Gündəm

Saray qəsəbəsində Şəhid Tərlan Məmmədovun xatirəsinə bulaq açılışı oldu

Bildiyimiz kimi 44 günlük Vətənimizin ərazi bütövlüyü uğrunda gedən müharibədə 30 ilə yaxın erməni işğalı altında olan Qarabağ torpaqlarımızı azad etmək üçün başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Onun rəhbərliyi altında "Dəmir yumruq" kimi ətrafında sıx birləşərək Vətənpərvər gənclərimiz Vətən deyib - haqq savaşına qatıldılar və torpaqlarımızı mənfur düşmənimiz olan erməni işğalçılarından qanları, canları bahasına azad etdilər.

Hörmətli oxucularımız belə igid, qorxmaz, qəhrəman, Vətənpərvər oğullarımızdan biri də 1996-cı il təvəllüdlü Sumqayıt şəhərində anadan olmuş Məmmədov Tərlan Müşfiq oğludur. 2003-2013-cü illərdə Hacı Zeynalabdin qəsəbəsində 19 nömrəli tam orta məktəbdə, 2013-2015-ci illərdə isə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində 147 nömrəli peşə məktəbində təhsil alıb. Subay idi.
Saray qəsəbəsində Şəhid Tərlan Məmmədovun xatirəsinə bulaq açılışı oldu

"Qanunyolu.info.az" və "Zefertv.az" xəbər verir ki, bu gün Abşeron rayon Saray qəsəbəsində şəhid Məmmədov Tərlanın mövlud günündə şəhidimizin adına tikilmiş olan bulağın açılış mərasimi keçirildi. Açılışda şəhidin atası Müşfiq, anası Səadət xanım, Saray qəsəbə bələdiyyəsinin sədri Məhi Həsənov, Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müşfiq İsmayılov, MN-nin nümayəndəsi, din xadimləri, şəhid anaları,şəhid ailələri və qazilər, media əməkdaşları, qəsəbə sakinləri şəhidin mövludunda və onun adına olan bulağın açılışında yaxından iştirak etdilər.
Saray qəsəbəsində Şəhid Tərlan Məmmədovun xatirəsinə bulaq açılışı oldu

Tədbirdə ilk öncə Dövlət himni səsləndirildi. Sonra şəhidin xatirəsinə tikilmiş "Tərlan bulağı"nın üzərində olan ağ örpəyi şəhidin atası Müşfiq , anası Səadət xanım və qazilərimiz tərəfindən götürüldü. Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış üçün söz Saray qəsəbə bələdiyyəsinin sədri Məhi Həsənova verildi. O, çıxış edərək şəhid haqqında öz ürək sözlərini tədbir iştirakçılarına çatdırdı, şəhidin valideynlərinə başsağlığı verib onlara Allahdan səbr dilədi.
Saray qəsəbəsində Şəhid Tərlan Məmmədovun xatirəsinə bulaq açılışı oldu

Daha sonra söz Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müşfiq İsmayılova verildi. Müşfiq müəllim də öz çıxışında 44 günlük qələbəmizdən, qazilərimizin döyüşdə göstərdikləri şücaətlərindən, canlarını, qanlarını torpaqlarımız uğrunda qurban verən qəhrəman, igid şəhidlərimizdən danışdı və şəhidimizə allahdan rəhmət dilədi.
Saray qəsəbəsində Şəhid Tərlan Məmmədovun xatirəsinə bulaq açılışı oldu

Tədbirdə şəhidin döyüş yoldaşları, din xadimləri, MN-nin nümayəndəsi, xeyriyyəçi, hər zanman qazilərin, şəhid ailələrinin yanında olan Kamil Zeynallı və "Zefertv.az" xəbər portalının rəhbəri Dəniz xanım Rüzğar da çıxış edərək şəhid Tərlan Məmmədov haqqında danışaraq öz hisslərini tədbirə toplaşanlarla bölüşdülər. Şəhidimizin valideynlərinə, yaxınlarına, qohumlarına səbirli və qürurlu olmaqlarını arzuladılar.
Saray qəsəbəsində Şəhid Tərlan Məmmədovun xatirəsinə bulaq açılışı oldu

Çıxışlardan sonra balaca fidanlarımız şəhidin bulağı qarşısında Vətənpərvər şerlər söylədilər. Şəhidin adına yazılan mahnı oxundu. Sonda isə "Tərlan bulağı"nın önünə gül-çiçəklər qoyuldu. Tədbir başa çatdıqdan sonra şəhid Məmmədov Tərlanın adına ehsan süfrəsi verildi. Şəhidin bu gün 25 yaşı olacaqdı.

Onu da qeyd edim ki, Azərbaycan Ordusunun əsgəri olan Tərlan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə erməni işğalçılarına qarşı savaşıb. Tərlan Məmmədov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.
Saray qəsəbəsində Şəhid Tərlan Məmmədovun xatirəsinə bulaq açılışı oldu

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Pespublikası Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Saray qəsəbəsində Şəhid Tərlan Məmmədovun xatirəsinə bulaq açılışı oldu

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

P.S: Bizdə "Qanunyolu.info.az" və "Zefertv.az" xəbər portalı olaraq kollektivimiz adından Şəhid Məmmədov Tərlanın valideynlərənə, qohumlarına, yaxınlarına, dostlarına, döyüş yoldaşlarına dərin hüznlə başsağlığı verib, onlara Allahdan səbr diləyirik.
Saray qəsəbəsində Şəhid Tərlan Məmmədovun xatirəsinə bulaq açılışı oldu

"ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ."!!!


ALLAH RƏHMƏT ELƏSİN!


"Qanunyolu.info.az" Arif Süleymanlı


1-09-2021, 12:34

Son xəbərlər

Miqrasiya işçilərinin geyim normalarına dəyişiklik edildi

Müdir tapşırarsa, işçinin ezamiyyətə getməsi məcburi olacaq

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi

Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşdi

Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək

Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

Məsafədən iş əmək müqaviləsi ilə tənzimlənəcək

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq

Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi - Yeni təyinat

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi

“Neomotors” barəsində Dövlət Agentliyində iş qaldırıldı – SƏBƏB

"Bələdiyyələrin “qəbiristanlıq yeri satan təşkilat” kimi tanınması təhlükəsi yaranır"

İşğaldan azad olunan ərazilərdə bələdiyyələr yaradılacaq? – AÇIQLAMA

Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi

Suriya prezidenti Almaniyaya gedir

Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqləndi

Tramp Qəzzanı idarə etmək üçün "Sülh Şurası"nın yaradıldığını açıqlayıb

Tovuzda bağça müdirinə keçmiş həyat yoldaşı xəsarət yetiridi

“Bakı metrosu” informasiya təhlükəsizliyinə 308 min xərcləyəcək

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

Faiq Namazovun rəhbəri olduğu “Darvaz MMC” MTK aparılan tikinti zamanı sakinlər üçün təhlükəli vəziyyət -Video

"Qarabağ" qələbə qazandı

Şənbə günü sulu qar yağacaq

Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı – TƏFƏRRÜAT

Ermənistanda maye qazın qiyməti bahalaşıb: “günahkar” Azərbaycan imiş

“Atena”nın rəqabət qanunvericiliyini pozduğu aşkarlanıb

Şıxlinskilər və Səfərov qardaşlarının işi üzrə andlılar məhkəməsinin kollegiya heyəti formalaşdırılıb

Esmira İbrahimlinin qanunsuz estetik əməliyyatının qurbanı-Şikayətçidir - Foto // Video

Azərbaycanda daha 135 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Sürücülər “Azparking”in yeniliyindən narazıdır: “Bunu düzəldin, sonra boş status yazarsız”

Putinin adamından Paşinyana sərt XƏBƏRDARLIQ – Zəngəzur vaqiəsi

Bütün xəbərlər