Gündəm

Adil Əliyevin Suraxanıya icra başçısı getməsi çox adamın “kürkünə birə salıb”. Rayon icra hakimiyyətində, sözün əsl mənasında vəlvələ yaşanır desək, yanılmarıq.

"MUMtv.az"ın məlumatına görə,  AFN.az-a mövzu ilə bağlı danışan mənbə bildirir ki, narahatlıq keçirənlərdən biri də Suraxanı rayon icra başçısının müavini Fuad Cəlilovdur. “Onun Suraxanıya gəlişi bir növ əlaltdan həyata keçirildi” deyən mənbəmizin sözlərinə görə, Əziz Əzizovdan sonra F.Cəlilovun yerinə “su düşüb”.

2021-ci ildə Suraxanı rayon icra hakimiyyətinin başçısının müavini təyin edilən F.Cəbrayılov bu vəzifəyədək uzun bir qalmaqallı yol keçib.

Bakı Texniki İnventarizasiya idarəsində (BTİİ), Dövlət Reyestr Xidmətinin Abşeron şöbəsində, Abşeron rayon icra başçısının müavini vəzifələrində çalışan F.Cəbrayılovun adı “kupça satan” kimi tanınıb. Mənbəmiz deyir ki, adıçəkilən məmur Dövlət Reyestr Xidmətinin Abşeron şöbəsində işləyərkən Abşeronda kənd təsərrüfatı təyinatlı torpaqların böyük əksəriyyətinə çıxarışlar verməklə külli miqdarda varidat qazanıb: “Onun Abşeronda xeyli sayda obyektləri var”.

Məsələnin daha ciddi tərəfi Fuad Cəbrayılovun vəzifəsində yol verdiyi nöqsanlar səbəbindən həbs olunması ilə bağlı deyilənlərdir. İddia edilir ki, o, hələ Dövlət Reyestr Xidmətində çalışarkən törətdiyi qanunsuz əməllərlə bağlı həbs edilib: “Qaynatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyster Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə Fuad Cəbrayılov nəinki həbsdən qurtara bilib, hətta vəzifəsini də qoruyub saxlayıb. Lakin Dövlət Reyestr Xidmətində rəhbərlik dəyişdikdən sonra F.Cəbrayılov o işindən çıxarılıb.

İşsiz qaldığı müddətdə qaynatası Aydın Cəfərovun tikinti biznesini idarə edib. Sonra isə qaynatasının köməkliyi ilə Abşeron Rayon İcra Hakimiyyətində məsləhətçi, daha sonra ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, icra başçısının müavini vəzifəsinəcən irəliləyib: “Lakin burada yol verdiyi qanunsuzluqlar əndazəsini aşdıqda çıxış yolu kimi vəzifəsindən istefa vermək təklif edilib. Zakir Fərəcovun məsləhəti ilə vəzifəsindən çıxan Fuad Cəbrayılov uzun müddət işsiz qalmayıb, bir neçə aydan sonra Suraxanı rayon icra başçısına müavin gedib. Həmin vaxt rayonda icra başçısı Zakir Fərəcova yaxınlığı ilə tanınan Əziz Əzizov idi. İndi Əziz Əzizov Suraxanıda başçı deyil, onu Adil Əliyev əvəzləyib. Maraqlıdır, Adil müəllim F.Cəbrayılovu yerində saxlayacaqmı? Məncə, yox. Çünki F.Cəbrayılov kadrı olduğu Zakir Fərəcova sadiq adam kimi tanınır. Onu dəfələrlə uçurumun kənarından qurtaran Zakir Fərəcovla hələ də sıx əlaqələrinin olduğu deyilir. Bu halda isə ağıla “iki qoçun başı bir qazanda qaynamaz” el məsəli gəlir. Yəni artıq Suraxanı RİH-də Fuad Cəbrayılovla vida ab-havası yaşanır”.

Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər