Gündəm

Sizin 2 hektarda villanız olsun, şəhidlərin 2 metrlik
Ancaq vicdanını itə satmış adamlar şəhid ailələrinin, Qarabağ qazilərinin problemlərinə laqeyd yanaşa bilərlər. Əgər belələri olsa, əllərimiz onların yaxasından yapışar. Həm bu dünyada, həm də o dünyada...

44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının paralq qələbəsi ilə başa çatdı. Qəhrəman şəhidlərimizin, igid qazilərimizin sayəsində düşmənin burnu ovuldu. Əmin olun: aradan 100 il keçsə də, ermənilər qorxularından bir də biz tərəfə baxmayacaqlar. Bu dəfə "dərs” 45 dəqiqə deyil, 44 gün çəkdi. Azərbaycan Ordusu bu "şuluq şagirdləri” necə lazımdır "başa saldı”.

Hazırda Azərbaycan cəmiyyəti müharibənin yaralarını sarımaqla məşğuldur. Biz təkcə qələbə sevincini deyil, övlad acısını da birlikdə yaşadıq. Şəhid və qazilərimizə bir ömür boyu borclu olduğumuzun fərqindəyik. İndi hərə bir yolla öz borcunu ödəməyə çalışır. Vətəndaş sarıyır, dövlət sağaldır...

Müharibədən dərhal sonra "YAŞAT” Fondunun yaranması müsbət haldır, dövlətin və cəmiyyətin şəhid ailələrinin, Qarabağ qazilərinin problemlərinə həssas yanaşdığını göstərir. Hər kəs Fonda əlindən gələn köməyi edir. "YAŞAT” Fondunun sayəsində neçə-neçə şəhid ailəsinin, Qarabağ qazisinin sosial problemi həll olunub, neçə-neçə ailə rahatlığa qovuşub. Məcburi köçkünlər üçün inşa olunmuş 4 700 mənzilin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsindən sonra bu proses daha da sürətlənib. Tezliklə şəhid alələri, Qarabağ qaziləri öz geniş, rahat mənzillərinə köçəcəklər. "Qaçqınkom” həmin mənzilləri ƏƏSMN-nin balansına verdiyi gün yazmışdım: "Analarının südü kimi halalları olsun”.

Bunu qeyd etmədən keçə bilməyəcəm: yuxarıda yazdım axı, bütün cəmiyyət müharibənin yaralarını sarımaqla məşğuldur. İndi icra başçıları, prokurorlar, polis rəisləri də şəhid ailələrinin və qazilərin problemlərinin həllinə köklənib. Suraxanı rayon İcra Hakimiyyətindən hər gün elektron poçtumuza press-reliz daxil olur. Elə gün olmur ki, icra başçısı Əziz Əzizov hansısa şəhid ailəsini ziyarət edib, onların qayğılarıyla maraqlanmasın. Ötən həftə bir şəkil məni çox kövrəltmişdi: Qarabağ qazisini ziyarət edən Əziz Əzizov və rayon prokuroru Rəşid Mahmudov onun problemini ayaqüstə dinləyirdi...

Millət vəkili Ceyhun Məmmədov Cəbrayıldan olan şəhid ailələrinin əlaqə nömrələrini əzbər bilir, onların yaşadığı ünvanlara gözüyumulu gedib-gəlir. Millət vəkili Qənirə Paşayeva sayı 3 mini ötmüş şəhidlərimizin ən azı yarısının valideynləriylə şəxsən görüşüb, onları bir-bir dinləyib, problemlərini həll etməyə çalışıb. Bu qəbildən olan faktların sayını istədiyimiz qədər artıra bilərik. Aşıq gördüyünü çağırar...

Bəs bu təlaşa, bu həyəcana səbəb nədir? Övladları Qaradağda dəfn olunan 17 şəhid ailəsi bu soyuq qış günündə niyə küçələrdə qalıb? İsti kabinetlərdə oturan soyuqqanlı məmurlar şəhid analarının soyuqda donmasına necə razı olurlar?

Onlar bizdən çox şey istəmirlər. Onlar istəyirlər ki, canlarını bu vətən uğrunda fəda etmiş övladları qurunt sularına əsir düşən məzarlarda uyumasınlar. Şəhid analarından birinin sözüdür, hər dəfə xatırlayanda tüklərim biz-biz durur: "Mənim oğlum çox üşüyən idi. Hətta yayda da yorğanla yatırdı. İndi suyun içində necə yatır?”

Sözügedən qəbiristanlıq Qaradağ rayonu ərazisindədir. Amma orda uyuyan şəhidlər Yasamal, Nəsimi və digər rayonlarda qeydiyyatda olublar. Görəsən, Qaradağ, Yasamal və Nəsimi rayonlarının icra başçıları bu 3 gündə niyə bir dəfə şəhid valideynlərinin qarşısına çıxmadılar? 17 məzarı Fəxri Xiyabana və yaxud normal şəraiti olan başqa bir qəbiristanlığa köçürmək çoxmu çətindir? Axı onlar villalarınızın yerləşdiyi 2 hektarlıq ərazidən pay istəmirlər. Onlar rahat uyuya biləcəkləri 2 metr torpaq istəyirlər. Şəhidlərin rahat uyumadığı ölkədə siz necə rahat yatırsınız?

Seymur VERDİZADƏ //yenisabah.az//

Son xəbərlər

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Daha 35 ailə Füzuliyə yola salındı

Rayon Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab

Ukraynanı son terrorda günahlandırması Rusiyaya baha başa gələ bilər - ISW

Bakıda məşhur ticarət mərkəzi niyə boşaldılıb? (Açıqlama)

Xankəndiyə ilk köç bu əraziyə olacaq (VİDEO)

Həkim əllərin titrəməsinin səbəblərindən danışdı

Sabahdan Azərbaycanda tətil başa çatır

Bütün xəbərlər