Gündəm

“AMEA məhv olur, elm ocağında alver baş alıb gedir” - ETİRAZ

MUMtv.az: - “AMEA prezidenti Ramiz Mehdiyevin xalqımıza xidmət edənlərdən nə istədiyini anlaya bilmirəm. Bu adam Azərbaycan elmini məhv edir”.
Bu sözləri Reyting.az-a siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş verən son qalmaqallardan danışarkən deyib.

Sabiq nazir müavini əlavə edib ki, AMEA-nın Tarix İnstitutunun baş direktoru vəzifəsindən istefa ərizəsi yazmış Kərim Şükürovu hələ tələbəlik illərindən tanıyır: “Bir yerdə oxumuşuq, bir yerdə qalmışıq. O, hələ tələbə olarkən, bir neçə dil öyrənirdi. Kərim müəllim Ali Attestasiya Komissiyasında da çox yüksək mədəniyyət göstərdi, gənclərimizə dəstək verdi, köməkliyini əsirgəmədi”.

C. Nuriyev eyni zamanda sual da verib:

“Hanı AMEA-dakı akademiklər? Niyə səsləri çıxmır? Mən onların yerinə olsaydım, xəcalət çəkərdim. Çünki hər biri bu ölkənin, bu millətin ödədiyi vergi hesabına ayda əlavə 2 min manat maaş alır. Əgər akademiklərimiz bu qədər dinməzdirsə, onda vay bizim halımıza”.

C. Nuriyevin iddiasına görə, R. Mehdiyev Azərbaycan elmini məhvə sürükləyib, AMEA-nın “dilini kəsib”:

“İndi akademiyada danışan yoxdur. Beş-altı alimi çıxmaq şərti ilə digərləri bu susqunluğa görə utanmalıdır. Çünki ziyalı haqsızlığa susmamalıdır”.

Professor bildirib ki, o, AMEA sistemində işləyən şəxslərdən R. Mehdiyevə qarşı çıxmağı tələb etmir: “Amma həqiqəti desinlər. Görmürlər ki, Ramiz Mehdiyev AMEA-nı necə idarə edir? Harada görünüb ki, akademiyanın elmi-tədqiqat institutunun həm baş direktoru, həm də icraçı direktoru olur? Qardaşım, AMEA məhv olur, elm ocağında alver baş alıb gedir. AMEA-da çalışanlar buna etiraz etməlidir. Bu qədər yaltaqlıq və qorxaqlıq olar?”

C. Nuriyevin fikrincə, AMEA-dakı özbaşınalıqlara siyasilərin qiymət verməsi boş şeydir: “Bizi ittiham edərlər ki, məsələyə siyasi yöndən yanaşırıq. Amma bu elm sahəsidir, adam elmi məhv edir, milləti uçuruma aparır. Bu susqunluqla sanki Mehdiyevə yalvarırıq ki, akademiyanı məhv elə. Alimlər niyə susur? Bunlar Ramiz Mehdiyevin nəyinə aşiq olublar? Elminə, savadına? Azərbaycanda başqa alim yoxdur?”

C. Nuriyev sonda diqqətə çatdırıb ki, AMEA sistemində normal bir neçə alimimiz olsa da, bu elm ocağımız çox pis durumdadır.

Son xəbərlər

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər