Gündəm

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

MUMtv.az: - Sənədsiz evlərin tikintisi ilə bağlı qaydaların sərtəşdirilməsindən sonra Bakıətrafı qəsəbələrdə həyət evlərinin inşası nəzərəçarpacaq dərəcədə azalıb. Hətta torpaq sahiblərinin çoxu kommunal xətlərin çəkilməsinin çətinliyini nəzərə alaraq, gözləmə mövqeyində dayanıb. Amma istisnalar da var. Məsələn, Bakının Sabunçu rayonunda, xüsusilə Ramana qəsəbəsində həyət evlərinin inşası əvvəlki qaydada davam edir. Satış saytlarına nəzər salsaq, bu ərazilərdə olan torpaqlarla bağlı elanların sayında xeyli artım müşahidə olunur.

Buna səbəb nədir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, paytaxın bəzi ərazilərində yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi qanunsuz tikintilər mövcuddur:

"Tikinti ilə bağlı qanunvericiliyin tələbləri bütün rayonlar üçün eynidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu işlə məşğuldur və komitə nəzdində bununla bağlı portal istifadəyə verilib. Məlumatlandırma icraatı ilə bağlı vətəndaş müraciətini bu portal üzərindən edir və cavabını alır. Bu zaman torpağın Səbail və yaxud Sabunçuda yerləşməsinə görə hər hansı rüsum fərqi yoxdur. Sənədsiz tikililərə gəlincə, şəhərin ərazisindən asılı olaraq, yerli icra hakimiyyəti orqanlarının qanunsuz şəkildə tələb etdikləri müəyyən məbləğ var. Bu məbləğ yerləşməsindən, evin ölçülərindən, mərtəbə sayından asılı olaraq dəyişir. Məsələn, Binəqədi rayonunun ərazisində yerləşən Biləcəri və kənd Binəqədinin tikinti qiymətləri arasında müəyyən fərqlər var. Bu işin hüquqi tərəfidir”.

Ekspert qanuni tikintilərlə bağlı ərazidən asılı olmayaraq, icazə rüsumunun eyni olduğunu diqqətə çatdırıb:

"Tez başa gəlmə məsələsinə gəlincə, bu artıq texniki məsələdir. Məsələn, biz Yeni Ramana ərazisində tikinti aparmaq üçün yerli icra hakimiyyəti orqanları ilə daha tez dil tapa bilirik, nəinki Mərdəkanda. Bu isə ərazinin inzibati mərkəz olub – olmamasından asılıdır. Amma sənədli torpaq sahələrinin üzərində, məlumatlandırma icraatı qaydasında tikinti aparılması ilə bağlı Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma məcəlləsi var. Həmin məcəllənin tələbələrinə müvafiq qaydada tikinti aparmalıdır. Bu isə şəhərin bütün rayon və ərazilərində eyni qiymətlədir”.


Son xəbərlər

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Doqquzuncu hissə

İran "Nüvə Müqaviləsi"ndən çıxdı

Cüdoçumuz dünya çempionatının yarımfinalında

İsrail Tehranın hava məkanına nəzarəti ələ keçirdi

İsrail 150 min vətəndaşını geri qaytarır – Əməliyyat

Vüqar Sərdarov YÜKSƏK VƏZİFƏYƏ təyin olundu

Yüzlərlə iranlı bu ölkənin sərhədinə sığındı – VİDEO

Prezident Fələstinin yeni səfiri və ailəsi ilə görüşdü

Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video

Gədəbəydə məmurlar QOÇULUQ EDİR - NARAZILIQ VAR...

Klinik Psixoloq Zeynəb Rzayeva: "Qadın öz enerjisini kəşf edəndə, bütün nəsillər dəyişməyə başlayır"

Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovun əməllərindən -TƏFƏRRÜAT

Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb

Ərdoğanla Putin İsrail-İran qarşıdurmasını müzakirə ediblər

Qızıl Gül – Təkcə Gül Deyil, Bir Tarix, Bir Simvol!

Yaxın Şərqdə baş verən hadisələrlə bağlı AZAL-ın bir sıra reysi ləğv olunub

"Mərcan" klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb?

Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?

İsrail Məşhəd və Kermanşaha hava zərbəsi endirdi

Avtomobili idarə etmədiyi halda vətəndaşa cərimə gəldi - İDDİA

Klinik Psixoloq Zeynəb Rzayeva: “Danışmayan uşaq təkcə susmur, kömək çağırışı edir"

Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?

Pezeşkian: İran nüvə silahının hazırlanmasına qarşıdır

Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olundu - Rəsmi

Ermənilərin yeni qorxusu: “Güneydəki azərbaycanlılar Zəngəzura axışacaq”

Safrastyan: “Azərbaycan birləşsə, Ermənistan ayaq altında qalacaq”

Xərçəngin çarəsini tapdığını deyən həkimin evindən meyiti aşkarlandı – FOTO

Geqamyan: “Zəngəzur əsasdır”

MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları

Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız

İsrailin İrana zərbələri nəticəsində 224 nəfər ölüb

Bütün xəbərlər