Gündəm

Rəqabətsiz bazar və artan BAHALAŞMA:
"Bayram ərəfəsindən başlayaraq bu günə qədər bazar və marketlərdə qiymətlərdə 6-8 faiz artım var və çox güman ki, bu templə də davam edəcək”.

Bunu Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bayram günlərində bazar və marketlərdə baş alıb gedən qiymət artımını dəyərləndirərkən deyib.

Ekspert bildirib ki, bəzi dövlət qurumları bunu süni qiymət artımı kimi xarakterizə edir:

"Təəssüflər olsun ki, qiymət artımı davam edir. Azərbaycanda artan qiymət bir daha enmir. Lakin bəzi dövlət qurumları bunu süni qiymət artımı adı altında xarakterizə edirlər. Satışı dövlət tərəfindən tənzimlənməyən malların qiymətinə müdaxilə etməyə dövlət orqanlarının səlahiyyəti çatmır. Kəndçi özü bilər kartofunu neçəyə satır. Bazar tələb və təklif əsasında formalaşır, diktəylə yox. Əgər dövlət qiymət artımının qarşısının almaq istəyirsə, bolluq yaratmalı, inhisarçılığı aradan qaldırmalı, bütün biznes qurumları üçün bazara ədalətli əlyetərlik təmin etməlidir. Ölkə prezident idə dəfələrlə öz çıxışlarında süni qiymət artımından danışır və ölkədə inhisarçılıq və kartel, yəni razılaşdırılmış sövdələşmələrin olduğunu qeyd edir. Təəssüflər olsun ki, dövlətin müvafiq qurumları bu məsələləri həll etmir, və ölkədə kartel sövdələşmələri və monopoliya hökm sürür”.

E. Hüseynov süni qiymət artımının qarşısının alınması üçün Nazirlər Kabinetinə müraciət etdiklərini də deyib:

"10 ildən çoxdur ki, müvafiq məcəllə, yəni antiinhisar məcəlləsi Milli Məclisdə qəbul olunmur. Bunlar hamısı bazarda qiymət artımına gətirib çıxarır. Nəticədə süni qiymət artımı baş verir.
Normal rəqabət şəraiti yaradılmalıdır ki, qiymət aşağı düşsün, keyfiyyət qalxsın. Birliyimiz bunun üzərində işləyir. Nazirlər Kabinetinin xüsusi qərarına nail olmağa çalışacağıq ki, marketlərdə qayda-qanun yaradılsın, qiymətin aşağı düşməsi tendensiyası getsin və süni qiymət artımı yox olsun”.

Son xəbərlər

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Bütün xəbərlər