Gündəm

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

MUMtv.az: - Sentyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçirildi. Etiraf edək ki istər siyasi aktivlik,istərsə də seçici fəallığı baxımından əvvəlki seçkilərdən zəif təsir bağışlayan bu marafonda bu adı haqq edən,yaxud etməyən 125 şəxs deputat oldu. Onların böyük əksəriyyəti demək olar ki, seçki kompaniyası keçirmədi,ya da buna bənzər sönük bir tədbirlə baş qatdılar. Nə deyək, cənab deputatların yəqin bir bildikləri vardır. Amma təbliğat-təşviqat kompaniyasında aid oldu-olmadı onların əvəzinə canfəşanlıq edənlər tapıldı.

Əlqərəz,keçək söhbətin mustafasına. Deputat adı qazananlardan biri də adı Azərbaycan təhsil sistemində hələ uzun illər xatırlanacaq Mehriban Vəliyevadır. Onun təhsil sahəsində hansı "uğurlara" imza atdığını görmək üçün medya üzərindən qısa bir araşdırma aparmaq kifayətdir. Nə isə,bunu da buraxaq əlahəzrət zamanın ixtiyarına. Amma deputat olmazdan öncə təjsil sektorunda onun adına hələ ki sonuncu qanunsuzluğa imza atıldı. Belə ki, Təhsil nazirinin müşaviri Elnur Nəsibov seçki məcəlləsinin, əmək məcəlləsinin tələblərini pozaraq,vəzifə səlahiyyətlərini aşaraq M. Vəliyevanın seçki təbliğatını aparıb.

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

Özünün rəsmi Facebook hesabında Sumqayıtda olan bütün dostlarını və "həmkarlarını" Mehriban xanıma səs verməyə çağıran E.Nəsibov ya özünü dövlət qulluqçusu hesab eləmir,ya dövləti ozünün qulluqçusu sanır,ya da qanunları adicə kağız parçası bilir.
Vəzifəli şəxsin açıq-aşkar tabeliyində olan şəxsləri,yəni "həmkarlarını" kiməsə səs verməyə çağırması təkcə qanun pozuntusu deyil,həm də dövlətin imicinə zərbə vuran əməldir.

74.4. Seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması aşağıdakılara qadağan edilir:

74.4.1. bu Məcəllənin 90.2-ci maddəsində göstərilən subyektlərə (bu Məcəllənin 12.2-ci və 12.3-cü maddələri nəzərə alınmaqla);

74.4.2. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara;

Qanunverici orqanda əyləşən xanım hələ "bismillah" eləməmiş bu qanun pozuntusuna göz yumursa sonrasından Allah saxlasın. Ən utancvericisi də budur ki o boyda müşavirin hay harayından sonra dairələr üzrə ən az səs toplayaraq Mehriban Vəliyeva deputat ola bilib
Mehribanlıq səadətdir,əziz seçicilər,bilirsiniz də...
Nicat Mahmudov - Rubrika.Az


Son xəbərlər

Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

Səttar Möhbaliyevin qara kassasının həbsi gözlənilir

"Milli Onkologiya Mərkəzində zülm ərşə dirənib": Xəstələr etiraz edir

Hansı yağ təhlükəlidir?- AÇIQLAMA

Göyçay İcra Hakimiyyətinin bir gündə 4 tenderi ləğv olundu

Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası

Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır – BŞİH rəsmilərinin nəzərinə

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı

Yeni formalaşan parlament tez buraxılacaq? - AÇIQLAMA

Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO

"Həmin kəndlər müharibənin tətikçisi idi" - Erməni deputat

46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycan Rusiya XİN-ə nota göndərdi

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Almaniyada nasistlərin gizli bunkerləri tapıldı

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

Bu günə olan valyuta məzənnələri

Naomi Kempbell Heydər Əliyev Mərkəzində - VİDEO

Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

Daha bir məntəqənin nəticələri ləğv edildi

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Müəllimlərin yerdəyişməsi prosesi "biznes"ə çevrilir? — RƏSMİ CAVAB

Sümükləri dəmir kimi möhkəm edən ÇAY

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? — ARAŞDIRMA // VİDEO

Uzunmüddətli davam edən münasibətlərin 6 əsas SİRRİ

"Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir" - Stoltenberq

Yerin 9 gün silkələnməsinin səbəbi açıqlandı

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Metronun bu stansiyasında təmirə başlanılacaq

Bütün xəbərlər