Gündəm

Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO

MUMtv.az: - 44 günlük müharibə, ardından isə tutduğu vəzifədə şəxsi maraqlarına xidmət edən, başı özünə sərvət toplamağa qarışan bəzi, daha doğrusu bir çox məmurların fəsadları təəssüflər olsun ki, bitmək bilmir.

Demək ki, bu qədər islahatlar, bu qədər tapşırıqlar, bu qədər içtimai qınaqlar onlar üçün dinləməyə belə dəyməyən əhəmiyyətsiz mövzulardır.

Biz "DogruXeber.az" informasiya agentliyi olaraq bu mövzulara çox toxunmuşuq və nə yazıq ki, bu kimi narazılıqlar hələ də bitmədiyi üçün, biz haqq mübarizəmizi davam etdirmək məcburiyyətində qalırıq.

44 günlük ikinci Vətən müharibəsindən sonra şəhid ailələrinə, qazilərimizə, ümumiyyətlə müharibə iştirakçılarına qarşı istər yerli icra orqanları olsun, istər digər dövlət qurumları olsun kobud davranışlar sərgiləyir, bəzən ümumiyyətlə qəbul edib, dərdini dinləmir, bəzən də isə kobud desək "yola vermək" üçün dinləyir, ordan da "qulaqardına" vururlar.

"DogruXeber.az" izləyiciləri artıq bu cür fəaliyyət göstərən məmurların bir neçəsini tanıyır. Çünki, biz daim bu cür cəmiyyətə, sahib olduğu vəzifəyə yararsız məmurların fəaliyyətsizliyini (onların sərt təpgisinə rəğmən) işıqlandırırıq.

Yuxarıda da qeyd etdiyimiz kimi vətəndaşları dinləməyən, dinləsə belə onların problemlərini görməzdən, duymazdan gələn məmurlardan biri də Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir.

Belə ki, redaksiyamıza müraciət edən Bərdə rayon sakini, könüllü döyüşçü anası Rəhimova Kəmalə Məhbub qızı deyir ki, "artıq dərdimi deməyə yer tapmıram".

Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO

Onu da qeyd edək ki, Kəmalə xanımın övladı Nəbizadə Namiq Mehman oğlunun bədənində çoxsaylı qəlpələr hələ də var.

QEYD: Bu vətəni, bu torpağı qorumaq üçün öz canını sipər edən çox igidlərimiz var ki, Namiq kimi hələ də bədənlərində "müharibə yadigarı" qəlpələr daşıyırlar. Bu da Azərbaycan Dövlət Müdafiə Nazirliyinin tabeliyində olan "Papanin Hospitalı" adı ilə tanıdığımız Hərbi hospitalın məsuliyyətsizliyidir.

Kəmalə xanım deyir ki:
- "Övladım Nəbizadə Namiq Suqovuşan istiqamətində gedən döyüşlərdə ağır yaralandıqdan sonra Papanin Hərbi Hospitalına yerləşdirildi. Orada bədənindəki bəzi qəlpələr çıxarıldı. Lakin, dedilər ki, "başındakı qəlpəyə toxuna bilmərik, beyni pozula bilər."

Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
Oğlum təxris olunduqdan sonra evdə ağrıları günü-gündən artmağa başladı. Şiddətli baş ağrıları, özünə qapanmalar, yuxusuzluq problemləri hər gün biraz irəliləyirdi. Övladımın gözlərim önündə əzablar içində hər gün biraz əriməsinə dözə bilmirəm. Buna görə də oğlumu da götürüb başqa dövlət xəstəxanasında "KATE” müayinə etdirdim. Bu müayinədən sonra məlum oldu ki, oğlumun başında 5, kürəyində 11 qəlpə hələ də var. Bununla bağlı mən yenidən "Papanin Hospitalı"na yaxınlaşdım ki, mənim oğlumun bədənindəki qəlpələr çıxarılsın. Mənə Hospitalda cavab verdilər ki, oğlun artıq təxris olunub, biz heç nə edə bilmərik. Apar başqa yerdə müalicə etdir."

Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO

Məsuliyyətsizliyə baxın !

Hələ sağalmamış, bədənində qəlpələr olan könüllümüzü o vəziyyətində təxris edirlər, sonra da deyirlər "artıq bizlik deyil."

İgidimiz, qeyrətli vətən oğlu Namiq Nəbizadə anası Kəmalə xanımın da dediyi kimi bu yaraları qonşu ilə dalaşanda, yaxud yolda yıxılıb almayıb. Vətən uğrunda canını sipər edərkən bizə, həmçinin indi onları saymayan nankor məmurların özlərinə, övladlarına tuşlanmış güllələrin önündə dayanaraq alıb.

Bu gün bizim hər birimizin onlara bir deyil, bir neçə can borcumuz var.

Ailəmizin, övladlarımızın, valideynlərimizin, evində onların sayəsində rahat uyuyan hər kəsimizin can borcu.

Nəbizadə Namiq Mehman oğlu Bakı şəhərində, Bakıxanov qəsəbəsində kirayə yaşasa da, Bərdə rayon qeydiyyatındadır. Buna görə də Namiqin atası Nəbizadə Mehman Bərdə rayon komissarlığına da, Bərdə rayon İcra Hakimiyyətinə də, həmçinin hər ay maaş alan hər kəsin boğazına şərik olub", maaşından kəsən "YAŞAT" fonduna da dəfələrlə müraciət edib ki, övladının müalicəsi üçün köməklik göstərsinlər.

Ailə maddi durumunun çox zəif olmasına, evsiz, işsiz olmasına baxmayaraq, yenə haqqı olsa da heç nə istəmir, yalnız "balama kömək edin" deyərək, döyüb bütün qapıları.

Amma, nə yazıq ki, bu gün onu qarşılayıb, heç olmasa dinləyərək dərdinə şərik olmağı belə ona çox görən İcra başçısı Vidadi İsayev, Hər dəfə bir yanlış istiqamətdə yönəldərək öz "rahatlığını təmin edən" Bərdə rayon Hərbi Komissarlığı, zamanında tələm-tələsik təxris edib, sonra məsuliyyətdən boyun qaçıran Hərbi hospitalın məsul işçiləri bizim gördüklərimizi görmək, düşündüklərimizi düşünmək iqtidarında deyillər.

Çünki, onların gözü kabinetindəki seyfə, beyinləri isə seyfin içindəkiləri düşünməyə məşğuldur yəqin.

Allah rəhmət eləsin hər dövrün şairi Mirzə Ələkbər Sabir elə məhz hər dövrü əhatə edən acgöz məmurlar adından deyib:

"Millət necə tarac olur olsun.
Nə işim var?!
Düşmənlərə möhtac olur, olsun.
Nə işim var?!"

Bəli. Onlar vəzifə borcları olan xidmət etməli olduqları xalqı qətiyyən düşünmürlər.

"YAŞAT" fondu deyir ki, "yalnız əli-ayağı olmayan, əmək qabiliyyətini itirmiş əlillərə kömək edirik".

Fondu yaradarkən bu qədər məntiqsiz qaydalar görəsən kimin beyninin məhsuludur.

O bu qaydaların təklifini verərkən o qədər zülümlərə, əziyyətlərə rəğmən sağ qayıda bilənləri nədən düşünməyib görəsən?

QEYD: Yeri gəlmişkən əməkdaşımız İmişli rayonunda artıq yataq xəstəsi olan bir qazimiz üçün də"YAŞAT" Fonduna müraciət etmişdi. "Qeydiyyata aldıq" cavabını versələr də, müraciətdən təqribən 4-5 ay keçməsinə baxmayaraq, hələ də onunla maraqlanmayıb.

Burdan da belə məlum olur ki, hərdən bir iki nəfəri Türkiyəyə müalicəyə göndərib, bütün televiziyalarda bizə göstərməklə xalqı, Prezidenti nələrəsə inandırmağa çalışırlar. Reallıq isə bunun piyardan başqa bir şey olmadığını deyir.

Yaralı döyüşçümüzün anası Kəmalə xanım onu da deyir ki:

- "Dəfələrlə müraciət etdiyimiz İcra Hakimiyyətinin bir nəfər işçisi belə maraqlanmayıb ki, axı sənin balan o vəziyyətdə idi, öldümü, qaldımı? Bir qutu ərzaqla mənim balamın ağrıları azalmır. İstəmirəm ərzaq filan. Ac da qalaram. Təki övladım sağalsın. Ən azından ağrıları azalsın. 3 oğlum var. Namiqdən başqa bir oğlum da hərbi xidmətini keçib, kiçik oğlum da artıq çağırış gəlib, yaxın günlərdə vətən borcu ödəməyə, hərbi xidmətə yola düşür. Namiqin bu vəziyyətini və onun vəziyyətinə məsul qurumların biganəliyini görüb, obiri övladlarım üçün də çox narahat oluram artıq. Halbuki, mən Namiqi səfərbərlik çağırışı gələn kimi böyük ürəklə, gecəylə götürüb rayona apardım ki, rayon hərbi komissarlığından çağırılmışdı. Amma, bu gün mənim oğluma çağırış göndərən Səfərbərlik və Hərbi Xidmətə Çağırış, Müdafiə Nazirliyi, Rayon İcra Hakimiyyəti bu gün nə mənim övladımı, nə də övladım kimi digər döyüşçülərimizi, qazilərimizi, şəhid ailələrimizi saymır.

Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
Mən əminəm ki, Dövlət Başçımızın bundan xəbəri yoxdur. O hər zaman öz çıxışlarında tapşırıqlar verir ki, müharibə iştirakçılarına qarşı diqqətinizi əsirgəməyin. Ona görə də son ümidim olaraq "DogruXeber.az" redaksiyası vasitəsilə üzümü Cənab Prezidentimiz İlham Əliyevə, onun xanımı, birinci vitse prezident Mehriban xanım Əliyevaya tutub, artıq dərəcədə xahiş edirəm ki, mənim balama kömək etsinlər. Onun müalicəsi üçün əlimdən heç nə gəlmir. Anayam. Dözə bilmirəm."

Döyüşçü anasının "acizanə yalvarışı" Vidadi İsayev başda olmaqla, bütün biganə məmurlar adına utanc verici reallıqdır. Namiq kimi igidlər yetişdirən qürurlu analar yalvarmalı deyil. Onlar aciz deyil. Aciz olan bu gün əllərində səlahiyyətləri olduğu halda o anaları bu duruma düşürən məmurlardır.

P.S: "K.İ.V” haqqında qanunun tələbinə müvafiq olaraq qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə Bərdə rayon İcra Hakimiyyəti Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şadlinskaya Fəqət Nəcəb qızı ilə telefon əlaqəsi saxladıq.
Fəqət xanım bizə bildirdi ki, Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etsinlər. Biz ailədən xəstəxanalarda maddi qarşılıq tələb edildiyini Fəqət xanımın diqqətinə çatdırdıq. Daha sonra Fəqət xanım dediki: - "Mərkəzi RayonXəstəxanası sığorta sistemi ilə olduğu üçün heç bir ödəniş tələb olunmur. Onlar yenidən xəstəxanaya müraciət etsinlər. Lap yönəldin mənə. mən özüm onları yönləndirim müalicə olunsun. Burda gözəl cərrahlarımız da var.”

(Təəsüflər olsun ki, müəyyən səbəblərdən digər adı çəkilən qurumlar ilə əlaqə saxlamağımız mümkün olmadı.)
Məsələ diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

 


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər