Gündəm

MUMtv.az: -  Parlamentə keçirlən seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaş Milli Məclisin deputatı seçilə bilər. Səlahiyyət müddəti ərzində deputatın şəxsiyyəti toxunulmazdır.

Bu imtiyaz Azərbaycan da daxil olmaqla dünyanın demək olar ki, bütün ölkələrində var. Deputat toxunulmazlığı olmayan ölklərin sayı isə bir və ya bir neçədir. Həmin nümunəyə Ukraynanı misal gətirmək olar ki, bu ölkədə hüquqi təminat sayılan deputatlıq toxunulmazlığı məmurlaşmış parlament səbəbindən sonradan ləğv edildi.

Maraqlıdır, Azərbaycanda deputatlıq toxunulmazlığı götürülə bilərmi? Ləğv olunsa, nə baş verər?

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında deputat toxunulmazlığının ləğvinə ehtiyac olmadığını bildirib:

"Deputat toxunulmazlığı onun müstəqil fəaliyyət göstərməsinin hüquqi təminatlarından biridir. Fikrimcə, bunun olması vacibdir. Çünki deputatlar həm hakimiyyət, həm də müxalifət partiyalarından olur. Belə təminaların olmaması xüsusilə də müxalifətdən olan deputatlara çox ciddi problemlər yarada bilər. Burada beynəlxalq standartlara və insan hüquqlarına zidd heç nə yoxdur”.

Vəkilin sözlərinə görə bir neçə dövlət istisna olunmaqla, ölkələrin böyük əksəriyyətində deputat toxunulmazlığı var:

"Ukraynda da onun götürülməsinin əsasları var idi. Hesab edirdilər ki, deputatların bəziləri məmur idi və korrupsiyaya uğramışdıar. Düşünürdülər ki, deputat toxunulmazlığı onlara imkan verir ki, cinayət törətsinlər. Bütün vətəndaşlara eyni hüququi status yaratmaq üçün bu imtiyazı götürdülər. Amma əminəm ki, müəyyən dövrdən sonra o, bərpa olunacaq”.

Əsabəli Mustafayev əlavə edib ki, çoxluq ölkələrdə parlamentin icazəsi olmadan deputat haqqında cinayət işi aparıla bilməz:

"Mütləq parlament icazə verməlidir və deputatın hüquqi toxunulmazlığı, götürülməlidir. Ondan sonra istintaq gedə bilər. Bəzi ölkələrdə proses bir qədər fərqlidir. Müxtəlif ölkələrdə bu toxunulmazlığın təminatı müxtəlif qurumlardan asılı ola bilər. Məsələn, Azərbaycanda buna parlament cavabdehdir. Yaxud elə ölkələr var ki, orada deputat toxunulmazlığını Ədliyyə Nazirliyi həyata keçirir. Bir nümunə gətirim. Tutaq ki, Fransada seçkiləri Daxili İşlər Nazirliyi keçirir. Bu o demək deyil ki, orada məsələyə qeyri-obyektiv yanaşa bilərlər və yaxud təmsil olunduğu partiyanın xeyrinə apara bilərlər. Hüquqi standartlar buna imkan vermir”.

Son xəbərlər

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Bütün xəbərlər