Gündəm
Gündəm / Cəmiyyət
Adında `313` olan şirkətə qarşı İDDİA - İcazə verin, şübhələnək...
MUMtv.az: - “Sara 313” MMC-yə gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib olunub.
Protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə,20 min manatadək olan məbləğ başa düşülür
İş Quba Rayon Məhkəməsində hakim Aydın Babayevin icraatındadır.
Son zamanlar ölkəmizdə "313" inisialından istifadə heç də təsadüfi hesab olunmur və əsasən İranın nəzarətində olan təhlükəli şəbəkələr bu şəkildə təşkilatlanırlar.
Onu da qeyd edək ki, "313" rəqəmi bəzi hədislərə görə, islamda da müqəddəs hesab olunur. Əsasən İranın dini dairələrinin istinad etdiyi bəzi hədislərdə 313 rəqəmi xüsusi müqəddəslik daşıyır. Qurani-kərimdə qeyd edilmiş bir rəvayətə görə, Həzrət Davud Peyğəmbərin (ə) müasiri olmuş Bəni-İsrail hökmdarı Talut böyük bir qoşunla döyüşə yollananda Allah ona əmr verdi ki, öz əsgərlərini sınağa çəksin və sınaqdan uğurla çıxanları ayırıb özü ilə döyüşə aparsın. Talut əsgərlərinə əmr etdi ki, yolda qarşılarına çıxan çayın suyundan bir ovucdan artıq içməsinlər. Az bir hissə bu tapşırığa əməl etdi. Sınaqdan uğurla çıxanların sayı 313 nəfər oldu və onlar döyüşdə çoxsaylı düşmənə qalib gəldilər (Bəqərə, 249).
Bəzi rəvayətlərə görə, Bədr döyüşündə də 313 nəfər müsəlman özlərindən üçqat artıq düşmənə qalib gəlmişdi. Həmçinin, hədislərə görə, İmam Mehdinin (ə) sadiq silahdaşlarının da sayı 313 nəfər olacaq. Bu say tamamlandıqdan sonra İmam zühur edəcək.
Hər halda, Azərbaycanda hansısa şirkətin öpz adına məhz "313" rəqəmini nümayişkaranə şəkildə pərçimləməsi təsadüfi ola bilməz.// Dia.az