Gündəm


Suraxanının icra başçısı Qurban bayramı tədbirini necə təşkil edib?

Milli birlik, bərabərlik, paylaşım bayramı olan müqəddəs Qurban bayramı Azərbaycanın demək olar ki, hər yerində təmtəraqla qeyd edilməkdədir. Bu gözəl bayramda qurbanlar kəsilir, ehtiyacı olan insanlara qurban payı göndərilir. Ancaq hər il olduğu kimi bu il də bir sıra rayonlarımızda Qurban bayramı nöqsanlarsız ötüşmədi. Məsələn, elə paytaxtın Suraxanı rayonunda olduğu kimi. Bir müddət əvvəl bahalı geyimləri ilə medianın gündəmini zəbt edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun adı bu dəfə Qurban bayramı ilə bağlı olaraq hallandırılmaqdadır.

Suraxanı RİH-dəki mənbələr tərəfindən KivNews.com saytına daxil olan məlumatlara görə, Əziz Əzizov Qurban bayramı münasibətilə rayon ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatları “səfərbər” edib. Mənbəmiz bildirir ki, idarə, müəssisə, təşkilat rəhbərləri maliyyə durumlarına uyğun olaraq Əziz Əzizovun Qurban bayramı “tapşırığını” icra ediblər: “Ümumiyyətlə, Əziz müəllim Suraxanıya başçı gələndən sonra bütün tədbirlər məhz idarə, müəssisə və təşkilatların hesabına həyata keçirilir. Qurban bayramı münasibətilə hər idarə rəhbəri bir qoyun, yaxud qoyunun qiymətində pulu Əziz Əzizovun yerlərdəki nümayəndələrinə çatdırdılar. İcra başçısı kimlərinsə gördüyü işi öz adına çıxır. Demək olar ki, bütün idarə müdirləri başçının bu əməlindən cana yığılıblar. Ən biabırçı fakt ondan ibarətdir ki, icra başçısı hətta Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tədbirini də bu formada həyata keçirdiyi deyilir. Axı, bu adam Heydər Əliyevin sayəsində vəzifədədir. Guya onun pulu yox idi ki, bu tədbiri öz hesabına həyata keçirsin? Qurban bayramı münasibətilə rayon ərazisindəki şəhid ailələri və qazilərə yardım paylanıldı. Amma ətin keyfiyyəti bir çox hallarda ailələri qane etməyib. Yaxud qazilərə yardım qutusu veriblər, amma içərisində ət olmayıb. Köhnə makaron, verməşil, yağ kimə lazımdır? İcra başçısı özünə rəva bilmədiyi şeyləri niyə şəhid ailəsi və qazilərə rəva bilir?”.
Məlumatlı mənbə iddia edir ki, icra başçısı Suraxanı rayonunun İkinci Qarabaş savaşındakı şəhidlərinin dəfn, yas və anım günləri mərasimlərini də idarə müdirlərinin hesabına aparıb. Bu barədə, eyni zamanda Əziz Əzizovun Suraxanıda gördüyü qeyri-qanuni işlər, ona yaxın adamların hansı qoçuluqlar etməsi və başçının biznesi haqqında geniş, faktlara söykənən araşdırma yazımız olacaq. 
Mövzu ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.//KivNews.com//

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər