Gündəm

İsa Həbibbəyli, Nadir Məmmədli,.. LÜTFƏN DURUN! – İTTİHAM VAR…

İsa Həbibbəyli (AMEA prezidenti), Nadir Məmmədli (Dilçilik İnstitutunun Baş direktoru)! Siz kitab çapı adı altında dövlətin AMEA-da göyə sovrulan yüz minlərini pul saymırsınız! Halbuki minlərlə azərbaycanlı ailələri yediyiniz və dağıtdığınız o yüz minlərin yüz manatına möhtacdır…”

"MUMtv.az" Dia-az.İnfo-ya istinadən xəbər verir ki, bunu öz ittiham dolu açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib.

İ.Abbasov daha sonra əlavə edib: “Müharibənin ağırlıqlarını, şəhid olan minlərlə gənc övladlarımızı, bir tikə çörəyə möhtac ailələrimizi vecinizə alsaydınız, belə etməzdiniz. Öz strategiyası, siyasi və diplomatik səriştəsi ilə bir millətə qələbə qazandırmış Ali Baş Komandana zərrə qədər sədaqətiniz olsaydı, ən azı vətəndaşlıq borcunuzu başa düşsəydiniz, belə etməzdiniz, vicdanınız buna yol verməzdi. Elə bilirsiniz sular durulanda bunların hesabı sorulmayacaq?! Sanırsınız ki, əlinizin altındakılarla dəstə yaradıb dövlətə sonsuza qədər iradə nümayiş etdirəcəksiniz?!

Bəli, ölkənin Prezidenti bir nəfərdir. Düşünə bilərsiniz ki, dövlətin büdcəsinə və xalqın cibinə girməyən, sizin kimilərin üzündən öz Vətənində zülm çəkən vətəndaşın səsi ölkə Prezidentinə çatmayacaq və vətəndaş da sizin təlqininiz və təşviqinizlə ölkə başçısını, “qəddar rejim”i yamanlayacaq, siz isə bunun fonunda pis əməllərinizi malalayıb ayı xidməti göstərəcək, xalqın və rəhbərin qarşıdurması, ölkənin viran qoyulması üzərində milyonlar yığacaq, qəbih həyat sürəcəksiniz. Yaratdığınız bu iyrənc və xain praktikadan sabiq dostlarınızla bərabər çox bəhrələnmisiniz! Yetər artıq!
Unutmayın ki, Prezidentin adına, bu dövlətə, millətə, onun qanunlarına hörmət edən dövlət adamları, vicdanlı şəxslər, vətəndaşlar, sizin düşündüyünüz kimi, yox deyildirlər. Dövlətin maraqları prioritet olanda sizin şəxsi və qrup maraqlarınız, üfunət saçan dostbazlıq, dəstəbazlıq, çal-çap prinsipləriniz anındaca ifşa olunacaq.

Tutduğunuz yoldan qayıdın, İsa Həbibbəyli, Nadir Məmmədli cütlüyü! Sizin “işləməyiniz” ölkənin elmi, mədəniyyəti, hərbi-siyasi uğurları ilə tərs mütənasibdir. Lütfən, siz işləməyin, dayanın, durun!..”

Son xəbərlər

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

İşıqforun qırmızı işığında keçən və "protiv" sürənlərin cərimələri ARTIRILIR

Prezident Belarusla bağlı protokolu TƏSDİQLƏDİ

Bu tibb müəssisəsində rüşvət faktı - VİDEO

Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

"Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?" - NARAZILIQ VAR...

Bu halda telefonla danışmayın - Əhaliyə xəbərdarlıq

“Azərbaycanla sülh sazişi vacibdir” - Mirzoyan

FHN-dən əhaliyə MÜRACİƏT

Qarabağ yenidən qurulur, Əsabil Qasımov milyonlarla sərmayə ilə Kislovodskdə sanatoriya açır….- DE-FAKTO

Sürücülərin diqqətinə: Taksilərlə bağlı ciddi problemlər olacaq - VİDEO

İran İsraili müharibə ilə HƏDƏLƏDİ

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət - VİDEO

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü KEÇİRİLİB

Təhlükəli səviyyədə duz işlədən ölkələr açıqlandı

Bu şəxslər dövlət qurumunu ata mülkü kimi idarə edirlər - VİDEO

Rüstəm Şahbazov bu dəfə də `YIRTACAQ`? - İDDİA...

İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır

Laçında hind filmi çəkiləcək

Milli Məclis buraxıldı, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edildi

Deputat təbbi fəlakətdən zərər çəkən insanlara maddi yardım olunmasını təklif etdi

Bu məhsullar vergi və gömrük rüsumundan azad olunur

Avtobus zolağına girənlərə cərimə balı da yazılacaq

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı qanuna dəyişiklik edildi

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr

Dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi qaydası dəyişdirilir

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik təsdiqləndi

Azərbaycanda yeni rüsumlar müəyyən edildi - 50 min manat

Normadan artıq yük daşıyanların cəriməsi artırılır

Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sənəd ratifikasiya edildi

Bütün xəbərlər