Gündəm

İranın Təhlükəsizlik Nazirliyindən aksiyalarla bağlı BƏYANAT

Son günlər İranın bir sıra əyalətlərində baş verən kütləvi aksiyalarla əlaqədar Təhlükəsizlik Nazirliyi bəyanatla çıxış edib.

"MUMtv.az" xəbər verir ki, bəyanatda İranda baş verən iğtişaşların xarici dövlətlərin yerli agentləri tərəfindən törədildiyi bildirilib. Qeyd olunub ki, ABŞ və Böyük Britaniyanın dəstəyi ilə küçələrə çıxan insanların məqsədi heç də qadınların hüquqlarını qorumaq və İrana demokrtatiya gətirmək olmayıb. Xaricdən idarə olunaraq törədilən iğtişaşların məqsədi İran dövlətinin beynəlxalq nüfuzuna zərər vurmaq, onu zəiflətmək və bədnam niyyətlərinə nail olmaqdan ibarət olub. Lakin İranın xüsusi xidmət orqanları hadisələri araşdıraraq Sistan-Bəlucistan bölgəsində 49 nəfəri həbs ediblər. Onların dindirilməsi zamanı müəyyən edilib ki, Albaniyada məskunlaşan “Münafiqlər” terror qruplaşmasının üzvləri mütəmadi olaraq İrandakı adamları ilə əlaqələr yaradıb və insanların küçələrə çıxıb iğtişaş törətmələrinə nail olublar.

Bundan başqa, İranın Kürdüstan vilayətində baş verən iğtişaşlar nəticəsində dövlət, özəl və xüsusi mülkiyyətə böyük zərər vurulub. Aparılan təhqiqat nəticəsində 77 nəfər həbs edilib ki, bunlar da “Pejak”, “Demokrat”, “Pak” və sair bu kimi terror qrulaşmasına aid olan adamlardır.

Tehranda törədilən iğtişaşlarda iştirak edən 92 nəfər həbs olunub. Onların arasında Almaniya, Polşa, İtaliya, Fransa, Niderland və İsveç vətəndaşları da var. Aparılan təhqiqat və həbs olunanların ifadələri onu deməyə əsas verir ki, İranda baş verən iğtişaşlar xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və idarə olunub.

Bəyanatda o da nəzərə çatdırılıb ki, İranda akkreditə olunan bir sira səfirliklər və diplomatik nümayəndəliklər xəbərdarlıq edilib. Onların nəzərinə diplomatik etikanın gözlənilməsinin vacibliyi çatdırılıb və daxili işlərə qarışmağın beynəlxalq konvensiyalara zidd olduğu xatırladılıb.

Qeyd edək ki, sentyabrın 16-da Məsihə Əmini adlı 22 yaşlı qıza baş örtüyünü düzgün örtmədiyi üzün İranın əxlaq polisi zor tətbiq edib. Nəticədə xəstəxanaya aparılan qız orada ölüb. Bundan sonra İranın bir sıra böyük şəhərlərində kütləvi aksiyalar başlayıb. Kütləvi çıxışların 3-cü günü Tehranda, Rəştdə, Təbrizdə, Kirmanda və digər şəhərlərdə aksiyalar iğtişaşlara çevrilib. Banklar, mağazalar, dövlər və şəxsi mülkiyyət dağıdılıb. Polis ilə toqquşmada ölən və yaralananlar olub. Rəsmi məlumatlara əsasən, ümumilikdə iğtişaşlar zamanı 52 nəfər həlak olub.

Tehran və Təbrizdə ictimai-siyasi sabitlik bərpa edilsə də, Sistan-Bəlucistan, Kürdüstan və mərkəzi vilayətlərində iğtişaşlar davam edib.

Hazırda Tehranda və digər şəhərlərdə sabitlik təmin edilib.

Son xəbərlər

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər