Gündəm

"Prezident aparatında başçının tərəfdarları var..." -  İDDİA // VİDEO

MUMtv.az: - Ölkə başçısı həmişə müşavirələrində vurğulayır ki, "Məmur xalqın xidmətçisidir. Hər zaman xalqın yanında olmalı, onların problemləri ilə maraqlanmalıdır."

Deyir, "sən saydığını say, gör məmurlar nə sayır".
Ölkə başçısının ciddi tapşırığına baxmayaraq, hələ bir çox icra başçıları öyrəşdiyi formada işini davam etdirir. Yəni, "köhnə hamam, köhnə tas"... Bir çox icra başçıları nəinki, kəndləri gəzib, sakinləri dinləmir, heç dəfələrlə idarəyə gəlib müraciət edənlərə, hətta sosial media vasitəsilə Prezidentə müraciət edənlərə də əhəmiyyət vermir.

Yeri gəlmişkən, Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini, hazırda Biləsuvar rayon ərazisində yerləşən Cəbrayıl qəsəbəsində yaşayan Məmmədova Elmira Əliş qızı və digər bir neçə Cəbrayıl rayon sakinləri də dəfələrlə "DogruXeber.az" informasiya portalı vasitəsilə prezidentə müraciət edib, İcra başçısı Kamal Həsənovun barəsində narazılıqlarını ifadə ediblər. Sakinlərin hər müraciətindən sonra, onlara reaksiya verən İcra başçısı deyil, onun işlə təmin etdiyi tərəfdarları olub. Hansı ki, xanımların reportajları yayımlanan sayt və YouTube kanalının şərh bölməsində onları təhqir ediblər. İcra başçısının "mərhəmətindən töhfə alan" bəzi
"şansı yavər gedən" rayon sakinləri, başçıdan narazılıq edən yüzlərlə rayon sakinlərini şiddətlə qınayır, "yalançı"lıqda ittiham edirlər.

Elmira xanım Məmmədova bu dəfə də üzünü prezidentə tutaraq, bu dəfə daha ciddi iddialı ifadələr səsləndirib. Bu qədər narazılıqlara, şikayətlərə, özbaşınalıqlara rəğmən, İcra başçısının işini hələ də öz bildiyi kimi idarə etməsinə və barəsində heç bir tədbir görülmədiyinə görə, prezident administrasiyasında onu dəstəkləyən hər hansı bir şəxsin olduğu qənaətinə gəldiklərini ifadə edib. Xanım düşünür ki, prezident aparatında onların şikayətlərinin ölkə başçısına çatdırılmasını əngəlləyən tərəfdarlar fəaliyyət göstərir.



Üstəlik də bəzi təhsili olmayan, yaxud diplomu sual altında olan və yuxarıda da qeyd etdiyimiz kimi, başçının "mərhəmətindən nəsibini alan" şəxslər narazı sakinləri susdurmaq, həmçinin onların etiraz səslərini ictimailəşdirən mediaya bu işdə əngəl olmaq üçün əllərindən gələn bütün vasitələri (təhdid, xahiş və s) sınaqdan keçirirlər. Amma, heç bir halda sakinləri narazı salan səbəbləri aradan qaldırmağı planlarına daxil etmirlər. Hansı ki, başçıya olan "sevgi və ehtiram"ları sayəsində sahib olduqları vəzifənin səlahiyyətləri, bu problemlərin bəzilərinin həllinə qismən də olsa çatır. Həmin şəxslər isə hətta mətbuata müraciət etmək istəyən onlarla sakinlərə də yalan vədlərlə əngəl olurlar. Hər gün "yaxşı olacağ"ına söz verərək, beləcə vaxt qazanırlar.

Maraqlıdır, nə vaxta qədər?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Yuxuda su görmək

Bethovenin sirlərini saç telləri açdı

İsveç parlamenti NATO-ya üzv olmağa razılıq verib

Medvedev deyir ki, Rusiya müharibəyə Ukraynanın Rusiyanın bir hissəsi olduğu üçün başlayıb

Fəlakət bölgəsində epidemiya iddiaları...

Şimali Koreya bir neçə qanadlı raket atdı

Rusiya Ukraynanı yenidən vurdu

Əmək və Azadlıq Alyansı prezident seçkilərində namizəd irəli sürməyəcək

Yaponiyanın baş naziri elan olunmamış səfərdə Ukraynaya dəstəyi davam etdirəcəyini vəd edib

ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycan

Putin Çinin Ukraynada sülhə dair mübahisəli təkliflərini alqışlayır

Blinken: Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalaya bilər

Əfsanəvi özüyeriyən zenit silahı "Şilka" "qatil dronları" adını aldı

Çexiya prezidenti artıq Ukraynaya kömək edə bilməyəcəklərini bəyan edib

Tramp məhkəməyə qandallı gəlmək və iclası tamaşaya çevirmək istəyir

Almaniya xalqı ən çox müharibədən qorxur

Moskvada "qarayara" şübhəsi ilə xəstə yerləşdirilib

Vətəndaşlardan `haqq` tələb edın MTK sahibi universitetin baş müəllimi imiş... - BU NƏDİ BELƏ?

Dövlət qurumlarında TENDER MAXİNASİYASI: Qətldə suçlanan şəxs necə qalib “seçilib”?

Klinikalar arasında ƏSL SAVAŞ GEDİR... - BU NƏDİ BELƏ?

Scholz Ukraynada uzunmüddətli münaqişənin olacağını proqnozlaşdırır

BMT-nin klimatoloqları “insanların sağ qalması üçün bələdçi” nəşr etdi

Donald Tramp həbs olunub?

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Yaponiyanın baş naziri gözlənilmədən Ukraynaya səfər edib

Yaponiya Təpəli İbisi Materikdə Vəhşi vəziyyətə qaytarmaq üçün Prosesə Başlayır

Çekirge dağı parçalanıb

Lukaşenko təhlükəsizlik qüvvələri tərəfindən terror aktları üçün nəzərdə tutulan partlayıcı maddələrin aşkar edildiyini açıqlayıb

Cankoy şəhərində partlayış Rusiyanın "Kalibr NK" qanadlı raketlərini məhv etdi: Şəhərdə fövqəladə rejim tətbiq edildi

İran XİN rəhbəri gələn həftə Moskvaya rəsmi səfər etməyi planlaşdırır

Yaponiyanın Baş naziri NWO başlayandan bəri ilk dəfə Ukraynaya səfər edəcək

Toivo Klaar Brüsseldə Çavuşoğlu ilə görüşüb

Bütün xəbərlər