Gündəm

Bir gözü gülər, bir gözü ağlar, qürur dolu il…

MUMtv.az: - Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim…

Uşaqlıq dövrü 90-cı illərə təsadüf edən bütün uşaqlar bu şeiri çox güman ki əzbərə bilir. 1-ci Qarabağ müharibəsinin ağrı-acısı, qaçqınlıq həyatının sərt üzü, torpaqların 20 faizindən çox hissəsinin işğal altında olması həqiqəti onları vaxtından əvvəl böyütmüşdü.

Bütün uşaqlığımız rayonlarımızın işğal tarixlərini əzbərləmək, həmin tarixlərin ildönümlərində məktəbdə keçirilən tədbirlərdə şeir demək, dəvət olunan şəhid ailələrinin gözyaşlarına şahidlik etməklə keçmişdi.. O şəhid yaxınlarının bükük boyunları qarşısında duyduğumuz xəcalət hissini illərlə unuda bilmədik. Şəhidlərin qanlarının yerdə qalmışdı, uğruna can verdikləri amala çata bilməmişdik, torpaqlarımızın işğal altından azad etməmişdik.. Bütün bunlar onların ruhunun rahatlıq tapmaması demək idi və bizlər də bunu çox gözəl bilirdik.. Bu hisslərdən daha dəhşətlisi isə, bu dərdin özümüzdən sonrakı nəsillərə ötürüləcək olması qorxusu idi.

Ən çətini ümumiyyətlə bu konfliktdən sonra doğulmuş azyaşlılara acı reallığı izah bilmək idi. Qorxurduq ki, illər, onilliklər bu dərdi onlar üçün yadlaşdıracaqdı. Qorxurduq ki, gün gələcəkdi, yeni nəsil üçün ümumiyyətlə Qarabağ, şəhid, torpaq təəssübü anlayışları heç nə ifadə etməyəcəkdi..

Necə də yanılmışdıq…

Heç demə, bu yerlərin insanlarının ürəklərində Vətən sevgisi heç sönməzmiş, sən demə, bu torpaqların oğullarının şəhid təəssübü heç bitməzmiş… Heç demə, bu xalqın qadınlı-kiçili, qocalı-cavanlı milliyyətindən asılı olmayaraq, bütün nümayəndələrinin ürəyində Qarabağ yanğısı heç dinməyibmiş…

Məgər bizə Zəfəri yaşadanların mütləq əksəriyyəti konfliktin dondurulmasından sonra doğulmuş balalar olmadımı ?

Beləcə, ötən ilin payızında, kortəbii şəkildə yaddaşlarımızda həkk olunmuş yuxarıdakı misraların sadəcə şeir parçası olmamasının hamımız şahidi olduq. Dar günündə onları səsləyən, onlara ehtiyacı olan Vətənlərini tək qoymayan oğullar, Məmməd Araz dediyi kimi, mamır olub qayalarda bitdilər, keçilməz sədləri aşaraq, az qala yalın əllə düşmənin üzərinə yürüdülər, onları torpaqlarımızdan qovdular…Bizə 27 ildir həsrətində olduğumuz zəfəri yaşatdılar..

Zəfər gününə aparan 44 günlük müharibədən bizi bir il ayırır. Nələr dəyişdi bu bir ildə, ilahi..

Qarabağımıza həyat qayıdır. Artıq ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Füzuli aeroportu tikilib başa çatmaq üzrədir, Zəngiilanın köhnə sakinlərinin oraya köçürülməsinə başlanılır.. Milli Musiqi günümüz dahi Üzeyir bəyin doğum günündə elə onun öz dogma yurdunda-Şuşamızda keçirilir, Cəbrayılda, Ağdamda “ağıllı kənd” layihələri realaşdırılır. Bütün bunlar yuxu kimi gəlir bizə.. Çox yox, cəmi bir il əvvəl hansımıza bunu desə idilər, inanardıq görən?

Övladlarımız üçün aldığımız məktəbli gündəlikləri də dəyişib bu il. Artıq boz, xəcalət dolu işğal tarixləri yoxdur orda.. Əvəzində Şanlı Ordumuzun qazandığı Zəfər tarixləri bəzəyir gündəlikləri… Ağ səhifələri vərəqlədikcə, sentyabrın 27-sinə doğru yaxınlaşdıqca, ürəklərimiz titrəyir, əllərimiz əsir.. Gözlərimizin önündə düz bir il bundan əvvəl başlayan hadisələr canlanır.

Babalarımız xeyir və şər qardaşdır deyəndə, bunumu nəzərdə tuturmuşlar görən? Səhifələr irəlilədikcə gözlərimizdən axan yaş, ürəklərimizi bürüyən kədər artır.. O rayonların hər kəndinin azad olunması xəbərlərini aldığımız Ali baş Komandanın tvitlərini həsrətlə gözlədiyimiz günlərə qayıdırıq, hər tvit gəldikdə sevincimizdən dəliyə döndüyümüz o müdhiş anları sanki yenidən yaşayırıq. Lakin o kəndlərin hər qarışının necə böyük itkilər hesabına əldə etiyimiz də düşür yadımıza .. Hər gün hər rayona, hər kəndə gələn şəhid nəşləri, izdihamlı dəfnlər, anaların fəryadı, ataların titrəyən əlləri ilə oğlunun tabutuna bükülüb gəlmiş üçrəngli bayrağı təhvil alıb öpərək gözlərinin üstünə qoyması…

Rayonlarımızın azad olunma tarixləri bir-birini əvəz etdikcə, onların hər birində şəhid düşmüş qəhrəman balalarımızın adları da gəlir ağlımıza. “Terminator” ləqəbli Mehrab, şir ürəkli Cəbrayıl, düşmənlə əlbəyaxa saatlarla döyüşən Nəcəf, eyni gündə şəhid olmuş İman və Bəhrəm qardaşları, döyüşə gedərkən son rəqs videosu ilə hamımızı qəhərə boğan Fədail, çalışdığım doğma fakültəmin nümunəvi məzunlərından nur üzlü Ceyhun və 3000-ə yaxın hamısı bir-birindən seçmə oğullar…. Anlayırıq ki, məktəbli gündəliyindəki hər bir rayonun azad olması haqqında olan cümlədəki kəlmələr 100-lərlə şəhid qanı ilə yazılıb, hər hərfində 1000-lərlə qazi yarası, 1000-lərlə şəhid anasının, atasının, övladının, həyat yoldaşının yarımçıq qalmış taleyi var. Anlayırıq ki, bizlər üçün hər şey nomala qayıtsa da, onlar üçün artıq heç nə əvvəlki kimi olmayacaq. Və anlayırıq ki, bizlər, təqvimin o səhifələri ilə qürur duyduğumuz müddətcə onlara minnətdar olacayıq.

Şəhidlərimizin əziz xatirəsinin ildönümü ərərfəsində onların ruhu qarşısında hesabat verərkən utanmırıq. Uğruna can qoyduqları amala çatdığımıza görə, işğalçılardan azad etdikləri torpaqlarımızı abadlaşdırmaq, əsl sahiblərinə qaytarmaq üçün dayanmadan çalışdığımıza görə, bizə əmanət qoyub getdikləri əzizlərindən, ailələrindən sevgini, diqqəti, şəfqəti əsirgəmədiyimizə görə. Bilirik ki, onların ruhları da həsrətlə 27 sentyabrı gözləyir. Ziyarətlərinə gələn torpaq həsrətinə son qoyduqları xalqının gözündəki səbəbkarı olduqları o qüruru, o sevinci görə bilmək üçün.

Ruhunuz şad olsun, igid oğullar! Rahat uyuyun, canınızı bütövlüyü uğrunda qurban verdiyiniz bu Vətən, qəhrəmanlıq dastanlarınızla böyüyən gənc nəsilə əmanətdir!Bilin ki, bir daha heç kəs bu xalqın torpağına göz dikə bilməz, onu əllərindən almağa cəsarət edə bilməz. Bu, bizim sizin ruhunuz qarşısında şərəf sözümüzdür!

Allah rəhmət etsin!



Əsmər Əlimusa qızı Əliyeva

BDU-nun hüquq fakültəsinin dosenti,

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi
Qanunla.az

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər