Gündəm

Payızda yeni müharibə başlayır, Ermənistan Zəngəzuru itirir” – Ərdoğana yaxın qəzetin rəhbərindən ŞOK yazı

Bu payız, ya da qışa doğru Ermənistanla Azərbaycan arasında ikinci (əslində, üçüncü – Musavat.com) böyük müharibə başlaya bilər.

"MUMtv.az" Musavat.com-a istinadən xəbər verir ki, bu açıqlamanı Türkiyənin hakim partiyasına yaxın “Yeni Şafak” qəzetinin baş redaktoru İbrahim Karagül “X” sosial şəbəkəsində paylaşıb.

Türkiyənin tanınmış analitiklərindən və hörmət edilən təhlilçilərindən sayılan Karagülün fikrincə, bunu önəmli xarici amillər diqtə edir.

Gəlin İ. Karagülün açıqlamasının mətnini olduğu kimi gözdən keçirək:

“Türkiyə və Pakistanın Azərbaycana verdiyi hərbi dəstəyə qarşı;
Hindistan, İran və Fransa Ermənistana ağır silahlar göndərir.
Bu payız-qış dönəmində ikinci dəfə müharibə başlaya bilər.
Amma bu dəfə Ermənistan Zəngəzuru və İranla sərhəd əlaqəsini itirə bilər.
Onsuz da belə bir “bəhanəyə” ehtiyac var.
Şərq qapısı bu dəfə geniş açılmalıdır”.
Bizim şərh: Özündə qəzetçiyə məxsus bir qədər “hava” daşısa da, bu açıqlama diqqətli yanaşma tələb edir. Görünən budur ki, olası yeni müharibənin səbəbi Ermənistan və onu savaşa təhrik edən “kənar güclər”dir. Hazırda Ermənistan məhz bu məqsədlə silahlandırılır. Bəs Ermənistan bu müharibəni heç nəyə baxmayaraq, başladarsa, nə olar?

İbrahim Karagül dəqiq proqnoz verir və yazır ki, belə bir “bəhanə” pis olmazdı, qoy Ermənistan bəri başdan qorxsun! Sitat: “Amma bu dəfə Ermənistan Zəngəzuru və İranla sərhəd əlaqəsini itirə bilər”.

Göründüyü kimi, Türkiyənin ən məlumatlı və məşhur simalarından biri, hökumətə yaxın nəhəng media holdinqə rəhbərlik edən (2012-ci ildən bəri) İ. Karagül Ermənistanın kənar güclərin əli ilə bölgədə status kvonu dəyişdirməyə çalışacağına diqqətəlayiq bəyannamə verir. Bu məlumatın və belə bir gedişatla bağlı bilginin Azərbaycan dövlətində də olduğu dəqiqdir. Yəqin bu səbəbdəndir ki, prezident Əliyev hər fürsətdə Ermınistana və onun revanşist elementlərinə, o cümlədən Paşinyan hökumətinə və ona silahlı yardım edənlərə xəbərdarlıqlar edir. İlham Əliyev açıq deyir ki, Ermənistan daxilində gedən proseslər və onun silahlanması Azərbaycana təhdid yaradacağı halda, “Dəmir yumruq” işə düşəcək.

Bəlkə də, İbrahim Karagülün dediyi kimi, bu payız o BƏHANƏ göydəndüşmə olacaq…

Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər