Gündəm

İran "bu ölkədə, sadəcə, ölüncə azad olursan....” deyən tələbənin ölkəsidir - ÖZƏL

"Dünyəvi və demokratik dəyərlərin, beynəlxalq hüquq normalarının, sivilizasiyalar arası dialoqların, İrqi Ayrı-Seçkiliyin Ləğv Olunmasının, bir sözlə müharibəsiz, qansız-qadasız bir dünyanın müdafiə edildiyi günümüzdə İranda Azərbaycanın səfirliyinə silahlı basqına edilir, günahsız insanlar qətlə yetirilir, yaralanır."

Bu sözləri QHT.az saytına Əməkdar jurnalist Mətanət Ağamirli deyib. - "Terror aktı olduğu üçün hadisə bütün dünyanı silkələyir. Rəsmi Tehran isə hücuma "şəxsi motivlər" donu geyindirməyə cəhd göstərir. Əslində isə İran adlı molla rejimi beynəlxalq konvensiyalara məhəl qoyulmadığını, istənilən anda terror məskəninə çevrilə biləcəyini, qonşuları, region, eləcə də dünya üçün təhlükə mənbəyi olduğunu bir daha nümayiş etdirir: terrora dəstək verir, azad olmaq istəyən gənclərə, vətəndaşlarına divan tutur, edam edir. Bir sözlə İran XXI əsrdə də feodal dövrünə aid işgəncələr tətbiq edir.

Diplomatik münasibətlər haqqında, Konsulluq əlaqələri haqqında Vyana Konvensiyaları, eləcə də digər beynəlxalq sənədlər İran üçün əhəmiyyətsiz, anlamsızdır. Beləcə beynəlxalq hüquq normalarını görmək istəməyən bu rejimin düşmən mövqe sərgilədiyi ilk ölkə isə Azərbaycandır. Səbəblər bəllidir! Azərbaycana münasibətin kökündə duran nigrançılığının, düşmənçilik siyasətinin səbəbi anlaşılandır: məhv olmaq, parçalanmaq qorxusu! Zaman -zaman, xüsusilə son illərdə İran media orqanlarında Azərbaycanın əleyhinə aparılan təbliğat, anti-Azərbaycan əhval ruhiyyənin genişləndirilməsi heç kimə sirr deyil.

Azərbaycanın gücündən, qüdrətindən, mövqeyindən dəhşətli dərəcədə qorxan molla rejimi var gücü ilə ölkəmizə qarşı təxribatçı addımlar sərgiləməkdədir. Səfirliyimizə silahlı hücumun təşkil olunması ilə bərabər Tehranda fars və erməni qruplaşmasının Laçın dəhlizinin “bağlanmasına” qarşı etiraz aksiyası keçirməsi "dost" və "qonşu" ölkənin əsl mahiyyətini, iç üzünü bir daha açır.

İran “Ah, bu ölkədə, sadəcə, ölüncə azad olursan....” deyən tələbənin, zor tətbiqi ilə susdurulan insanların, günahsız qurban gedən gənclərin, 40 milyon azərbaycanlını fars dilində danışmağa məcbur edən, erməniyə qucaq açan, terroru, separatizmi dəstəkləyən molla rejiminin
ölkəsidir. Bu rejim saysız-hesabsız edam qərarları, gənclərə, qadınlara tətbiq etdiyi amansız işgəncələrlə, insanları zor tətbiqi ilə susdurmaqla öz ömrünü uzatmaq istəyir. Amma nə qədər? Tanrı Türkü bədxah qonşularımızın bədxah niyyətlərindən qorusun! "

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər