Gündəm


Əli Əsədov bu protokolun formasınıTƏSDİQLƏDİ

Nazirlər Kabinetinin "İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edilib.

"MUMtv.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla "Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar tərtib edilən inzibati xəta haqqında Elektron Protokol”un forması təsdiq edilib. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən inzibati xəta haqqında Elektron Protokol tərtib edildikdə, inzibati cərimənin məbləği həmin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan həmin Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddində müəyyən olunur. Barəsində inzibati xəta haqqında Elektron Protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi inzibati cəriməni həmin Protokol ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin Protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında Elektron Qərar hesab edilir. Qeyd olunan müddətdə cəriməni ödəmədikdə həmin Protokol baxılması üçün 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə göndəriləcək.
Bundan əlavə, “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar”ın forması təsdiq edilib.
Bununla da İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında Elektron Qərar çıxarıldıqda inzibati cərimənin məbləği həmin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan həmin Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddində müəyyən olunur. İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında Elektron Qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs Qərarla razılaşmadığı hallarda həmin Qərar ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət “ASAN ödəniş” sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər.

Son xəbərlər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bu dərmanlarla bağlı XƏBƏRDARLIQ - Ölüm təhlükəsi yarana bilər - VİDEO

Lənkəranda məktəbliyə zorakılıq edən sabiq məmur internat məktəbinə direktor təyin olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub - DETALLAR

Sonuncu erməni qrupu da Ağdərədən ÇIXDI

Deputatın qardaşı vətəndaşın torpaq sahəsini zəbt edib... - Məhkəmə qərarının icrasına kimlər və necə mane olur?

Tovuzda Qarabağ Qazisini DİNLƏYƏN YOXDUR... - VİDEO

Rusiyanın daxili işlər naziri İrəvanda

“AzerGold” QSC “Gələcəyin mədənçisi” layihəsinin icrasına başlayıb

Rəsmi Moskva münasibətlərin pozulmasına görə Paşinyanı günahlandırdı

Şuşa İslam dünyasının mədəniyyət paytaxtı seçildi

ABŞ rəsmiləri bu gün Ermənistana səfər edəcək

Azərbaycan XİN Makrona CAVAB VERDİ

Ordumuza məxsus "KamAZ" minaya düşdü - Qərargah rəisi və digər hərbçimiz şəhid oldu

"Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilsin" - Deputat

Qənirə Paşayevanın SON DURUMU

Məmməd Əmin Rəsulzadənin nəvəsi insult keçirdi

“Azərbaycanlılarla heç bir problem yaşamamışam” - Xankəndinin erməni sakini

Ələzəpin yollarının "işi duaya" qalıb - VİDEO

Ermənilər Xankəndini də yandırır - FOTO

Türkiyədə zəlzələ oldu

Qarabağı tərk edən ermənilərin sayı AÇIQLANDI

Mirzoyan hindistanlı həmkarı ilə Qarabağı müzakirə etdi

"Məktəb illəri" - Təqdimat

İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO

İşləyən əlillərin bu hüquqları da VAR... - Diqqət!

Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO

Şəmkirdə bu məmuru durduran olmasa... - İTTİHAM VAR!

Gələn ilin büdcə layihələri Prezidentə təqdim ediləcək

Azərbaycan Ordusu Xocalıya daxil olub? - İDDİA

Proqnozlar Maliyyə Nazirliyini niyə "qəzəbləndirib"? - Korrupsiya, neftdən asılılıq, investisiya çatışmazlığı...

Heydər Əliyev adına Hərbi İnstitutu iə bağlı YENİ QƏRAR

Bütün xəbərlər