Gündəm

Bir igidin  ömrü...- VİDEO // FOTO

MUMtv.az: - 30 ildir qan tökə-tökə, can verə-verə, yaşlı gözlərimizlə Qarabağımızı yalnız ekranlardan izləyirdik. Köhnə şəkillərə həsrətlə baxırdıq. Hər bayramda "O gün olsun, növbəti bayramlarımızı Qarabağımızda qeyd edək" arzuları ilə illəri, günləri, bayramları yola salırdıq. Və bu 30 ildə qeyrətli Azərbaycan anaları, ataları güclü, vətənpərvər, cəsur, ər kimi, nər kimi oğullar yetişdirirdilər. Həmin, tərbiyyə və təbliğatla böyüyən, hətta Qarabağın Azərbaycan olduğunu yalnız oxuduqlarından, eşitdiklərindən öyrənən gənc ərənlər 30 ilin həsrətinə, düşmənin bir neçə aya kimlərinsə sayəsində işğal etdiyi torpaqlarımızın 30 illik əsarətinə cəmi 44 gündə son qoydular.

Çox oğullar itirdik. Çox şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qalan döyüşçü igidlərimiz hamısı ağır psixoloji travma aldı, həmçinin çoxları da yarı canlarından oldular.

Amma, çox təəssüflər olsun ki, o 44 günlük qələbə savaşından sonra çox məmurların kobud desək "iç üzü" ortaya çıxdı. Müharibə dövründə övladlarını ölkədən çıxaran, gizlədən, oğlu gedib şəhid olar deyə, qorxudan ciyəri parçalanan, amma eyni zamanda dövlət büdcəsindən maaş alan, "fırlanan kürsü"sündə əyləşib, rahat rüşvət yeyən çox məmurlar şəhid ailələrinin, qazilərin, döyüş iştirakçılarının da haqqını yeməkdən çəkinmədilər. O gündən bu günə hər gün etiraz, hər gün giley, hər gün narazılıq...

Yeri gəlmişkən, "DogruXeber.az" redaksiyasına daha bir qazi, 3-cü qrup Qarabağ əlili Hüseynov Fərman Fizuliyeviç müraciət edib.


Fərman Hüseynov Ağstafa rayonunun Köçəsgər kəndindəndir. Hazırda Bakı şəhər Nərimanov rayonunda kirayə yaşayır.

Fərman haqqında təkrar yazıb, vaxtınızı çox almaq istəmirik. Yuxarıda videogörüntülərdə onun necə döyüşçü olduğunu, necə şərəfli, eyni zamanda dəhşətli döyüş yolu keçdiyini, həmçinin aldığı yaraları barəsində öz dilindən eşitdiniz zatən. Bu gün isə Fərmanın çox ciddi problemi var. Problem isə ondan ibarətdir ki, Fərmanın qalacaq yeri yoxdur. Valideynlərindən ayrı yaşayır. Kirayə pulunu verə bilmədiyi üçün bir müddət media nümayəndələrinin köməkliyi ilə sığınacağa yerləşdirilib, orada yaşayıb. Lakin, öz dərdi, ağrısı azmış kimi, sığınacaqda yaşayan digər şəxslərin də düşdüyü durumu özünə bir dərd eləyən Fərman Hüseynov, buna tab gətirə bilmədiyi üçün sığınacağı tərk edib, kirayə yaşamağa məcbur qalıb. Əslində Ağstafa rayon İcra Hakimiyyəti ona sakini olduğu kənddə 3 sot həyətyanı torpaq sahəsi təklif edib. Amma, Fərman onu qəbul etməyib. Çünki, o torpaqda ev tikmək, şərait qurmaq iqtidarında deyil. Müharibədə aldığı yaralar və ciddi yanıq xəsarətləri nəticəsində əmək qabiliyyətini itirib. Hazırda pul qazanmaq və ev tikmək mövcud vəziyyəti səbəbilə ona mümkünsüz görünür. Buna görə də Fərman bu gün redaksiyamız vasitəsilə üzünü imkanlı şəxslərə tutub, kömək diləmək qərarına gəlib. Vətən müharibəsi iştirakçısı, xalqa qələbə sevinci bəxş edən ərənlərdən biri olan Fərman Hüseynovun bu gün acizanə şəkildə xalqdan kömək diləməsi adamın vicdanına sərt sillə kimi toxunur.

Güman edirik aidiyyatı qurumlar Fərmanın səsini eşidib, ona lazımi köməklik göstərəcəkdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Bir igidin  ömrü...- VİDEO // FOTO

Bir igidin  ömrü...- VİDEO // FOTO

Bir igidin  ömrü...- VİDEO // FOTO

Bir igidin  ömrü...- VİDEO // FOTO

Bir igidin  ömrü...- VİDEO // FOTO

Bir igidin  ömrü...- VİDEO // FOTO

Bir igidin  ömrü...- VİDEO // FOTO

Bir igidin  ömrü...- VİDEO // FOTO

Bir igidin  ömrü...- VİDEO // FOTO

Bir igidin  ömrü...- VİDEO // FOTO

Bir igidin  ömrü...- VİDEO // FOTO

Bir igidin  ömrü...- VİDEO // FOTO

Bir igidin  ömrü...- VİDEO // FOTO

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər