Gündəm

Yeni başçı  sabiqlərin izi ilə...

Cosqun Adil oğlu Cəbrayılov.
Vəzifəsi - Nizami rayon İcra Hakimiyyətinin Başçısı.


Vikipediyasında yalnız bu cümlələr yazılan gənc və yeni icra başçısının haqqında qısaca olaraq, onu əlavə edək ki, C.Cəbrayılov bu vəzifəyə təyin olunana qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunub.

Daha əvvəl isə Coşqun Cəbrayılov Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib. Lakin, nədənsə, C.Cəbrayılov bu məlumatları - daha doğrusu keçmiş vəzifələrini Vikipediyasında yerləşdirməyi lüzum bilməyib.

Hazırkı vəzifəsinə ilk dəfə və yenicə təyin edilən Coşqun Cəbrayılovun barəsində son günlər yerli mediada yayılan bəzi söz-söhbətləri nəzərə aldıqda, belə qənaətə gəlmək olar ki, C.Cəbrayılov "ustadları"na, keçmiş iş yerlərinə olan hörmətinin göstəricisi olaraq, keçmiş iş yeri barəsində vikipediyaya məlumatları ətraflı daxil etdirməyib. Çünki, yerli mediada yayılan bəzi məlumatlardan belə məlum olur ki, Coşqun Cəbrayılov vəzifəyə gələr-gəlməz, özünə sərvət toplamaq üçün "Start" götürüb. Belə ki, "DogruXeber.az" bildirir ki, Nizami rayon sakini Asif Əliyev "reallıqtv"yə bildirib ki, o qanuni torpağında birmərtəbəli ev tikmək üçün 8.000 (səkkiz min) manat rüşvət verməli olub.

Coşqun Cəbrayılovun İcra başçısı olaraq vəzifədə ilk dəfə olduğunu nəzərə alsaq və onun bu gün vəzifəsindən hansı formada istifadə etdiyinə diqqət etsək, həmin dəqiqə onun hər hansı bir İcra Hakimiyyətində (demək olar ki, bütün İcra Hakimiyyətləri bu cür işlədiyi hər kəsə məlumdur) böyük təcrübə keçdiyini anlamış olarıq.
Vikipediasında yazılmır, heç yazılmasın, "təcrübə" ki, bunu bəlli edir. Dəqiq adların qeyd edilməməsi, sadəcə "ustad"ın kimliyini "sirr saxlayır", vəssalam.

Gənc və yeni başçı Coşqun Cəbrayılovu yeni vəzifəsi münasibətilə biz də təbrik edir, uğurlar arzulayırıq. Amma, hörmətli Coşqun müəllim arzuladığımız uğurları işinizlə, fəaliyyətinizlə, sadə sakinləri incitmədən qazanmağınızı umuruq.

Lütfən nəzərə alın, bütün dünyada (sizlərdən iraq) iqtisadi böhran yaşanır və bu da ən çox sadə vətəndaşlara təsir edir.
Yeri gəlmişkən, növbəti materialda Nizami rayonunda hazırda aparılan qanunsuz tikintilər və sahibkarlara obyekt tikintisi üçün icazə verilmiş yaşıllıq ərazidən bəhs edəcəyik.

Mövzuya qayıdacağıq.

DogruXeber.az

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər