Gündəm

Qərəzli şəxslərin çirkin niyyətlərinin acı nəticəsi - VİDEO

"DogruXeber.az"ın məlumatına görə artıq bir neçə gündür ki, özünü qazi anası kimi təqdim edən Sabirabad rayon Nizami kənd sakini Kəmalə Qasımova sosial medialarda və YouTube kanallarında qazi oğlunun Nizami kənd orta məktəbinin direktoru Şahlar Cəbrayılov və onun qardaşı oğlu, eyni zamanda sözügedən məktəbin müəllimi Kazım Cəbrayılov tərəfindən döyüldüyü iddiaları ilə çıxışlar edir. Hətta, dediyinə görə beyninə qansızma diaqnozu ilə 1saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib və hazırda orada müalicəsi davam etdirilir.

Biz 30 il torpaq həsrəti ilə qovrulmuş xalqıq. Cəmi 10 milyon əhalisi olan Azərbaycanın, 1 milyondan çox qaçqın və məcburi köçkünləri var. Minlərlə insan torpaq həsrəti ilə köçdü dünyadan. Minlərlə körpə gəldi dünyaya və əslinin hansı bölgədən olduğunu yalnız başqalarından dinləyərək böyüdü. 30 illik vətən, torpaq acısı bütün xalqın "qanayan yara"sı oldu və atalar, analar da övladlarını bu hirs, bu intiqam hissi ilə böyütdü, müəllimlər şagirdləri bu cür yetişdirdilər. Nəhayət torpağımız işğalda olduğu zamanlarda doğulan körpələr böyüdü, müharibə əmri verilən kimi də döyüşlərə atılıb, qələbəni qazandılar və qazandırdılar. Odur ki, bu xalq, bu torpaq üçün, canını sipər edən, güc sayəsində işğaldan azad etdikləri torpaqdan düşmənin ayaq izlərini qanları ilə yuyan oğullar özləri də, ailələri də bizim üçün çox önəmlidir və hər birimizin onlara böyük hörməti var.
Odur ki, ziyalı şəxslərin, hər il yüzlərlə vətənpərvər insan yetişdirən, hər gün şagirdlərinə vətəni sevmək öyrədən müəllimlərdən də bu cür davranış hər kəs kimi bizi də narahat etdi.

"Dogruxeber.az" olaraq hər zamankı kimi məsələyə obyektiv yanaşmaq və yerində araşdırmaq üçün çəkiliş qrupumuz ilə birlikdə üz tutduq Sabirabad rayonunun Nizami kəndinə. Kəmalə Qasımova hadisənin məktəbdə olduğunu iddia etdiyi üçün, elə biz də kənd orta məktəbinə getdik ki, hal şahidlərini də dindirək. Lakin, şahidlərin söylədikləri, Kəmalə Qasımovanın söylədiklərinin tam əksi oldu ki, bunu da aşağıdakı linkə daxil olub, "MUM.TV" YouTube kanalımızda öz gözlərinizlə görün.



Gördüyünüz kimi şahidlər arasında hətta Kəmalə Qasımovanın öz qonşuları da var ki, onlar hadisəni görməsə belə, həm insan kimi, həm qonşu kimi necə biri olduğunu özləri dedilər.

Hadisədə əsas adı hallanan Kazım Cəbrayılovun söylədiklərini də, Kəmalə Qasımovanın "qazi" kimi təqdim etdiyi oğlunun özünün dediyi kimi döyüldüyünü, yoxsa şahidlərin dediyi kimi özü öz başına döydüyünü də özünüz yuxarıdakı linkdə gördünüz.

Yeri gəlmişkən, dönə-dönə vurğuladığımız kimi "DogruXeber.az" yenə də obyektiv olaraq, qarşı tərəf olan, Kazım Cəbrayılovun Kəmalə Qasımovanı öyrədən və bütün baş verənlərə səbəb olduğunu iddia etdiyi Şamaxı Rayon Yol İdarəsinin müdiri Nazim Eynallı ilə telefon əlaqəsi saxladıq. Nazim Eynallı 2-3 dəqiqəlik danışığımız içərisində gah münasib yerdə olmadığını, gah məzuniyyətdə olduğunu, sonda isə bu barədə danışmaq istəmədiyini bildirdi ki, bunun da nə anlama gəldiyini özünüz oxuyarkən, bilmisiniz yəqin ki...

Az əvvəl yuxarıda şəhid ailələri və qazilərin bu xalq üçün hansı zirvədə olduğunu qeyd etdik. Bunu hər kəs bilir. Elə Kəmalə Qasımovanın özü də. Amma, görünür o bir nüansı yanlış anlayıb. Qazi, şəhid ailəsi hansı zirvədədirsə, müharibə iştirakçıları da hər kəsin qəlbində o zirvədə yer alıb. Ona görə də iştirakçı olduğu halda, sosial medialarda xalqın "həssas damar"ına toxunmaq üçün "qazi" demək, xalqı aldatmaqdır. Hələ üstəlik də bu addan başqa məqsədlər üçün istifadə etmək, 3-5 manat üçün "qazi" adını və silah götürüb düşmən üstünə gedən oğulu kimlərinsə "intiqam aləti"nə çevirmək, həmin igidlərin öz valideyini olsa belə bağışlanması mümkünsüz səhvdir.

Yeri gəlmişkən, Kazım Cəbrayılov Nazim Eynallının Kəmalə Qasımovanın oğlunun müalicə aldığı xəstəxanaya gəlib Kəmalə Qasımova ilə, oğlu Babək Qasımovla, həmçinin Babək Qasımovun həkimi ilə görüşməsinin də lentə alındığını və yayımlanması üçün həmin görüntüləri bizə təqdim edəcəyini bildirdi.
Görüntülər redaksiyamıza təqdim edildikdən sonra, sizlərin də diqqətinə çatdıracağıq.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Azəriqaz Tarif Şurasını saymır!

732 minə quyu qazıb tullantıları basdıracaq...

Rafael Mehrəliyevin tenderi ləğv olundu – 200 minlik

Bu icra başçıları çətin durumda-Qanunsuz sənədlər aşkarlandı

Mingəçevirdə oğul atasını döyərək öldürdü

Şamaxı Həkim Məsləhət Komissiyası, yoxsa rüşvət-korrupsiya “qəssabxanası”? İDDİA

Təmir olunacaq məktəblər niyə gizlədilir? - 42 milyon manat....

"Azərbaycanın separatçıları azad etmək öhdəliyi yoxdur" - Rəsmi Bakı

Prezidentin nəvələri Məsut Özillə görüşdü

Qohum nikahları ilə bağlı qaydaya dəyişiklik edilib

İcra başçısının sabiq müavininə cinayət işi açılıb

"Paşinyan Zəngəzur dəhlizi məsələsində geri addım atdı" - Politoloq

Aeroport yolunda sürət həddi endirildi

Bu məhsullar bahalaşıb

Parklanma yerindəki vəziyyət xaosa səbəb oldu: Qurum məsələ barədə nə dedi?

Dövlətə borc yükləmək: "Azəristiliktəchizat", "Su Ehtiyatları Agentliyi", "ADY"... - ARAŞDIRMA

"Revanşist qüvvələrin təxribatlarına qarşı hazır olun" - Müdafiə naziri

Zakir Həsənov generalları topladı - Tapşırıqlar verdi

"28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?

Azərbaycanda hərbi komissar saxlanıldı - RƏSMİ

İlham Əliyev İspaniya Kralını təbrik etdi

Azərbaycanlı jurnalist ABŞ vətəndaşlığı aldı

Pul köçürmələrinə nəzarət gücləndirildi

İctimai nəqliyyatda gedişhaqqı məsafəyə görə tənzimlənə bilərmi? - AÇIQLAMA

Alimlərdən ilginc kəşf: Qara dəlik bir ulduzu parçalayır ki...

Kirayə mənzil verənlərin diqqətinə: Hər iki tərəf cərimələnə bilər?

Xəzər dənizində zəlzələ oldu

Fransa İsrailə nota verdi

XİN-dən Niderlanda ETİRAZ

Dini Komitəyə yeni səlahiyyət verildi

Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsində nə baş verir? - Aran qəsəbəsi ərazisində suvarma sistemlərinə aid olan boruları aparan yük maşını tutulub. İDDİA VİDEO/FOTO

İntiqam Məmmədov sahibkarlardan nəyin İNTİQAMINI ALIR? - QALMAQAL

Bütün xəbərlər