstəyi davam etdirəcəyini vəd edib

ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycan

Putin Çinin Ukraynada sülhə dair mübahisəli təkliflərini alqışlayır

Blinken: Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalaya bilər

Əfsanəvi özüyeriyən zenit silahı "Şilka" "qatil dronları" adını aldı

Çexiya prezidenti artıq Ukraynaya kömək edə bilməyəcəklərini bəyan edib

Tramp məhkəməyə qandallı gəlmək və iclası tamaşaya çevirmək istəyir

Almaniya xalqı ən çox müharibədən qorxur

Moskvada "qarayara" şübhəsi ilə xəstə yerləşdirilib

Vətəndaşlardan `haqq` tələb edın MTK sahibi universitetin baş müəllimi imiş... - BU NƏDİ BELƏ?

Dövlət qurumlarında TENDER MAXİNASİYASI: Qətldə suçlanan şəxs necə qalib “seçilib”?

Klinikalar arasında ƏSL SAVAŞ GEDİR... - BU NƏDİ BELƏ?

Scholz Ukraynada uzunmüddətli münaqişənin olacağını proqnozlaşdırır

BMT-nin klimatoloqları “insanların sağ qalması üçün bələdçi” nəşr etdi

Donald Tramp həbs olunub?

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Yaponiyanın baş naziri gözlənilmədən Ukraynaya səfər edib

Yaponiya Təpəli İbisi Materikdə Vəhşi vəziyyətə qaytarmaq üçün Prosesə Başlayır

Çekirge dağı parçalanıb

Lukaşenko təhlükəsizlik qüvvələri tərəfindən terror aktları üçün nəzərdə tutulan partlayıcı maddələrin aşkar edildiyini açıqlayıb

Cankoy şəhərində partlayış Rusiyanın "Kalibr NK" qanadlı raketlərini məhv etdi: Şəhərdə fövqəladə rejim tətbiq edildi

İran XİN rəhbəri gələn həftə Moskvaya rəsmi səfər etməyi planlaşdırır

Yaponiyanın Baş naziri NWO başlayandan bəri ilk dəfə Ukraynaya səfər edəcək

Toivo Klaar Brüsseldə Çavuşoğlu ilə görüşüb

Macarıstan Aİ-nin Putinin həbsinə order verilməsi ilə bağlı birgə bəyanatının bloklandığını təsdiqləyib

Bütün xəbərlər