Gündəm

4 800 şəhidin paltarlarının basdırıldığı yer əbədiləşdirildi

Bərdədə 90-cı illərin Qarabağ müharibəsi zamanı şəhid olan 4 800 nəfər Vətən övladının paltarlarının basdırıldığı yer əbədiləşdirilib.

"MUMtv.az" AZƏRTAC- a istinadən xəbər verir ki, şəhid ailələrinin dəstəyi ilə ərazidə təmizlik işləri aparılıb, ağaclar əkilib. Şəhidlərin yaxınları şəhid paltarlarının basdırıldığı məkanı ziyarət edir, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının ruhuna dualar oxuyurlar. Burada, həmçinin abidənin inşa edilməsi də nəzərdə tutulur.

Bərdə şəhər “Cümə” məscidinin axundu Hacı Ramazan Hüseynov bildirib ki, 1991-1994-cü illərdə cəbhədən gətirilən şəhidlər Bərdə məscidində yuyulur, kəfənlənərək ünvanlarına göndərilir və ya sahiblərinə təhvil verilirdi. Şəhidlərin əyinlərindən çıxarılan hərbi paltarlar isə həmin bu yerdə torpağa basdırılıb. 44 günlük müharibədə qələbənin qazanılması, torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərimizin ruhları da rahatlıq tapıb.

Bərdə şəhər sakini Nərgiz Cəfərova iki qardaşının 90-cı illərin Qarabağ müharibəsi zamanı Vətənimizin müdafiəsində iştirak edərək şəhid olduğunu bildirib: “Mən şəhidlərimizin paltarlarının burada basdırıldığını bilmirdim. Paltarlar basdırılıb yox, dəfn olunub deyərdim. Yaxşı ki, şəhid paltarlarının dəfn edildiyi bu ərazi əbədiləşdirildi”.

Şəhid atası Fikrət Zeynalov deyir ki, şəhid paltarlarının basdırıldığı ərazinin təmizlənərək əbədiləşdirilməsi həm də şəhidlərə olan hörmət və ehtiramı ifadə edir: “Biz şəhidlərimizin paltarlarının basdırıldığı bu ərazini ona görə əbədiləşdirdik ki, gələcək nəsillərə örnək olsun. Bizim şəhidlərimizə belə hörmət qoyduğumuzu cəmiyyət görsün. Allah bütün şəhidlərə rəhmət eləsin”.

Son xəbərlər

Azərbaycanda bu cərimələr artırılır

Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

Bu şəxslər Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər

Bu cərimənin məbləği artırılır

İranlılar və livanlılar arasında qalmaqal

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılır

Onlara təhsilinə görə birdəfəlik müavinət veriləcək

Putin Mariupol sakinlərini ilə bağlı qərar verdi

Nəm salfetlərin satışı qadağan edilir

Rəna Soltanovanın klinikasının lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olundu

Azərbaycanda bu obyektlər təhlükəli hesab ediləcək

Daşdan pul çıxardanlar iş başında - "Uşaqda fərasətə bax" // VİDEO

AQTA benzin satır? - Qurum özü ilə satınalma müqaviləsi bağlayıb

General yüksək vəzifəyə təyin edildi

“Karayev City” MTK, “Vesta Construction” tikinti şirkətlərində insan həyatı üçün təhlükə- Video

Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlandı

Avro və rubl bahalaşdı

Martda bu 3 bürcün həyatı tamamilə dəyişəcək: Sevgi, pul, karyera...

Somali Prezidentinin Azərbaycana səfəri başa çatdı

Bu gün Arayik və digər erməniəsilli şəxslərin məhkəməsi keçiriləcək

Qazaxıstanda qədim türk artefaktı aşkarlandı

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Azərbaycanda məşhur müğənni həbs olundu - ANBAAN GÖRÜNTÜLƏR

Nə üçün birinci Putinə zəng etdi? - Trampdan açıqlama

Taekvondoçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

Məhkəmə Şahnaz Bəylərqızı barəsində qərar verdi

Bu şəxslərə pulsuz mənzillər veriləcək

Türkanda qanunsuz fəaliyyət göstərən daş karxanısını kim himayə edir?

Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşü: Hansı məsələlər müzakirə oluna bilər?

Prezident bu hərbçiləri təltif etdi

Rüfət Mahmud sədr təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər