Gündəm
Gündəm / Siyasət / Cəmiyyət
Masallının yeni icra başçısı DTX generalıdır
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Yeni icra başçısı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşı olub.
Araz Əhmədov 2019-cu ildə Prezidentin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi ilə təltif edilib.
Məlumata görə, o, bugünkü təyinata qədər DTX-da idarə rəisi vəzifəsini icra edib.