Gündəm

Azərbaycanda bu şəxslərə 6 min manat ödəniləcək

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək".

"MUMtv.az" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, mövcud qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurlar.

"Daha səmərəli sosial təminat məqsədi ilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğin 6 min manat müəyyən edilməsi təklif edilib. Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar. Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər".

Deputat qeyd edib ki, müraciət zamanı şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti, əmək kitabçasının surəti, valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı tələb olunur:

"Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər. Bütün bunlar ilə yanaşı bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni, hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur".

Son xəbərlər

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

Giriş məlumatlarınız oğurlana bilər – DVX vətəndaşlara XƏBƏRDARLIQ etdi

Sürücülərə MÜRACİƏT

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb

Tikinti materialları yenidən bahalaşdı

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…-FOTOLAR/SİYAHI

Qələndər Muxtarli kollecdə "yanğın olmayıb" deyənləri faktlarla susdurdu - Kollecdə belə yararsız yoxlmanı kimlər keçirdib? FOTOFAKT

"Eldar Mahmudovun əlaltısı həyatıma ciddi təhlükə yaradıb" - Qənirə Ataşova

Gürcüstan Azərbaycandan kömək istədi

"85 min dollarımı qaytarmır" - Şərurlu İsfəndiyardan şikayət

Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi -FOTOLAR+VİDEO

Sabah Bakıya yenə yağış yağacaq

"İcra Hakimiyyətinin əməkdaşları hər ay məndən 500 manat rüşvət istəyirlər" - ŞƏMKİR SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto

Yeni Günəşlidə qanunsuz obyekt tikilir – VİDEO

Bakı Şəhər İcra Hakimiyyəti 105 milyonluq tender müsabiqələri elan etdi

Sahibkarlarla bağlı qanuna dəyişiklik edildi

Prezident qanunu imzaladı

Xankəndidə bərpa işləri görən şirkət bir ildə 16 maşın alıb: 601 min xərcləyib

Şəki İcra Hakimiyyəti su sistemləri şirkətinə yol çəkdirəcək

Dövlət başçısından FƏRMAN

Suraxanıda növbəti qanun pozuntusu - Qazi ölümlə təhdid edilir? // VİDEO

Ermənilər yenə savaş istəyirlər: “Ordu gücləndirilməlidir”

“Qafqaz Residence” MTK yaşıllığı məhv etdi

Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto

Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....

Pezeşkian Putini İrana dəvət etdi

"Hacı Turqay" kolbasasında görün nə çıxdı-Foto

Bülent Ersoyun meneceri azərbaycanlı iş adamını aldatdı: 6 milyon dollar aldı

İş yerində hansı musiqiyə qulaq asmaq faydalıdır? - Alimlər açıqladı

100 illik gözləmə sona çatdı: Nəhayət nəhəng kalmar görüntüləndi

Bütün xəbərlər