Gündəm

İcra başçısının müavini əhalinin otlağında qanunsuz nar bağı salıb... - ÖZBAŞINALIQ!

MUMtv.az: - Ağsu rayonunun Cəlayir kəndinin 20-yə yaxın sakini Poliqon-a müraciət edərək uzun illər boyu örüş yeri olan torpaqların qanunsuz olaraq zəbt olunduğnu və həmin sahədə nar bağının salındığını bildiriblər. Şikayətçilər qeyd edirlər ki, sözü gedən örüş sahəsini Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli tərəfindən qanunsuz olaraq zəbt edilib.

Sakinlər bildirilər həmin ərazi Dövlət Torpaq Fonduna aiddir və 15 hektarlıq bu ərazidə nar bağının salınması qanunlara ziddir. Həmin ərazini Cəlayir kəndinin sakinləri uzun illər boyu örüş sahəsi kimi istifadə ediblər, hazır da isə kənd camaatı heyvanlarını otarmaq üçün əziyyət çəkirlər.

Həmçinin şikayətçilər bildirilər ki, həmin torpaq sahəsinin istismarı ilə bağlı Füzuli Kərimli heç bir qanuni haqqa və sənədə sahib deyil. Buna baxmayaraq qanunsuz salınan nar bağının ətrafında heyvanlarını otarırkən belə, yerli polisin təzyiqinə məruz qalırlar. Daha doğrusu Ağsu rayon icra başçısının birincü müavini səlahiyyətlərindən istifadə edərək kənd sakinlərinə polis vasitəsi ilə təzyiq edir.

Sakinlərinin sözlərinə görə qanunsuz nar bağına nəzarəti Cəlayir kənd bələdiyyəsinin sədri Qiyasəddin Mirzəyev həyata keçirir. Sakinlər dəfələrlə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun qəbuluna gedib şikayət etsələr də, onların şikayəti cavabsız qalıb. Füzuli Kərimli isə öz qanunsuz hərəkətlərini davam etdirir.

Qeyd edək ki, Poliqon kənd camaatının şikayəti əsasında Ağsu rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət edib. Sorğunun göndərilməsindən bir həftədən artıq vaxt keçməsinə baxmayaraq, icra hakimiyyəti Cəlayir kənd sakinlərinin şikayəti əsaında göndərdiyimiz sorğunu cavablandırmayıb. Bütün halalrda Ağsu rayon İcra Hakimiyyətinin və Füzuli Kərimlinin mövqeyini dərc etməyə hazırıq... //PİA.az//


Son xəbərlər

İlham Əliyev TDT-nin dövlət və hökumət başçılarını COP29-a dəvət etdi

Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək

Deputatlığa iddialılar sırasında Eldar Mahmudova bağlı iş adamı: Elxan Bəşirovun Lerik planları davam edir

163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB

Şuşada Qarabağ Bəyannaməsi imzalanıb

"Koroğlu" - Buzovna avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir?

Beynəlxalq Bankın xəritəsində Qarabağda yer adları niyə erməni dilində yazılıb? – Foto

Daha bir partiya seçki qərarını açıqladı

Rüfət Hacıyevin məhkəməsi başladı – TƏFƏRRÜAT

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İsti hansı insanlar üçün xüsusilə təhlükəlidir? - Alim açıqladı

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

Ramil Həsən yenidən deputat olacaqmı? – Qalmaqal

"Azərbaycan davamlı sülhdə ən maraqlı tərəfdir" - Nazir

Naxçıvan Futbol Federasiyasına yeni sədr seçildi

Bu məktəbdə qanun pozuntuları aşkarlandı, direktor işdən çıxarıldı

AAYDA-nın “köklü”ləri savaşır… – Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?

İlham Əliyev Pezeşkianı Azərbaycana səfərə dəvət etdi

Saleh Məmmədovun təyin etdiyi rəisə cinayət işi açıla bilər - 4 milyonluq borc

Sabahdan Məhərrəm ayı başlayır

NiZAMi DOKTORUN “BUNKER KLiNiKASI” BiNA SAKiNLƏRiNi AYAĞA QALDIRDI

Qubanın icra başçısı İlqar Mahmudovun Sertifikasiya “TƏLƏSİ” – Prezidentə müraciət olundu

İngiltərə İsveçrəyə, Türkiyə Niderlanda qarşı

İlham Əliyev Böyük Britaniyanın yeni baş nazirini təbrik edib

Nazir XİN başçılarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

"Merihə qarşı cəza ədalətsizdir, Türkiyə millisinə qələbə arzu edirəm" - Prezident

Kərəm Mustafayev işdən çıxarıldı - Yerinə o təyin olundu

Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Qəzzada ölənlərin sayı 38 mini ÖTÜB

Məsud Pezeşkian İranın yeni prezidenti seçildi

Şirkət rəhbərləri dövlət büdcəsindən ayrılan pulları mənimsəyiblər - İTTİHAM

Bütün xəbərlər