Gündəm

"Çalışın yola verin, səsi çıxmasın" - Saatlı sakinindən narazılıq

MUMtv.az: - Vəzifədə qocalan və illərini həmin vəzifə başında keçirməsinə baxmayaraq bacarmadığı üçünmü, ya etmək istəmədiyi üçünmü vəzifəsini düzgün icra etməyən şəxslər barəsində narazılıq edən, - "Daha nə qədər oturacaq orda? Ondansa öz içimizdən olan o, qədər savadlı gənclərimiz var ki, onlara yer vermək lazımdır, onların gözünün qabağındadır bu camaatın nə çəkdiyi" deyə, ümüdlə danışan tələb edən xalqın bu arzusunu ölkə başçısı eşitdi və bir çox rayonların icra başçılarını gənc kadrlarla əvəz elədi. Amma, onların fəaliyyətini gördükcə belə başa düşdük ki, problem yaşda deyil, o, kürsüdədir. "Kürsünün əzəmətini dadan" çox kəsdə sanki qəribə bir xasiyyətmi deyək, "eqo"mu deyək yaranır ki, xalqı görməyə gözü olmur. Xüsusilə də problemli vətəndaşları. Yəqin bu səbəbdəndir ki, dərdini götürüb yeganə ümidi olan icra hakimiyyətinə üz tutan yerli yerli sakinlərini qəbul etmirlər.

Bu cür çalışan gənc icra başçılarından biri də Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovdur ki, vəzifəyə gələr-gəlməz yerli sakinlərdə narazılıq yaratmağı bacardı.

Həmin narazı sakinlərdən biri də "DogruXeber.az"a müraciət edən Saatlı Rayon Üzeyir Həcibəyov küçəsi ev 5 ünvanında yaşayan Rzayeva Kəmalə Cabir qızıdır.

Kəmalə xanım uzun illər orta məktəbdə ibtidai sinif müəllimi işləyib. Sonuncu Sertifikasiya imtahanında lazımi nəticəni göstərə bilmədiyi üçün aylardır işsiz qalıb. Özünün də 13 yaşlı yeganə qız övladının da səhhətində ciddi problemləri var.

Təəssüflə qeyd edək ki, cahillik edib zamanında nigahını rəsmiləşdirmədiyi həyat yoldaşı dünyasını dəyişdiyi üçün övladına atalıq adı və soyadı da almaqda aciz qalıb.

Kəmalə xanımın hazırda sığındığı köhnə ata evi də təmirsiz və bərbad vəziyyətdədir. Xanım ümumiyyətlə heç bir gəlir yerinin olmadığı üçün komunalları belə ödəməkdə çətinlik çəkdiyini, bu səbəbdən də tez-tez gah işığın, gah qazın, gah da suyun kəsildiyini deyir.

Ailə başçısız tənha qadın, üstəlik də himayəsində azyaşlı övladı olan çarəsiz ana heçolmasa bir iş istəmək və hüquqi (məhkəmə) yolla övladının soyad və ata adı hüququnu bərpa etməkdə ona köməklik etmələrini istəmək üçün dəfələrlə icra hakimiyyətinə üz tutsa da Elmir Bağırov onu qəbul etməyib.

Xanımın sözlərinə görə başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva onun mənzilində olub, yaşadığı şəraiti gözü ilə görüb və köməklik ediləcəyi barədə dilucu vəd verib gedib. Lakin, sonradan bu barədə iclasda məsələ açılanda Elmir Bağırov, "bizim elə büdcəmiz yoxdur ona kömək edək. Çalışın yola verin, səsi çıxmasın" deyə, çalışanlara məsləhət verib.
Qeyd edək ki, bu Kəmalə xanım Rzayevanın özünün redaksiyamıza bildirdiyi məlumatdır.

"Çalışın yola verin, səsi çıxmasın..."

Cümlənin ağırlığına diqqət edin!

Vətəndaş bildirir ki, "Mən icra başçısının evinə gedib, ondan yardım dilənmirəm ki, məni başından eləsin. Rayonun uzun illər təhsil sektorunda çalışan və qeyri-şəffaf keçirilən sertifikasiya imtahanında haqsızlığa məruz qalan sakinlərindən biriyəm. Əlimdə iki diplomum, himayəmdə azyaşlı xəstə övladım, özüm başsız qadın özümün belə olmayan damın altında acından ölməyə məhkumam.

Bu qədər reallığa rəğmən heçolmasa nə tənha qadın, nə də ünvanlı sosial yardım kimi müavinətlərdən belə yararlana bilmirəm. Mən rayonumun rəhbərindən hüquqi yardım və diplomlarıma görə hər hansı bir iş istəyirəm sadəcə".

Yeri gəlmişkən, iş mövzusuna gəldikdə isə xanımın sözlərinə görə Saatlı rayon Təhsil şöbəsinin müdiri Günay Soltanova onu iki ay gözlətdikdən sonra yarım ştat sosial pedaqoq işi təklif edib. Tam ştat üçün minimum əmək haqqının məbləği 345 azn olduğu halda, yarım ştatın maaşını özünüz düşünün.

Kəmalə xanımın dediyinə görə o, bu təklifi qəbul etməyib və heçolmasa tam ştat verilməsini istəyib. Günay Soltanova regionalın verdiyi işin yalnız bu olduğunu deyib. Belə olan halda yol pulu belə olmadığı üçün Sabirabad rayonuna hətta piyada gedib, Mil-muğan Regional Təhsil İdarəsinin məşhur müdiri Rəşad Musayevin qəbulunda olub.

Bildirir ki, Rəşad Musayevin onun probleminə münasibəti də icra başçısı Elmir Bağırovdan heç nəyi ilə geri qalmayıb, yəni xanımı yola veriblər.

Vəssəlam.

Qeyd edək ki, Saatlı rayonu icra hakimiyyəti barəsindəki narazılıqlar bununla bitmir. Qarşıdakı günlərdə digər məlumatları dərc edəcəyik.

Bizimlə qalın.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Vüqar Səfərli hər şeyini geri istəyir

Prezidentdən deputatla bağlı SƏRƏNCAM

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Murad Dadaşov həyat yoldaşı ilə - FOTO

Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

AYNA-nın Ramin Əliyev KABUSU – Anar Rzayevin yaxın adamı Tarqovıda “AT OYNADIR”

Bazar gününə olan hava proqnozu

Siqaretlə bağlı cərimələr kəskin artırılır

Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 7000 manat cərimə tətbiq olunacaq

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Azərbaycan millisi növbəti oyununa çıxacaq

Prezident ailəsi film təqdimatında

Ailəli iş adamı evli işçisi ilə qoşulub qaçdı - GORANBOYDA ŞOK !!!

Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir

Ötən gün 32 cinayətin üstü açılıb

Azərbaycan nefti bahalaşdı

Ölkəsini tərk edən aktyor qızı üçün beş vətəndaşlıq almağı planlaşdırır

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

"Telegram" kütləvi nasazlığın səbəbini açıqladı

İkinci Gəncə terrorundan dörd il ötür

Makron Paşinyanla sülh sazişini müzakirə etdi

Azərbaycanda bu şəxslər 7 min manat cərimə ediləcək

136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan

"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...

Daha iki vəzifəli şəxsə hökm oxundu - Yalnız 3 rayona getmək icazəsi verildi

İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."

Argentina Folklend adalarını geri qaytarmaq istəyir

"Çalışın yola verin, səsi çıxmasın" - Saatlı sakinindən narazılıq

Qərbdən Ermənistanla bağlı Rusiyaya CAVAB

Səriyyə Qənbərova işdən çıxarıldı

Azərbaycanda bu şəxslərə 6 min manat ödəniləcək

Bütün xəbərlər