Gündəm

AMEA-da hoqqabazlar büdcəni belə yeyir – Bu “dərslik” adı altında nə qədər pul silinib?

Dərslik adlandırdıqları 3 qəzet səhifəsi həcmində olan “Məzhər üt-Türki”də mənşəyi məlum olmayan Molla Cecimxan Şamlu, Molla Qaraxanoğlu Qurt, Molla Daşdəmir Qaragözlü, Molla Təŋriverdi Şahısəvən və Molla Yaradanqulı Sil-süpür” kimi lotular “Xəmsə” alimləri kimi qələmə verilir…”

"MUMtv.az" Dia-az.İnfo-ya istinadən xəbər verir ki, bunu öz ittiham dolu açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib.

İ.Abbasov daha sonra əlavə edib: “Şərhlə qeydi bir-birindən ayırd edə bilməyən, özünə əziyyət vermədən 3-5 yerdə qeyd qoyub adına şərh deyən Baş direktor Nadir Məmmədli kitaba möhtəşəm “şərh” yazıbmış. Gəlin, bunlardan birinə baxaq:

“Molla Təŋriverdi buyurubdur ki, türkcədə bir məşhur məsəl vardır: poxa görə gənə təzək. Və bu məsəlin mənası aydınlığa tapşırıldı”
Bu yerdə Baş direktor “poxa görə gənə təzək” kimi çoox çətin bir ifadənin şərhinə keçir. Kitabın naşiri, şərrah Nadir Məmmədli buyurur: “Bu məsəl “Təzək poxdan daha yaxşıdır” şəklindədir. Ancaq Əbdürrəhim Ərdəbili utandığı üçün izah verməyərək, onun aydın edilməsini oxuyanlara tapşırır”.
Bu da dərslik!

AMEA-da hoqqabazlar büdcəni belə yeyir – Bu “dərslik” adı altında nə qədər pul silinib?

AMEA-da hoqqabazlar büdcəni belə yeyirBərəkallah! Bu nə deməkdir? Əvvəla, Əbdürrəhim utancaq deyildi, utancaq olsaydı, burada yazılması mümkün olmayan bir çox qeyri-etik sözləri ağzına alıb dilimizi o səviyyəyə endirməzdi, əksinə, ona qədər dilimizə aid yazılmış saysız-hesabsız qrammatika kitablarına baş vurardı. Hələ bu “təzək” ifadəsini onun ən nəzakətli davranışı saymaq olar.
Nadir müəllim, demək istəyirsiniz ki, Əbdürrəhim utancaqdır, amma siz utanmazsınız?! Axı əslində, burada açıqlamalı bir şey də yoxdur axı!
Ən böyük biabırçılıq və məsuliyyət doğuran şey kitabın ideoloji yönü, doğma şəkilçilərimizin fars və ərəb dilinə aid olduğunu beyinlərə yeritmək istəyi və nəhayət, müasir Azərbaycan dilinin tələblərinin tərcümədə kobud surətdə pozulmasıdır. Adınızı tərtibçi, ön söz müəllifi, şərhçi yazıb gurultulu tərif və təqdimatlar keçirirsiniz, amma bunları görmürsünüz?!
80 yaşlı Dilçilik İnstitutu İsa Həbibbəylinin, Nadir Məmmədlinin, adını bu “cadu-pitiy”ə elmi redaktor yazan Möhsün Nağısoylunun sayəsində Şiraz lotularının, molla cincilimlərin, Fərhəngiyan məktəbinin ümidinə buraxılıb. Bu, Aysberqin yalnız görünən tərəfidir.
Akademik çevrə həmişə belə işləri kollektiv şəkildə yerinə yetirir, yəni çoxlarını şərik tuturlar ki, məsuliyyətə cəlb olunmaları çətin olsun, yəni məsuliyyət paylansın, eynən elmi iş müdafiələrində olduğu kimi…”

Son xəbərlər

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

İşıqforun qırmızı işığında keçən və "protiv" sürənlərin cərimələri ARTIRILIR

Prezident Belarusla bağlı protokolu TƏSDİQLƏDİ

Bu tibb müəssisəsində rüşvət faktı - VİDEO

Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

"Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?" - NARAZILIQ VAR...

Bu halda telefonla danışmayın - Əhaliyə xəbərdarlıq

“Azərbaycanla sülh sazişi vacibdir” - Mirzoyan

FHN-dən əhaliyə MÜRACİƏT

Qarabağ yenidən qurulur, Əsabil Qasımov milyonlarla sərmayə ilə Kislovodskdə sanatoriya açır….- DE-FAKTO

Sürücülərin diqqətinə: Taksilərlə bağlı ciddi problemlər olacaq - VİDEO

İran İsraili müharibə ilə HƏDƏLƏDİ

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət - VİDEO

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü KEÇİRİLİB

Təhlükəli səviyyədə duz işlədən ölkələr açıqlandı

Bu şəxslər dövlət qurumunu ata mülkü kimi idarə edirlər - VİDEO

Rüstəm Şahbazov bu dəfə də `YIRTACAQ`? - İDDİA...

İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır

Laçında hind filmi çəkiləcək

Milli Məclis buraxıldı, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edildi

Deputat təbbi fəlakətdən zərər çəkən insanlara maddi yardım olunmasını təklif etdi

Bu məhsullar vergi və gömrük rüsumundan azad olunur

Avtobus zolağına girənlərə cərimə balı da yazılacaq

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı qanuna dəyişiklik edildi

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr

Dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi qaydası dəyişdirilir

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik təsdiqləndi

Azərbaycanda yeni rüsumlar müəyyən edildi - 50 min manat

Normadan artıq yük daşıyanların cəriməsi artırılır

Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sənəd ratifikasiya edildi

Bütün xəbərlər