Gündəm

Eldar Mahmudovdan YENİ XƏBƏR VAR - Yarım milyona yaxın...

MUMtv.az: - Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 410 min manatlıq tələb irəli sürüb. Onun tələbi “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlıdır.

Bu dəfə Eldar Mahmudovun tələbinə Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri, hakim Kəmalə Abiyeva baxacaq.

Eldar Mahmudova məxsus “Diqlas” Ticarət Mərkəzini onun oğlu Anar Mahmudovun rəsmən təsisçi olduğu “Diqlas 1” MMC idarə edib. Daha sonra “Diqlas 1” MMC-nin idarə eddilməsi “Diqlas 2” MMC-yə həvalə olunub. Hazırda “Diqlas 2” MMC "Azsığorta” şirkətini məhkəməyə verərək yanğına görə 410 min manat tələb edib. Kommersiya və Apellyasiya məhkəmələri Eldar Mahmudovun əleyhinə qərar çıxararaq məhkəməyə müraciət etmək üçün 3 illik iddia müddətini ötürdüklərini bildirib. Ali Məhkəmənin hakimi İlqar Dadaşov işə baxaraq Eldar Mahmudovun xeyrinə qərar çıxarıb, bir müddət sonra intihar edib.

Daha sonra apellyasiya instansiyası qərarı Ali Məhkəmə ilə razılaşıb. Mahudovların xeyrinə qərar verib. Hazırda “Azsığorta” şirkəti qərardan kassasiya şikayəti verib. Bu yaxınlarda iş Ali Məhkəmənin icraatına qəbul edilib.

Xatırladaq ki, Ali Məhkəmənin hakimi İlqar Dadaşov 62 yaşında yaşadığı evdə özünü asaraq həyatına son qoyub. İlqar Dadaşov 1962-ci ildə anadan olmuşdu. O, 1984-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

1989-1993-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Neftçala rayon hüquq məsləhətxanasında vəkil kimi çalışıb. 1993-2000-ci illərdə Azərbaycan Respublikası Prokurorluğunda idarə prokuroru olub.

2000-2007-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb.

İ.Dadaşov 2010-cu ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi idi.

Eldar Mahmudov 2015-ci ildə MTN-də keçirilən xüsusi əməliyyatla vəzifəsindən uzaqlaşdırılmış, sıralarında MTN generallarının da olduğu 22 nəfər onun komanda üzvü həbs olunmuşdu. Sonradan həmin şəxslər barəsində ittihamedici hökmlər çıxarılıb, sabiq nazir isə 2 dəfə istintaqa çağırılsa da, həbs olunmayıb.//Musavat.com



Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər