Gündəm


MUMtv.az: - Əminəm ki, heç kim unutmayıb o səhnəni. Paşinyanın başının dəstəsi ilə Şuşada qurduğu kef məclisini nəzərdə tuturam. Bu yadelli keflənib,özünə oxşayanlarla bir yerdə Şuşada sındıra-sındıra rəqs də etmişdi. Həmin gün bir çoxumuz ”vur Komandir, vur!” deyirdik. Yox, demirdik, tələb edirdik. Vura bilərdikmi? Bilərdik! Haqq da, hüquq da, 44 günlük Vətən Müharibəsində olduğu kimi, o vaxt da bizim tərəfimizdə idi. Amma bu gün erməniləri kənardan dəstəkləyənlərin çılçığırı o zaman bağırtı olacaqdı. Nə haqq, nə hüquq, nə də ki tarixi ədalət bağıranların heç umurunda belə olmayacaqdı. Şəxsən mən şübhə etmirəm, yəqin, sizlər də razılaşarsınız ki, o həyasızlara heç kim, heç nə deməyəcəkdi, yenə bizi günahkar çıxaracaqdılar. Necə ki, son 30 ildə ən güclü, ən ədalətli hesab etdiklərimiz belə, onlara gözün üstdə qaşın var demədi, min bir oyununa göz yumdu, kimlərsə açıq-aşkar işğalçının tərəfində dayandı…

Prezident İlham Əliyev 29 ildən sonra "Xarıbülbül” festivalını yenidən Şuşaya qaytardı. Necə ki, qurub-yaratdığı Müzəffər Ordumuzla Şuşanı 28 ildən sonra xalqımıza qaytarıb. O, hər kəsin, dostun da, düşmənin də eşidə biləcəyi səslə qədim Şuşamızdan bəyan etdi ki, bu Qələbənin arxasında xalqımızın iradəsi və onun möhtəşəm birliyi dayanır. Heydər Əliyev Fondunun prezidenti, Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Şuşada keçirilən festivalı Prezident İlham Əliyev Ləyaqət Bayramımız adlandırdı. Zəfər çalmış milli qürurumuzun Ləyaqətli Bayramı.

Qədim mədəniyyət ocağımız Şuşadan ucalan Bayatı-Şiraz sədalarını təkcə Paşinyan və Köçəryan, təkcə Ermənistan cəmiyyəti deyil, bütün dünya eşitdi. Həqiqətən, söz yarası güllə yarasından betər olurmuş. Komandir deyə müraciət etdiyimiz Ali Baş Komandan İlham Əliyev vurdu, özü bildiyi kimi vurdu. Güllə yarasının sağalma ehtimalı var, bu yaranın isə əsla…

Gəlin, bugünü bizlərə nəsib etdiyinə görə Uca Allaha dualar edib təvəqqe edək ki, öz kölgəsini bundan sonra da xalqımızın və dövlətimizin üzərindən əskik etməsin! Onların hər ikisinə ləyaqət və sevgi ilə xidmət edən Ali Baş Komandanımıza, Müzəffər Ordumuza hər zaman yar olsun! Allah Azərbaycanı sevənləri və Qələbəmizə sevinənləri qorusun! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa,uzun ömür versin.

Milli Məclisin deputatı Ülvi Quliyev

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər