Gündəm

"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...

MUMtv.az: - "Ey AMEA prezidenti, akademik İsa Həbibbəyli! Özünüzü nə vaxtadək eşitməməzliyə, görməməzliyə vuracaqsınız?! Bizə rəva gördüyünüz darısqal və şəraitsiz otaqda kif, rütubət və susuzluğun kəsif iyindən dayanmaq olmur". Dia-az.Media xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov ifadə edib.

O daha sonra əlavə edib: "Yazılı şəkildə sizə müraciət etmişəm. Niyə eşitmək istəmirsiniz, ey müqəddəs bəy həzrətləri?! Axı siz deputat olmasanız da, AMEA prezidentisiniz, hərçənd ki, deputat olanda da, yalnız özünüzü düşündünüz. Heç olmasa, ən zəruri olan su məsələsini 2 dəqiqüənin içində həll edə bilərsiniz, amma etmirsiniz, deyirsiniz, özün et. Nə ilə, hansı pulla edim, ey varlı, pullu bəy cənabları?! Otağı düzəltmək üçün maddi imkanım olsaydı, kirayə qalmaqda davam edərdim də, daha bu yaşımda 4 nəfər ailə üzvü ilə bərbad və şəraitsiz otağa niyə möhtac qalırdım?! İsa Həbibbəyli, övladınızı demirəm, siz 4 itinizi belə yerdə saxlamağı özünüzə rəva görərdinizmi? Əlbəttə, yox, çünki siz bəysiniz, biz isə rəiyyət.

Yadıma orta məktəbdə oxuduğum "Bir gəncin manifesti" romanı düşdü. Özümü bir anlığa romanda zülümlərə düçar edfilən Bahar obrazına bənzətdim. Harın və qəddar bəy kasıbçılıq içində qıvrılan Baharın faciəli ölümünə səbəb olur. Xalqın haqqını cibinə dolduran bəy isti soba başında buğlanır, ondan kömək istəyən şəxsi qışın şaxtasında müdafiəsiz qoyaraq ölümünü reallaşdırır. Yazıçı o bəy obrazı ilə sanki İsa Həbibbəylinin prototipini yaratmışdır. Həbibbəyli də öz dəstəsi, dostları və adamları ilə illərdir mənə zülüm edir.

Kiri bir az, İsa bəy, kiri! Sadəcə, çarəsizik. Qarabağ Universitetinə CV verdik, alınmadı. Bi az möhlət ver, sənin və dostlarının istəyinə əməl edəcəyik. Maraqlanırıq. İş tapan kimi Vətəni tərk edib çıxıb gedəcəyik, təki sənin və yeyimcil dostlarının xətri xoş olsun, bizə düşən payların hesabına var-dövlətiniz artsın. Üst-üstə qalaqlayın, görək, bəlkə Əzrailə verib ölümsüz həyat qazanasınız! Ancaq iş tapıb gedənə qədər müvəqqəti də olsa, vətəndaşı olduğumuz bu ölkədə yaşamalıyıq, ya yox?!

İsa bəy, romandakı o qansız bəy kimi sanmayın ki, kasıbam və kimsəm yoxdur və siz də pulunuza, dostlarınıza, vəzifələrinizə güvənib istədiyinizi edəcəksiniz. 1-cisi, ən böyük kimsəm Allahdır. 2-cisi ölkənin Prezidenti var; 3-cüsü, ölkənin mühüm rəhbər şəxslərindən biri məhz kasıb haqqının ifadəçisi olan o romanın müəllifi, hərəkət və davranışları ilə hər kəsə nümunə olacaq bir şəxsiyyət Mir Cəlalın nəvəsidir. O Mir Cəlal ki, ev növbəsi çatanda özünə düşəcək mənzildən evi olmayan yazıçı həmkarının xeyrinə imtina etmişdir. Bəli, ədəbiyyat aləmində belə cəsur ürək sahibləri olub! Əfsus ki, bu xasiyyətlə sizə 20 ev növbəniz olsa, 20-sini də qamarlayar və birini də imkansız həmkarınıza verməzsiniz. Di gəl ki, hansısa akdemiki, yaxud onun vasitəsilə vəzifələrə yüksələn bir yaxınını qaldıranda altından milyonlar çıxır...
PS. Dövlətin yataqxanaya ayırdığı pulları sənəd üzərində düppələmdüz xərcləyirsiniz, hə?!.."


Son xəbərlər

Vüqar Səfərli hər şeyini geri istəyir

Prezidentdən deputatla bağlı SƏRƏNCAM

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Murad Dadaşov həyat yoldaşı ilə - FOTO

Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

AYNA-nın Ramin Əliyev KABUSU – Anar Rzayevin yaxın adamı Tarqovıda “AT OYNADIR”

Bazar gününə olan hava proqnozu

Siqaretlə bağlı cərimələr kəskin artırılır

Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 7000 manat cərimə tətbiq olunacaq

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Azərbaycan millisi növbəti oyununa çıxacaq

Prezident ailəsi film təqdimatında

Ailəli iş adamı evli işçisi ilə qoşulub qaçdı - GORANBOYDA ŞOK !!!

Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir

Ötən gün 32 cinayətin üstü açılıb

Azərbaycan nefti bahalaşdı

Ölkəsini tərk edən aktyor qızı üçün beş vətəndaşlıq almağı planlaşdırır

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

"Telegram" kütləvi nasazlığın səbəbini açıqladı

İkinci Gəncə terrorundan dörd il ötür

Makron Paşinyanla sülh sazişini müzakirə etdi

Azərbaycanda bu şəxslər 7 min manat cərimə ediləcək

136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan

"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...

Daha iki vəzifəli şəxsə hökm oxundu - Yalnız 3 rayona getmək icazəsi verildi

İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."

Argentina Folklend adalarını geri qaytarmaq istəyir

"Çalışın yola verin, səsi çıxmasın" - Saatlı sakinindən narazılıq

Qərbdən Ermənistanla bağlı Rusiyaya CAVAB

Səriyyə Qənbərova işdən çıxarıldı

Azərbaycanda bu şəxslərə 6 min manat ödəniləcək

Bütün xəbərlər